(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Hamının və heç kimin “Neftçi”si

Hamının və heç kimin “Neftçi”si

“Neftçi” yenə gündəm mövzusudu. Klub ətrafında elə ajotaj var ki, rəhbərliyin, məşqçilərin, futbolçuların sakit başla oyunlara hazırlaşması mümkün deyil. Təzyiq o həddədi ki, konsentrasiya olunmaq mümkün deyil.
 
Belə olmalıdımı? Həm hə, həm də yox.
 
“Neftçi” xalqın komandasıdı, yarandığı gündən indiyədək heç vaxt müstəqil olmayıb. Klubun pulu daim dövlətdən gəldiyindən, büdcəsi də, nəticələri də daim müzakirə mövzusu olub. Müstəqillik dönəmində bu, xüsusilə hiss olunur.
 
Postsovet ölkələrinin flaqman klubları SSRİ dağılan kimi sıqadan çıxdı. Minsk “Dinamo”su BATE-nin, “Nistru” “Şerif”in, Kiyev “Dinamo”su “Şaxtyor”un, “Spartak”, "Zenit"in və digər Moskva klublarının, “Ararat” yeni yarananların kölgəsinə çəkildi. “Neftçi” də zaman-zaman “Kəpəz”, “Xəzər Lənkəran”, “Bakı”, son dövrlər “Qarabağ”la mübarizədə arxa plana keçib, lakin bakılılar daim çempionluq mabarizəsində olub, çəkisini saxlayıb, bu üzdən titul baxımından hələ də zirvədədi.
 
Təbii ki, bunda klubun dövlət himayəsində olması mühüm rol oynayıb. Lakin neft pullarından asılılıq komandanın yaşamasının qarantı olduğu kimi, klubu daim çəkişmələrin ortasına atıb, maraqların toqquşması üçün meydan edib. Bu gün də kiçik uğursuzluq halında “Neftçi” hamının müzakirə etdiyi, eyni zamanda uğura məcbur edildiyi klubdu. Daha böyük azarkeş ordusuna malik olması isə 82 yaşlı olması ilə əlaqədardı. Hamının ürəyində illərdi “Neftçi” sevgisi var və hər uğursuzluq o sevgiyə xəyanət sayılır.
 
“Neftçi” illərdi “Qarabağ”ın kölgəsində qalıb. Ağdamlıların sıraladığı çempionluqlar həm də onların klub kimi böyüməsini şərtləndirib. Ardıcıl 5 il qitə yarışlarında qrup mərhələsində oynamaqla həm büdcə zənginləşib, həm ən yaxşı futbolçular bura cəmləşib, həm də sabit heyət formalaşıb. “Neftçi”nin üzərində isə min oyun oynanılıb. Bu səbəbdən komandanın birdən-birə çempion olması, “Qarabağ”ı devirməsi çətindi. Uğura, inkişafa nail olmaq üçün zaman lazımdı, səbrlə, pillə-pillə irəliləməklə məqsədə çatmaq mümkündü.
 
Qrup mərhələsinə yüksələn ilk komanda olan “Neftçi üçün qitə yarışlarında bir və ya iki mərhələ keçməsi uğur sayıla bilməz. Hədəfləri böyüdən klubun azarkeşləri heç cür bunu həzm etmir. Amma yuxarıda sadaladığımız səbəblərdən indi bu reallıq qəbul edilməlidi. Bir il öncə ilk mərhələdə dayanan klub, bu mövsüm 2 rəqibi sıradan çıxarmağa nail oldu. Ölkə çempionatında isə bürünc medaldan sonra gümüş qazanıldı. Hətta ötən mövsüm sona yaxın “qızıl”a əsas namizəd də “Neftçi” idi, müəyyən səhvlər buraxıldı, titul əldən çıxdı.
 
Kəsəsi, pilləli inkişaf göz önündədi. Bəli, sürət zəifdi, komanda bəzən ümid vermir,strategiyada səhvlər göz çıxarır, lakin “Neftçi” geriləmir, yerində saymır, daha yaxşı olması üçün işlər görülür. Düzdü, 8 komandalı çempionatda 2-ci, 3-cü olmaq uğur deyil, amma nəzərə alaq ki, bu yarışda artıq Avropada da hörmət qazanmış “Qarabağ” kimi rəqib var, onlarla ayaqlaşmaq üçün səbr, eyni zamanda inadkarlıq, əzmkarlıq lazımdı.
 
