(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”ın futbolçuları Bakıda ondan çəkinəcək”

“Qarabağ”ın futbolçuları Bakıda ondan çəkinəcək”

“İlk oyunun birinci hissəsində daha çox qol şansımız oldu. Fasilədən sonra isə nəticəyə uyğun olaraq, müdafiəyə qapandıq".

Futbolinfo.az xəbər verir ki, bunu "Linfild"in müdafiəçisi Mark Stefford deyib.

Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq. Belfastdakı qarşılaşmada 3:2 hesablı qələbə qazanan Şimali İrlandiya təmsilçisinin heyətində qollardan birinə məhz Stefford imza atıb.

Ötən həftə ad gününü qeyd edən və ikinci övladı dünyaya gələn 32 yaşlı mərkəz müdafiəçisi qolu özü üçün üçüncü xoş an kimi xatırlayıb: "Ötən həftə baş verənlər məni çox sevindirdi. Açığı, qol vuracağımı gözləmirdim. İlk 10-15 dəqiqədə rəqib müdafiəmizdə boşluqlar tapırdı. Xüsusən də, sağ cinahda bizə problem yaşadırdılar. Onların sol cinah oyunçusunu Kris zərərsizləşdirdikdən sonra B planları olmadı. "Qarabağ" futbolçularının boyu məni təəccübləndirdi. Rəqib güclü oyunçulara malikdi, ancaq "ikinci mərtəbə"də onlara təhlükə yaşadacağımızı bilirdim".

Stefford ilk görüşdə dubla imza atan Şeyn Laveri barədə xüsusi danışıb. O, "Qarabağ" oyunçularının Bakıda da ondan ehtiyatlanacaqlarını vurğulayıb: "Laverinin "Qarabağ"la oyundakı ikinci qolu xüsusi baxımlı alınmışdı. Rəqibin təcrübəli oyunçusunu aldatdı və işlək olmayan ayağı ilə qapıçını məyus etdi. Bakıdakı qarşılaşmada "Qarabağ"ın futbolçuları ondan çəkinəcəklər. Ancaq biz həm Laveriyə, həm də digər ön xətt oyunçularına güvənirik. Mübarizə apardığınız zaman hər zaman işıq yeri var. Hücumda təhlükəli olmalı və ələ düşən şansdan lazımınca yararlanmalıyıq. Rəqib bizə təzyiq göstərəcək, bütün qüvvə ilə hücuma atılacaq. Belədə müdafiədə kifayət qədər etibarlı oynamalı və sürətli əks-hücumlardan istifadə etməliyik". (matc.az)

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


 
tarix: 28-08-2019 15:35


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az