(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

8 oyunda 9 hakim səhvi: “Zirə” hamıdan çox əziyyət çəkib

8 oyunda 9 hakim səhvi: “Zirə” hamıdan çox əziyyət çəkib

Premyer Liqada 2 tur arxada qalıb. Cəmi 8 matç baş tutub, lakin o qədər hakim səhvi var ki, deyiləsi deyil.
 
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik yay boyunca vətənində istirahətdə olub, hakimlər üçün təlim-məşq toplanışı keçilməyib. Onlar da praktikanın olmamasının, hazırlıq dönəmində oyun idarə etməməyin əziyyətini çəkirlər. Ən pisi odur ki, hələ mövsümün əvvəlidi, indi bu qədər səhvlər qeydə alınırsa, qarşıdakı turları təsəvvür belə etmək istəmirik.
 
I tur
Neftçi – Sabah 1:1
FIFA referisi Əliyar Ağayev indiyəqədərki 8 oyun içərisində ən yaxşı idarəçiliyin səbəbkarıdı. Matçı demək olar, qüsursuz keçirən briqadayla bağlı xüsusi qeyd yoxdur.
 
Səbail - Zirə 1:0
Rəvan Həmzəzadə matçın nəticəsinə təsir edən səhvə yol verdi. Onun təyin etdiyi səhv penalti nəticəsində qonaqlar mövsümə məğlubiyyətlə başladı.
 
Qəbələ - Sumqayıt 0:2
Bu matçdakı səhvlər mətbuatda çox müzakirə olunmadı. Diqqətli oxucular matçın videogörüntülərinə bir də baxsa, qonaqların ilk qolu zamanı hakimlərin buraxdığı qüsuru görəcək. “Sumqayıt” qolla nəticələnən hücumun başladığı aut atışını düzgün yerinə yetirməmişdi. Və nəticədə epizodun davamında hesab açıldı. Matçın 69-cu dəqiqəsində isə meydan sahiblərinin təmiz qolu hesaba alınmadı. “Qəbələ”nin qalan vaxt ərzində vəziyyəti dəyişmək üçün zamanının qaldığını nəzərə alsaq, Rauf Cabbarovun oyunun nəticəsinə təsir edən səhvə yol verdiyini vurğulamalıyıq.
 
Keşlə - Qarabağ 0:1
Oyunun 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqəni alaraq meydandan qovuldu, bundan az sonra ağdamlılar matçdakı yeganə qolu vurdu. Bu epizodda hakim səhvi olduğunu, “Keşlə”nin azlıqda qalmamasının gərəkdiyini Stuxlik özü etiraf edib. Sədr “Futbolinfo”ya açıqlamasında baş hakim Orxan Məmmədovun səhv qərar verdiyini bildirib. Hesab 0:0 olarkən oyunçusu meydandan haqsız yerə qovulan komanda məğlub olursa, günahkarı siz müəyyənləşdirin.
 
II tur
Zirə - Neftçi 1:0
Hakim səhvlərindən oyunun qalibi əziyyət çəkdi. Ona görə də Rəhim Həsənovun nəticəyə təsir etdiyini yazmayacağıq. Lakin “Neftçi”nin qapısına penalti təyin olunsaydı və oyunçusu meydandan qovulsaydı, “qartallar”ın işi daha rahat olardı. Baş hakimsə həmin epizodları görməzdən gəldi, bu üzdən son dəqiqəyə kimi meydan sahibləri xal itirmək qorxusu yaşadı. “Neftçi” oyunda dönüş yaratsaydı, indi “Zirə“nin hər iki matçda hakim səhvləri üzündən xal itirməsindən bəhs edəcəkdik.
 
Sabah - Keşlə 0:1
Bu oyunda Sezar Meza Kollinin meydandan qovulması qərarı ədalətli idi. Lakin 74-cü dəqiqədəki həmin epizodda meydan sahibləri də cəzalanmalıydı. Paraqvaylının rəqibə zərbə vurduğu epizodun başlanğıcında Abbas Ağazadə kobudluq etmişdi və o da ikinci sarı vərəqəni haqq edirdi. Qarşılaşmada qonaqların qələbəsi qeydə alınmasaydı, indi Səbuhi Bayramovun yanlışı da müzakirə edilirdi.
 
Sumqayıt - Səbail 0:3
Hər şey matçın 3-cü dəqiqəsində baş verdi. Öncə qonaqların qapıçısı kobudluğa görə qırmızı vərəqə almadı, daha sonra meydan sahiblərinin penaltisi verilmədi. Vüqar Həsənlinin hoqqalarından sonra “Sumqayıt” futbolçularının əsəbləri tarıma çəkildi, oyun intizamı pozuldu və qonaqlar ardıcıl 3 qol vurdu. Oyun 0:0 olarkən 2 kritik səhv sonda nəticəyə təsir edilməsinə səbəb oldu.
 
Qarabağ - Qəbələ 3:0
Rəqiblər arasında səviyyə fərqi o qədər böyük idi ki, baş hakim İnqilab Məmmədovun kiçik səhvləri gözə görünmədi. Amma o da ideal idarəçiliklə yadda qalmadı.
 
Beləliklə, baş tutan 8 oyunun 6-da hakim səhvi qeydə alınıb. 4 matçda ədalət təmsilçiləri birbaşa nəticəyə təsir edib. “Zirə” və “Keşlə” hər iki turda bundan əziyyət çəkib. Ümumilikdə 9 ciddi səhv qeydə alınıb, onlardan 3-ü “Zirə”nin, 2-i “Keşlə”, “Qəbələ” və “Sumqayıt”ın payına düşüb.
 
AĞA

 
tarix: 28-08-2019 11:12


 
Xəbər lenti
08.12.2019

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az