“Neftçi” ilk iki tura bir xal qazanıb. Yaxşı nəticə deyil, amma faciə də baş verməyib. İngiltərədə “Çelsi” də son turadək eyni vəziyyətdə idi; İspaniyada “Barselona” mövsümə məğlubiyyətlə başlayıb; Türkiyədə “Qalatasaray” 1 xal toplayıb və əzəli rəqibi “Fənərbaxça”dan 5 xal geridədi. “İstefa” şüarlarını isə ancaq “Neftçi”nin oyunlarında eşidirik...
 
Bəli, “Neftçi”də problemlər var. Komandanın büdcəsi də yerindədi, heyəti də. Komanda faciəvi durumda olsaydı, “Arsenal” hər iki oyunda məğlub edilib, avrokuboklardan qovulmazdı. Problem məhz həmin matçdakı əla oyunu sabitləşdirə bilməməkdədi. Həmin oyunlarda bütün postsovet məkanını təəccübləndirən futbolçular, məşqçilər bunun davamını gətirməyi bacarmadı. İdarəetmədə hansısa qüsurlar oldu, futbolçular nəzarətdən çıxdı və s.
 
Bu, dərsdi. Yəqin ki, “Neftçi rəhbərliyi nəticə çıxaracaq, Anton Krivotsyuk, Kiril Petrov kimi futbolçuların Rusiya klubu ilə oyunlarda özlərini göstərmək üçün əla oynadıqlarını, “Bney Yehuda” ilə matçlarda meydanda sürünmələrini analiz edəcək. Emin Mahmudov, Dario Federiko, Stiven Monroz və başqalarının da.
 
Deməli, bu oyunçular daha çox özlərini düşündü, hansısa güclü klubdan təklif almaq ümidi ilə həmin matçları fərqli oynadı, vitrin sayılmayan oyunlarda isə həmin motivasiya olmadı. Həmin rəhbərlik, həmin məşqçi, həmin futbolçulardı. Tulaya bir sutka yol gedib əla futbol göstərən, səfər qələbəsi qazanan oyunçular çarter reysiylə getdiyi İsraildə ayaqlarını sürüdülər. Bəli, burada da rəhbərliyin günah payı var, lakin buna görə onları çempionatın start matçında, hesab 0:0 olarkən istefaya səsləmək ədalətlidimi?
 
Azarkeş hər zaman haqlıdı, onlar maddi olaraq heç nə qazanmadan komandanın uğuru üçün çalışır. Lakin tələb etmək başqa, şərt qoyaraq yalnız istefa istəmək başqa. Aydındı, indiki rəhbərliyin komandaya gəliş tarixi, həmin proseslər yaddaşlardadı, müəyyən qıcıq yaradır, onları qəbul etmək istəmirlər, yad sayırlar. Bununla belə, görülən müəyyən işlər gözardı edilməməlidi. Səhvlər var, onların aradan qaldırımasını tələb etmək olar, ancaq istefa tələbində dirənmək bir az absurd görünür.
 
Rəhbərlik də təzyiq altında bəzi qərarlarını məntiqli verə bilmir. Baqali Dabo olayında klub doğru davranmadı. Bəyanat uğursuz idi, üstəlik, bu futbolçu qovulmalı, ən azı əvəzedici heyətə göndərilməliydi. Lakin ona əsas heyətdə yer verildi. Nə dəyişdi? Dabo komandaya “Zirə”ylə oyunda xal qazandıra bildimi? Deməli, azarkeşləri qazanmaq üçün jest edilməli, onunla bağlı ciddi tədbir görülməliydi. Fanatları istəyini tamamilə görməzdən gəlmək də doğru deyil.
 
Roberto Bordin, Kiril Petrov azarkeşləri günahlandırırsa, Dabo söyürsə, deməli, onlara nəzarət edilmir, rəhbərliyin məhz bu məqamda işində boşluq var. Azarkeş niyə başqasını yox, Dabonu söyür? Çünki fransız özü və xanımı sosial şəbəkədəki paylaşımları ilə buna rəvac vermişdi və məsələ Baqalinin fanatları təhqir etməsi, sonra da üzr istəməsi ilə nəticələndi. Halbuki zədə üzündən avrokubok oyunlarını buraxmışdı və fanatlar da ondan narazı deyildi. Heç nədən problem yaranmasına davranışlardakı qüsurlar səbəb oldu.
 
