(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“O qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim”

“O qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim”

“Bizi çətin oyun gözləyir”. Futbolinfo.az saytının məlumatına görə, bunu “Linfild”in baş məşqçisi Devid Hili deyib.

Şimali İrlandiya çempionu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.
 
Qarşılaşma öncəsi keçirilən mətbuat konfransında 40 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik”.
 
- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
 
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.
 
- 1 milyon funt-sterlinqiniz olsaydı, “Linfild”in mərhələ adlamasına neçə faizini yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdi. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.
 
- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq. (matc.az)


 
tarix: 28-08-2019 19:19


 
Xəbər lenti
08.12.2019

02:24   Premyer Liqada mövsümün ilk yarısına yekun vurulur - YENİLƏNİR

02:07   “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50   “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36   PSJ Monpelyedən də qələbə ilə döndü

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az