(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rəfiyevin cəza günü: AFFA onu bağışlamamalıdı

Rəfiyevin cəza günü: AFFA onu bağışlamamalıdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçiriləcək. Hamının maraqla gözlədiyi qərar “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin açıqlamalarına hansı hüquqi qiymətin veriləcəyidi.
 
Çünki oyunun hakimləri haqda kütləvi informasiya vasitələrində təhqiredici ifadələr işlətmək cəzaya əsas verir. Çempionatın əsasnaməsində bu barədə xüsusi bənd var. Rəfiyevin ədalət təmsilçilərini təhqir sayılan qərəzli olmaqda ittiham etməsi və bunu bir KİV orqanında yox, brifinqdə açıqlaması, ictimailəşdirməsi nəzərə alınmalıdı.
 
Ötən mövsüm oxşar olay yaşanmış və “Sabah”la səfər matçından sonra daha “yumşaq” danışan “Neftçi”nin idman direktoru Ceyhun Sultanov cəzalandırılmışdı. O, 10 oyunluq diskvalifikasiya edilmiş, klubu 16 manat cərimələnmişdi. Sonradan apellyasiya şikayəti təmin edilərək cəzalar yarıbayarı azaldıldı.
 
Sultanovun cəzalanmasına səbəb olan açıqlama belə idi: “İndiyə qədər hakimliklə bağlı heç vaxt danışmamışıq. Heç danışmaq fikrimiz də yox idi. Hər bir insan hakimlik edirsə, ilk növbədə özünə hörmət etməlidi. Heç kim heç kimin haqqına girməməlidi. Bunu hamı gördü ki, bu, haqqa girmək idi. Belə olmaz. Nədi-nədi, ötən oyun lehimizə penalti veriblər, bunun dərhal əvəzini çıxmağa tələsirlər. Qapımıza penalti təyin edildi, iki futbolçumuza qırmızı vərəqə verildi. Bu, nə dərəcədə düzgündür? Baqali Daboya qarşı qayda pozuntusu var idi. Ancaq hakim penalti əvəzinə Daboya ikinci sarı vərəqə göstərdi. Rəhim Həsənov bu matça “Neftçi”nin xal itirməsi üçün gəlmişdi. Sağ olsun, uşaqlar, sonadək mübarizə aparıb qələbə hesabını qoruya bildilər. Hər kəs öz haqqını almalıdır. Belə özbaşınalıq olmaz. Bunu Allah da götürməz. Biz ədalətli hakimlik istəyirik, artığına ehtiyacımız yoxdu. Rəhim görmüşdü ki, həmin penaltiyə görə Rauf Cabbarovun üstünə getdilər, belə hərəkət etdi. Göstərmək istədi ki, “Neftçi”yə çempion olmaqda hakimlər kömək etmir. İndiyədək başıma gəlməyən hakimliklə rastlaşdım. Dabonu yıxdılar, Rəhim “Sabah”ın futbolçusuna qırmızı vərəqə göstərməli, qapılarına penalti təyin etməli idi. Ancaq bunun əvəzinə hücumçumuza qırmızı vərəqə göstərdi. Niyə? Hələ oyuna da 6 dəqiqə əlavə etdi. Epizodların təkrarına baxacağıq. Ancaq görünən budu ki, bizə qarşı bir iş aparıldı. Hesab edirəm ki, Rəhim Həsənov oturub düşünər ki, düzgün iş görməmişəm. Dabonun epizoduna görə etiraz edəcəyik. Yekun qərarı Apellyasiya Komitəsi verəcək. Ancaq bizim fikrimiz qətidi. Hər halda, hakimlər bunu istəməsə də, biz lazım olan 3 xalı qazandıq”.
 
Son turun “Səbail”lə 0:3 bitən oyunundan sonra Riad Rəfiyevin verdiyi açıqlamalar daha sərt idi: “Məğlub olmağımızın səbəbini hakimdən soruşsaz, daha yaxşı olar.  Hamıdan yaxşı o bilir. Ən yaxşısı məndən yox, hakimdən soruşun. Hesab 0:3 olarkən bizim lehimizə belə qərar vermək lazım deyil. Penaltiləri qayda pozuntusu olanda vermək lazımdı. Mən sizin fikrinizə hörmətlə yanaşıram. Hər insanın öz fikri var. Mənim fikrimcə isə bu gün uduzmağımızın yeganə səbəbkarı hakimdi. Təki, qərəz olmasın. Amma belə epizodları hakim görmürsə, başqa nə deyəsən? Mənim fikrimcə, hakim qərəzli idi. Birinci dəqiqədə rəqibin oyunçusuna qırmızı vərəqə verilmədi. Bir dəqiqə sonra təmiz penaltimiz verilmədi. 3 dəqiqə sonra qapımıza penalti təyin edir. Bunlar hamısı yekunda komandamıza təsir edir. Futbolçular da adamdırlar. Onların da psixologiyası var. Sadəcə, şəxsi fikrimi dedim ki, hakim qərəzli idi. Öz fikrimi səsləndirməyə ixtiyarım var”.
 
Müqayisə üçün hər iki açıqlamanı diqqətinizə çatdırdıq. İndi tərəzi AFFA-nın əlindədi. Sultanova verilən cəza da bəllidi. İndi eyni hərəkəti edən Rəfiyev bağışlansa, ikili standartlardan, klub rəsmilərinə fərq qoyulmasından, şəxsi münasibətlərin, dostluq tellərinin işə yansımasından bəhs etməli olacağıq. AFFA İntizam Komitəsinin ədalətinə güvənirik. Bu gün Riad bəyə güşəşt edilsə, sabah digər klub rəsmiləri də dilə gələcək. Çünki hakim səhvləri hət rut sıralanır. O zaman xaosun qarşısını almaq mümkün olmayacaq.
 
CAVAD

 
tarix: 28-08-2019 10:14


 
Xəbər lenti
17.11.2019

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az