Monroz oyunlara barmaqarası yanaşırsa, Mamadu Mbodj məğlubiyyətdən sonra şənlənirsə, rəhbərlik xarakter göstərməlidi. Klubun indiki idarəçilərinin əsas qüsuru bundadı, humanist davranırlar. Bir neçə sərt tədbirlə komandada hamı yerini biləcək səviyyədə ram edilə bilər. O zaman azarkeş də bunun fərqində olar, klubun etibarlı əllərdə olduğunu görüb, komanda ətrafında birləşər. Məgər “Arsenal”  onların dəstəyi ilə keçilmədimi; “Bney Yehuda”yla Bakıdakı oyun 0:2-dən 2:2-yə fanatların rəqibə təzyiqi sayəsində gətirilmədimi? “Neftçi”nin camiə halında birləşməsi çempionluğu da, Avropada uğurları da gətirəcək. Buna inanmaq lazımdı və hiyləsiz, səmimi qəlbdən addımlar atılmalıdı.
 
Yazının əvvəlində “Neftçi”nin dövlətdən maliyyələşməsini, daim diqqət mərkəzində olmasını təsadüfən qeyd etməmişdim. İndi də belədi: qələbənin atası çoxdu, məğlubiyyət yetimdi. “Arsenal”la oyundan sonra uğuru adına çıxmaq üçün statuslar yazan, hətta JEK müdirinə təşəkkür edən sədrlər, VİP-Lojada gərnəşən ağalar “Bney Yehuda”ya məğlubiyyətdən sonra yoxa çıxıblar, “Sabah”la, “Zirə”ylə oyunlarda onları görən olmayıb. Uğur olanda onu öz adına çıxmaq istəyənlər, şişirdilmiş mükafatlar vəd edənlər çətin məqamda faktiki idarəçiləri meydanda tək qoyub. Belə düşüncə ilə “Neftçi” özünə gələ bilərmi?
 
Azarkeşlər, heç olmasa, siz ayıq olun, bu komanda sizindi, ondan üz çevirmək, tribunaları boş qoymaq yox, uğuru üçün birləşmək lazımdı. Tələb edin, istəyin, kömək edin, amma qaradan başqa da rəng var axı...
 
5-6 il öncəni yada salın. “Neftçi”nin ən uğurlu rəhbərliyi “istefa” şüarları ilə yola salınmadımı? İndi də klubu qismən özünə gətirən indiki rəhbərliyin getməyini istəyirsiz. Yoxsa komandanı 8 iştirakçı arasında 7-ci edən Orxan Hüseynzadə geri qayıtmalıdı?
 
FƏRİD
 

 
tarix: 28-08-2019 09:00


 
Xəbər lenti
21.09.2019

01:06   La Liqada tur heç-heçə ilə başladı

00:56   “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45   3 xalı 3 qolla qazandılar

00:37   “Strasburq” əzmkar qələbəyə sevindi

00:25   “Şalke”dən çətin qələbə

20.09.2019

23:28  “Göztəpə” ilk qələbəsini qazandı

22:21  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

21:57  Əliyevin komandası Quliyevi məyus etdi

21:19  “Traktor”a 1 qol bəs etdi

20:34  Millimizin daha bir rəqibi beynəlxalq turnirdə

20:11  Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlandı

18:55  Püşk atıldı: “Monako" Marsel “Olimpik”inə rəqib oldu

18:17  Son 7 ilin ən gənc komandası

17:52  “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28  “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56  “Barselona”nın zədəlisi sağaldı

16:36  “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14  “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53  Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32  6 günlük səfər başa çatdı

15:12  Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50  Bakıdan “Real”a dəstək - VİDEO

14:33  “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11  Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51  Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36  Paytaxt klubunda 5 illik müqavilə

13:15  “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52  Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35  “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14  “Kəpəz”də yeni icraçı direktor

11:54  Milli komandada yeni baş məşqçi

11:34  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17  “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57  Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40  “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az