(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”ın legioneri komandasının oyunlarına baxmır: “Azərbaycanda futbol çox keyfiyyətsizdi”

“Qarabağ”ın legioneri komandasının oyunlarına baxmır: “Azərbaycanda futbol çox keyfiyyətsizdi”

"Qarabağ"ın konqolu legioneri Con Delarj futbolinfo.az saytına müsahibə verib. Ağdam klubuna böyük məbləğ qarşılığında transfer olunan, lakin məşqçilərin əsas heyətə layiq bilmədiyi hücumçu qışda anlaşmasının başa çatmasını gözləyir. Birinci divizion üçün fantastik sayıla biləcək məbləğ - aylıq  40 min avro maaş alır və durumundan məmnundu. Əsas komandaya qaytarılmaması da onu narahat etmir.

- Əvəzedici komandada işin necə gedir?
- Hər şey yaxşıdır. İkinci komandada oynayıram. Özümü yaxşı hiss edirəm. Birinci divizionun əsas liqadan heç bir fərqi yoxdur. Maraqlı çempionatdır.

- Lakin “Qarabağ”a transferiniz səs-küylü alınmışdı. “Bursaspor”, “Osmanlıspor” kimi komandalarda oynamısınız. İndi sizin kimi futbolçunun ikinci komandada oynamasını nə qədər haqlı sayırsız?
- Mənim üçün bura pis deyil. Məşq edirəm, oyunlara çıxıram. Yaxşı matçlar olur. Əsas çempionatdan, dediyim kimi, fərqlənmir.

- Artıq getmək istəmirsiz?
- Bunun üçün təklif olmalıdır. Heç bir təklifim yoxdur. Buna görə də Azərbaycandayam. Bakı xoşuma gəlir, burda qalmışam.

- Maaşınız yəqin ki, əsas komandanın bəzi futbolçularından belə yüksəkdir. Bəlkə buna görə Azərbaycandasınız?
- Yox, sadəcə, heç bir təklif yoxdur. Əgər yaxşı bir komandadan təklif alsam, gedərəm.

- Türkiyədə oynamısınız. Nə əcəb oradan maraq yoxdur?
- Fikrimcə, ordakı missiyam bitib. Yaxşı komandalarda çıxış etmişəm. İndi isə istəyən yoxdur. Olsa, kim istəyər ki, burda qalsın. Mən də güclü komandalarda çıxış etmək fikrindəyəm.

- Sizi Azərbaycana gəlmiş tanınmış futbolçular siyahısına əlavə etmək olar...
- Tanınmış futbolçu başqalarıdı. Məni burda heç kim tanımır. Birinci divizionda çıxış edirəm, Azərbaycanı gəzirəm. 

- Harda gəzirsiz?
- Komandamızla Zaqatalaya, Ağsuya, Gəncəyə, Şamaxıya gedirik. Gözəl yerlərdir. Buna görə də narahat deyiləm. Özümü əla hiss edirəm. Çox rahatam. 

- “Qarabağ”ın oyunlarını izləyirsən? 
- Yox, Azərbaycan Premyer Liqasına baxmıram. Niyə baxım ki? Azərbaycanda futbol çox keyfiyyətsizdir. Hansı komandaların oyununa baxım? “Zirə”nin, “Keşlə”nin? Heç bir marağı yoxdur. Burada keçirilən matçlar sizi çəkir? Diqqətinizə səbəb olur? Yox, təbii ki. Türkiyə çempionatına baxıram. Məsələn, “Başakşəhər” – “Fənərbaxça” oyunu möhtəşəm matç idi.

- “Qarabağ”ın “Linfild”lə oyununu izlədin?
- Yox. Azərbaycanda deyildim.  Oyunu izləmədim. “Qarabağ” uduzdu? 

- Uduzdu. Səfər oyunundan məğlub qayıtdı...
- Hə, onu bilmirdim. Növbəti oyunu evdə keçirəcək. Ümid edirəm ki, qələbə qazanacaq.

FƏRİD


 
tarix: 27-08-2019 14:30


 
Xəbər lenti
18.09.2019

00:59   “Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü

17.09.2019

22:04  ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

20:47  “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37  “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00  “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17  Millimizin rəqibinin heyəti açıqlandı

18:24  Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46  Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21  Kokorinlə Mamayev azadlıqda

16:58  “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36  “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15  “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54  Neymarın cəzası azaldıldı

15:35  Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24  Dmitri Nazarova yeni müqavilə təklifi

15:02  “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41  “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20  “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00  Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42  Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21  Birinci Divizionda da cəzalar açıqlandı

13:00  AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41  Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22  Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03  Emil Balayev ən yaxşılar arasında

11:51  “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40  “Qarabağ” Romeronun qardaşını da aldı

11:21  Millimizin heyəti açıqlandı

11:00  “Sabah”da xorvat baş məşqçi?

10:49  “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30  “Real”da daha bir ciddi itki

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az