(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu

Avropa Liqasında pley-off mərhələsinə yekun vuruldu

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib. Komandalar arasındakı ilk oyun “Linfild”in 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçında 2:1 qalib gələn Ağdam klubu mərhələ adlayan tərəf olub.

Türkiyənin “Trabzonspor” klubu ilk oyunda 3:1 hesabıyla məğlub etdiyi AEK-i bu dəfə doğma azarkeşləri qarşısında qəbul edib. İki cavabsız qolla uduzmasına baxmayaraq, qonşu ölkə təmsilçisi də qrup mərhələsinə vəsiqə əldə edib.

Moskva “Spartak”ı isə Portuqaliya “Braqa”sı ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk görüşdə portuqallar minimal hesablı qələbəyə sevinmişdi – 1:0. Cavab görüşündə də uduzan Rusiya təmsilçisi mübarizəni dayandırmalı olub.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları

29 avqust

Qarabağ – Linfild (Şimali İrlandiya) 2:1
Qol: Romero, 6. Zubir, 88 – Leyveri, 90+3.
İlk oyun – 2:3

Riqa (Latviya) – Kopenhagen (Danimarka) 1:0
Qol: Brisola, 75.
İlk oyun – 1:3

AİK (İsveç) – Seltik (Şotlandiya) 1:4
Qol: Larsson, 33-pen – Forrest, 17. Conston, 34. Julien, 87. Morqan, 90+3.
İlk oyun – 0:2

Apollon (Kipr) – PSV (Hollandiya) 0:4
Qol: İhattaren, 73. Mitroğlu, 76. Malen, 79; 90+4.
İlk oyun – 0:3

BATE (Belarus) – Astana (Qazaxıstan) 2:0
Qol: Skaviş, 6. Yablonski, 85.
İlk oyun – 0:3

Bney Yehuda (İsrail) – Malmö (İsveç) 0:1
Qol: Molins, 7.
İlk oyun – 0:3 

Zarya (Ukrayna) – Espanyol (İspaniya) 2:2
Qol: Lednev, 54. Rusin, 78 – Ferreyra, 34. Varqas, 62.
İlk oyun – 1:3

Mölde (Norveç) – Partizan (Serbiya) 1:1
Qol: Ceyms, 72 – Miletiç, 80.
İlk oyun – 1:2 

PAOK (Yunanıstan) – Slovan (Slovakiya) 3:2
Qol: Limnios, 49. Sviderski, 50. Yannulis, 87 – Medvedev, 38. De Marko, 61.
İlk oyun – 0:1

Spartak (Moskva, Rusiya) – Braqa (Portuqaliya) 1:2
Qol: Bakayev, 89 – Horta, 42. 45+3.
İlk oyun – 0:1

Antverpen (Belçika) – Alkmaar (Hollandiya) 1:4
Qol: Lamkel, 73 – Stenqs, 90. Druyf, 96. Koopmeyners, 102. Qudmundsson, 112.
İlk oyun – 1:1

Hapoel (Beer-Şeva, İsrail) – Feyenoord (Hollandiya) 0:3
Qol: O.Kökcü, 46. Berqeys, 52. Burger, 61.
İlk oyun – 0:3 

Trabzonspor (Türkiyə) – AEK (Yunanıstan) 0:2
Qol: Livaya, 24. Mantalos, 30-pen.
İlk oyun – 3:1

Düdelanj (Lüksemburq) – Ararat (Ermənistan) 2:1 (penaltilər 5:4)
Qol: Sinani, 48; 71 – Lima, 24.
İlk oyun – 1:2 

Ferentsvaroş (Macarıstan) – Suduva (Litva) 4:2
Qol: Varqa, 36. Boli, 45+1. Nquen, 66. Siqneviç, 90+6 – Verbiçkas, 11. Topçaqiç, 64.
İlk oyun – 0:0

Riyeka (Xorvatiya) – Gent (Belçika) 1:1
Qol: Pulyiç, 32 – Plastun, 33.
İlk oyun – 1:2 

Maribor (Sloveniya) – Ludoqorets (Bolqarıstan) 2:2
Qol: Tavares, 65. Vankas, 72 – Marselinyo, 17. Keseru, 26.
İlk oyun – 0:0

Ayntraxt (Frankfurt, Almaniya) – Strasburq (Fransa) 3:0
Qol: Mitroviç, 27-öz qapısına. Kostiç, 60. Da Kosta, 66.
İlk oyun – 0:1

Reyncers (Şotlandiya) – Legiya (Polşa) 1:0
Qol: Morelos, 90+1.
İlk oyun – 0:0

Vulverhempton (İngiltərə) – Torino (İtaliya) 2:1
Qol: Ximenes, 30. Dendonker, 59 – Belotti, 58.
İlk oyun – 3:2

Vitoriya (Portuqaliya) – Styaua (Rumıniya) 1:0
Qol: Tapsoba, 53-pen.
İlk oyun – 0:0


 
tarix: 30-08-2019 00:54


 
Xəbər lenti
17.11.2019

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az