(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Gözəl: “Monakoya bunun üçün gedəcəm”

Tahir Gözəl: “Monakoya bunun üçün gedəcəm”

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Linfild"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, o, rəhbərlik etdiyi komandanın Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə əvvəldən inandığını deyib.

- Sevinc hissləriniz necədi?
- İlk oyunda Şimali İrlandiyaya da getmişdim. Orada bizi təriflədilər. Komandamız barədə deyilən sözlər, “Qarabağ”ı nəhəng klub hesab etmələrini onların qəzetlərində oxumaq çox qürurverici idi. Mənə çox xoş təsir bağışladı, bizi orda gözəl qarşılaşmışdılar. Səfərdə çox narahat oldum, üzüldüm, ancaq “Qarabağ”a inanırdım. Məğlubiyyətə layiq olmadığımızı bilirdim. Böyük ümidim var idi bu gün. Çox gərgin idim. “Qarabağ” çox üstün və özünəinamlı Avropa oyunu sərgilədi. Layiqli qələbə qazandıq. Xalqımızı, “Qarabağ” sevənləri təbrik edirik. Bu axşam biz millət kimi sevindik.

- APOEL-lə oyundakı məğlubiyyət komandada inamsızlıq yaratmışdı?
- Xeyr, inamsızlıq yaratmamışdı. Etiraf edim ki, APOEL-lə Bakıdakı məğlubiyyətdən daha çox Şimali İrlandiyada uduzmağımız mənə çox təsir etmişdi. Futbol müəmmalıdı, heç nə bilinmir, həyat kimidir, sürprizlərlə doludur. Komandamızın ruh halını saxlamaq və belə davam etmək lazım idi. Bu məğlubiyyətlər bizi daha da gücləndirdi və bu yerə çatdıq.

- Beş dəfə Avropa Liqasının qrupunda iştirak etmisiniz. Bu dəfə qrupda hansı hədəf var?
- Püşkatmada futbol adamları ilə önəmli görüşüm olacaq. Püşkdə bir az bəxt də lazımdı.

- Yəqin ki, qrupda “Mançester Yunayted”lə qarşılaşmaq istəmərsiniz...
- Onları Bakıda görmək də böyük şərəf olar. Ancaq indi deyil, daha sonra (gülür).

- Komanda artıq qrup mərhələsindədir. Güclənməyə ehtiyac var? Transferlər gözlənilir?
- Avropadakı uğurumuz klubun büdcəsinə çox kömək edir. Ancaq mənimlə razılaşarsınız ki, aldığımız yeni futbolçular effektli oldu. Hər oyun arzum budur ki, “Qarabağ” daha yüksək səviyyədə çıxış etsin.

- “Genqam” Abdullah Zubir üçün bir milyon avro ödəmək istəyir. Onu satmaq fikriniz var? Zubiri bu qiymətə satsanız, sizə xeyri olar?
- Heç bir fikrimiz yoxdu. Kimisə satmaq istəmirik. Bizim güclü olmağa ehtiyacımız var. Var gücümüzlə davam edəcəyik. O vəziyyətdə deyilik ki, oyunçumuzu sataq. “Qarabağ” artıq futbolçu gətirib, Avropaya yaxşı qiymətə satmalıdır. Buna nail olsaq, böyük qarantimiz olacaq. Əslində, bunu danışmaq üçün Monakoya gedəcəm. “Qarabağ”ı Avropada daha inkişaf etmiş bir klub edə biləcəyikmi? Bu, məni həyəcanlandırır.

- Qrup oyunları Olimpiya stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda? Azarkeşlər BOS-a getməyə çətinlik çəkir.
- Sizinlə razıyam. Baxacağıq. Böyük klublar olsa, bizə 70 min azarkeş lazımdır, nəinki 30 min. Görək, nə baş verir. Hələlik, bizim üçün bura daha yaxşıdı.

- Qrupda minimum hədəf nədi?
- Rekord vurmaq, mərhələ keçmək! Tarixdə belə güclü “Qarabağ” olmayıb. Biz buna layiq idik. Biz buna hazırlaşmışıq. Görün, neçə ildi Qurban Qurbanov klubdadı. Etiraf edim ki, çatışmayan cəhət var. Oyunlar o qədər gərgin keçir ki, yerli futbolçularımıza çox şans verə bilmirik. Bundan narahatam. Arzu edərdim ki, Rahil Məmmədovdan başqa üç-dörd yerli uşaq da oynasın. O qədər gərgin oyunlar var ki... Ya hədəfə getməliyik, ya da futbolçularımıza şans verməliyik. Hədəfə gedəndə sevinirəm. Ancaq kluba baxanda öz oyunçularımızı görmürəm. Bu yolla nə qədər getsək, axırı olmayacaq. Səmimi düşüncələrimi sizinlə bölüşürəm. Gizli mesaj vermirəm. Yerli futbolçunun az olması məni narahat edir.


 
tarix: 29-08-2019 23:07


 
Xəbər lenti
12.11.2019

19:57   Super Liqada daha bir baş məşqçi istefası

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az