(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Cavid Hüseynov: “Məni rengten aparatından keçir, gör, 40-45 yaşlı futbolçu kimiyəm...”

Cavid Hüseynov: “Məni rengten aparatından keçir, gör, 40-45 yaşlı futbolçu kimiyəm...”

“Zirə”nin kapitanı Cavid Hüseynov Premyer Liqanın II turunun "Neftçi" ilə oyunundan (1:0) sonra müsahibə verib. Futbolinfo.az xəbər verir ki, görüşdə qələbə topunu vuraraq yeni klubunda qol hesabını açan təcrübəli futbolçu bir çox məqamlardan danışıb. 

- Gözlənilməz qələbə oldu, yoxsa matçdan əvvəl 3 xal haqda düşünərək buna nail olmaq üçün meydana çıxmışdınız?
- Evdə oynayırdıq. Premyer Liqada da yeni mövsümə məğlubiyyətlə başlamışdıq. İlk turda qələbə qazansaydıq, bu gün hardasa ehtiyatlı davrana bilərdik. Üstəlik, rəqib "Neftçi" idi. Adına, oyununa  baxmayaraq, nəyin bahasına olursa olsnu qələbə ümidiylə və əzmiylə çıxmışdıq. Şükürlər olsun ki, bu nəticəni qazandıq. 

- Bu 3 xalı sənin vurduğun qola qazandınız. Amma bəzən kənardan görünür ki, tam hazır deyilsən. Buna zaman lazımdı? Ynei klubunda qol hesabını açmağın da sənə kömək olacaqmı?
- Hazırlığımla bir şey deyə bilmərəm. Bəzən mənə də deyirlər ki, sanki tempin bir az aşağıdı. Lakin oyunumu artıq temp üzərində qurmamışam. Çünki oyunu sırf idarə etmək üzərində qurmuşam. Tempə önəmlik vermirəm. Asta templə də oynasam, qıraqdan görünsə ki, Cavid ləngdi, məsələn, axıra yaxın qaçmır, çalışıram ki, daha çox ağıldan istifadə edim. Buna görə oyunum belədi.

- 1:0-dan sonra ikinci hissədə qol epizodlarınız oldu, ancaq bunları qaçırdınız. Həmin vaxt düşünmürdün ki, vəziyyət gərginləşə bilər? Çünki futbolda yazılmamış qanun var ki, vurmayana vurarlar...
- Bəli, oyunun gedişatında bunu düşünürdüm. Fasilədə baş məşqçimiz Samir Abasov bizə tapşırdı ki, 20 dəqiqə gözləyin, "Neftçi" özünü tam hücuma atacaq çıxacaq və onda daha çox qol vurmaq imkanımız olacaq. Belə də oldu, bəlkə də 2-3-cü qolu vura bilərdik. Ancaq bir məsələ də var ki, futbolda vurmayana vururlar. Ona görə ehtiyatı da əldən verə bilməzdik. Qələbəyə yaxın idik və axır ki bunu əldə etdik.

- "Neftşi"də işlər qaydasında deyil, bir basqı altındadı. Səncə, bunun sizə hər hansı üstünlüyü oldumu?
- Ona qalsa, "Səbail"də də söz-söhbət gəzirdi, ancaq bizə qalib gəldi. Meydana çıxanda pul məsələsi, futbolçunun aldığı maaş-filan, belə şeylər həqiqətən qətiyyən rol oynamır. Buna görə də "Neftçi"də olan söz-söhbətlərin bugünkü nəticəyə heç bir aidiyyatı yoxdu. 

- Bu mövsüm çoxları gözləyir ki, "Zirə" ilk "3-lük" uğrunda mübarizə aparacaq. Buna gücünüz çatacaqmı? Ümumiyyətlə, bu hədəfə çataraq avrokuboklara vəsiqə qazanmağınız realdımı?
- Bu, kağız üzərində olan bir şeydi. Yəni görüntü olaraq, yığılan futbolçulara əsasən belə fikir söylənilir. Ancaq reallıq bəlkə tam başqa bir şeydi. Bu meydan, bu da şeytan. Belə olmalıdı. Adlarımız var, hə, nə olsun? Əsas odur ki, çıxıb meydanda oyununla bunu göstərəsən. Hələ nəticə haqda danışmaq tezdir. İstəyərik məqsədimizə çataq.

- "Qəbələ" hazırda yaxşı günlərini yaşamır. Neçə il orda oynamısan, kapitan olmusan. Keçmiş komandanın belə uğursuz çıxışının nəylə əlaqələndirirsən?
- "Qəbələ"nin hər oyununu, ordakı hər gedişatı izləyirəm. Münasibətlərimiz qaydasındadı, demək olar hər gün də əlaqə saxlayırıq. Onlardan ayrıla bilmirəm, haqlarında düşünmək mənəvi borcumdu. Amma nəticələrinə gəlincə, onsuz da "Qəbələ"nin başlanğıcda iddiası yox idi. Deyirdilər ki, akademiyanın futbolçuları ilə oynayacağıq - o uşaqlardan hansı iddianı gözləmək olar? O uşaqlardan indidən nəticə istəyirlərsə, düzgün deyil. Bu, yersiz bir şeydi. İndi bu il artırsınlar ki, gələcəkdə onlardan satmaq üçün yararlansınlar. 

- Millimizin baş məşqçisi Nikola Yurçeviç oyuna baxırdı. Ehtimalın varmı ki, səni milliyə çağırsın? Yoxsa dönmək artıq gecdi?
- Milliyə qayıtmağım əslində, gec deyil.

- Məsələn, İtaliya yığmasının hücumçusu Fabio Kvalyarella 36 yaşında millidə çıxış edir...
- Yox, belə müqayisə aparmayaq. Çünki bizlə onların fərqi böyükdü. Kriştianu Ronaldonun 34 yaşı var, ancaq 23 yaşlı futbolçu kimidi. Məni rengten aparatından çıxar, gör 40-45 yaşlı futbolçu kimiyəm, yoxsa yox (gülür). Ona görə fərq böyükdü. Əlbəttə, istəyərdim ki, yenidən milli komandanın şərəfini qoruyum. Ancaq məndən asılı olan şey deyil. Bu, Yurçeviçin əlində olan məsələdi. (sport24.az)


 
tarix: 27-08-2019 10:00


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az