(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Millimizin kapitanı: “Hələ yüz faiz hazır deyilik”

Millimizin kapitanı: “Hələ yüz faiz hazır deyilik”

Avqustun 26-da və 28-də Belarusla qarşılaşan və hər iki oyunda məğlub olan millimizin bu nəticəsi gözlənilməz oldu. 

Futbolinfo.az xəbər verir ki, hər nə qədər yoldaşlıq matçı olsa da, son illərdə qələbələrə alışdıran millimizin reytinqdə özündən geridə qalan komandaya yenilməsi rəsmi oyunlara qısa vaxt qalmış azarkeşlər tərəfindən narahatlıqla qarşılandı. Bəs hər iki oyunda iştirak etmiş yığmanın kapitanı Rizvan Fərzəliyev nə düşünür? Kapitanın federasiyanın rəsmi saytına müsahibəsini təqdim edirik:

- Belarus yığması ilə keçirilmiş hər iki oyunu necə xarakterizə edərdin?
- Komandanın tam hazır olmaması oyun zamanı çətinlik yaratdı. Mövsümlərarsı fasilədən sonra ilk oyunlarımız idi.Uşaqlar məzuniyyətdən yeni qayıdıblar. Cəmi 10-15 gün məşq keçdik ki, bu da formamızı bərpa etmək üçün yetərli deyil. Ən azı bir ay intensiv məşqlər olmalıdır ki, özümüzə gələk. Bizdə də o qədər vaxt olmadı. Məqsədimiz dünya çempionatının əsas mərhələsi zamanı keçirəcəyimiz oyunlarda uğur qazanmaqdı. Sentyabrda millinin daha bir toplanışı olacaq. Rusiyada daha güclü rəqiblərlə qarşılaşacağıq. Həmin turnirdən sonra komanda komplektləşəcək və rəsmi oyunlara hazır olacaq.

- Baş məşqçi oyunlardan sonra fərqli açıqlamalar verdi. İlk oyunda intizamın və konsentrasiyanın zəif olmasından şikayətləndi, ikinci matçda isə bunun qaydasına düşdüyünü dedi. İlk oyuna niyə konsentrasiya ola bilmədiniz?
- Komanda tam komplektləşməyibsə, oyunçuların diqqəti, yanaşması fərqli olur. Bunlar bir-birinə zəncirvari bağlıdır. Əlbəttə, baş məşqçi meydandakıları kənardan  daha yaxşı görür.

- Bu oyunlar hansı məqamlara xüsusi diqqət ayırmağın vacibliyini göstərdi?
- Birinci oyunda müdafiədə yersiz səhvlər etdik. Rəqibin vurduğu 5 qoldan 3-4-ü öz səhvimizdən baş verdi. Çalışdıq, mübarizə apardıq, qol epizodlarımızdan faydalanmağa çalışdıq. Sadəcə, uşaqların fiziki cəhətdən tam formada olmaması, taktiki tapşırıqları düzgün yerinə yetirə bilməməsi sözünü dedi. Mövsümün əvvəlində bu cür hallar olur. Oktyabrdakı oyunlara qədər bir aydan çox vaxtımız var.

- Maraqlıdır ki, hər iki oyunda hesabı açan tərəf komandamız olsa da, məğlubiyyətdən qaça bilmədik. İkinci oyunda xüsusilə rəqibin ikinci qolundan sonra sanki çaşqınlıq yarandı.
- Adi səhvə yol verdik və rəqib boş qapını dəqiq nişan aldı. Bu cür məqamda ruhdan düşdük, gerilədik. Rəqib isə əksinə, ruhlandı, təzyiqi artırdı.

- Sentyabrdakı turnirdə rəqiblər daha güclü komandalardı. Ona qədər toparlanmaq mümkün olacaqmı?
- Bu turnirdə bir dəfə iştirak etmişik. Bundan başqa, Rusiya, İran və Qazaxıstanla müxtəlif yarışlarda qarşılaşmışıq. Komandamız onlardan nə zəifdi, nə də geri qalır. Hazırkı məqamda biz yüz faiz hazır deyilik. Hazır olduqdan sonra həmin rəqiblərlə başabaş mübarizə aparacaq gücdə olacağıq. Sentyabrın 11-də Yüksək Liqa başlayacaq. Çempionat oyunları bizə çox kömək edəcək. Oyun təcrübəsini artıracağıq, səhvlərimizi düzəldəcəyik.


 
tarix: 29-08-2019 12:22


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az