(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” üçün hədəf müəyyənləşdirərkən...

“Qarabağ” üçün hədəf müəyyənləşdirərkən...

Püşk atıldı, “Qarabağ”ın rəqibləri bəlli oldu. Bir neçə gün ağdamlıların qrupdan çıxmaq perspektivi müzakirə olunacaq, dekabra kimi isə komanda daim təzyiq altında olacaq.
 
Soyuq başla rəqibləri dəyərləndirsək, “Qarabağ”ın qrupdakı halal yeri 3-cü pillədi. Yalnız “Düdelanj”la oyunlarda çempionumuzdan mütləq qələbə gözləmək lazımdı. “Cırtdan” Lüksemburq klubu olmasına baxmayın, son illər bu ölkədə futbol ciddi inkişafdadı və “Düdelanj” da döyüşkən ruhu hesabına buradək irəliləyib. Bununla belə, 6 ildi qitə səhnəsində adından söz etdirən “Qarabağ” rəqibindən azı 4 xal almalıdı. Necə ki, 2016-cı ildə elə bu komanda Bakıda Riçard Almeydanın dublu ilə 2:0 yenilmiş, səfərdə 1:1 hesabı qeydə alınmışdı.
 
Təbii ki, qrup sonunculuğu yaxşı qarşılanmaz. İllərdi yığılan reytinq xalları komandamıza 3-cü səbətdən çıxmaq imkanı verib və bunun sayəsində qismətimizə zəif rəqib düşüb. İndi Qurban Qurbanovun yetirmələri təcrübəsindən yararlanaraq, sonuncu olmamaq mübarizəsindəki əsas rəqibini sıradan çıxarmalıdı.
 
“Sevilya” ilə oyunlarda qazanılacaq hər xal qənimət hesab olunacaq. Çempionlar Liqasında Madrid “Atletiko”su ilə matçlarda cüt heç-heçə “Qarabağ”ın səviyyəli komandalarla oynaya bildiyini göstərdi. Amma komandanı yükləmək, buna borclu hesab etmək yanlışdı. Hətta 2 məğlubiyyət də qəbulolunandı, Bakıda bu rəqibi büdrətməksə, bonus olardı.
 
Təbii ki, “Qarabağ” boyundan yuxarı tullanmaq istəyirsə, APOEL-i üstələməlidi. Və Kipr klubuna bumövsümkü oyunların qisasını almalı olduğumuz rəqib gözüylə baxılmamalıdı. Səbrlə, təmkinlə oynayıb, bu komandadan 3 xal almaq olar. Necə ki, elə bu mövsüm səfərdə bunu bacarmışıq. Rəqib nə superklub, nə qapazaltıdı, normal, “Qarabağ”a bab komandadı. Arzuları reallaşdırmaq, qrupdan çıxmaq üçün uyğun kollektivdi, amma APOEL-i üstələyib, qrup ikincisi olmaq sensasiya sayılacaq. Emosiyayla yox, soyuq başla düşünməliyik.
 
Ümumiyyətlə, qrupda 1-cilik fantastika, növbəti mərhələyə adlamaq çox çətin vəzifə olar. Sonuncu olmamaq ağdamlıların boynuna qoyulası yükdü, çünki “Düdelanj”dan geri düşmək illərin təcrübəsinə yaraşmayacaq. Təbii ki, inam olmalı, qarşıya hədəf qoyulmalıdı. “Qarabağ” zatən bizi ilklərə, hədəf böyütməyə öyrədib. Qrupdan çıxmaq qarşıya məqsəd kimi qoyulmalıdı, lakin bu, reallaşmayanda fiaskodan dəm vurmamalıyıq.
 
“Qarabağ” rəqabətsiz çempionatdan çıxaraq, Avropada meydan sulamaqla onsuz da mümkün olandan artığını edir. Ağdamlılardan yalnız o halda bunu tələb etmək olar ki, 2-3 klubumuz qrupa düşsün, belədə çempiondan daha yaxşısını istəyək. Ölkə futbolu bataqlıqdadı, indiki halda “Qarabağ”ın ayaqda durması özü böyük uğurdu.
 
“Qarabağ” üçün hədəf müəyyən edənlərin, qrupdan çıxmaq üçün yaxşı şansı olmasını deyənlərin ortaya çıxması normaldı. Bu, sevgidəndi, azarkeşlər komandanı daha yüksəkdə görmək istəyir. Lakin reallığı bilə-bilə ağdamlıları təzyiq altında qoyan məmurları başa düşmək olmur.
 
Məsələn, AFFA prezidenti Rövnəq Abdullayev təbrik mətnində uğura şərik çıxır. “Qarabağ”ın ardıcıl uğurlarının Azərbaycan futbolunda stabilliyin göstəricisi olduğunu deyən assosiasiya rəhbəri yanılır. Bu, yalnız bir klubdakı sabitliyin göstəricisidi. AFFA prezidenti milli komandanın uğurları ilə və ya hər iki cəbhədə paralel inkişaf görərkən öyünə bilər. İndiki halda isə yığmalarımız fiasko yaşayır - əsas milli seçmə mərhələdə xala həsrətdi, U-21 Lixtenşteynə tarixinin ilk qələbəsini qazandırıb, U-17 sıradan rəqiblərlə görüşlərdə 8 komanda arasında 7-ci olub. Və bütün bunları futbolumuzdakı stabillik kimi qiymətləndirmək olar – çünki hamı uduzur. “Qarabağ”ın etdiyi isə müsbət kənaraçıxmadı. Özü də bu, bütöv klub futbolunu əhatə etmir, digər təmsilçilərimizin aqibəti hamıya bəllidi.
 
Abdullayev “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməyi arzulayıb. Arzu olduğundan qəbulediləndi. Əvəzində millinin baş məşqçisi Nikola Yurçeviç ağdamlıları az qala bunu etməyə borclu sayır: "Çox yaxşı qrupdur. 4 komanda arasında ən gücülüsü "Sevilya"dır və aşkar favoritdir. "Qarabağ" APOEL-lə ikinci yer uğrunda mübarizə aparacaq. "Düdelanj" isə ortabab komandadır. Hamı, elə "Qarabağ" özü də püşkün nəticəsindən razı qala bilər. Qrupdan çıxmaq üçün yaxşı şans var".
 
Yurçeviç, bunu biz də bilirik və ən yaxşısına ümid edirik. Lakin məhz sənin danışmağın ayıbdı. Millini tarixində ilk dəfə xalsız qalmaq perspektivi ilə üz-üzə qoymusan, nəticələr faciəvidi, yaxşı olmasına ümid yoxdu. Belədə qrupu şərh etmək belə sənə düşmür.
 
Kəsəsi, “Qarabağ”ın qrupdan çıxmaq şansı var, lakin bunu komanda özü qarşısına məqsəd qoymalıdı, haqqı çatmayan kimsə bunu vəzifə deyə müəyyənləşdirə bilməz. Ağdamlıların sonuncu olmaması ilkin hədəfdi, APOEL-i keçmək mümkün olsa, azarkeşləri yalnız sevindirərlər.
 
FƏRİD

 
tarix: 30-08-2019 19:10


 
Xəbər lenti
21.11.2019

17:45   Ən sadiq futbolçular

17:14   “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49   “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27   Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16   Neymar sıraya döndü, Mbappe...

15:49   “Real”ın futbolçusunun barmağı sındı

15:10   “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33   “Golden Boy” mükafatına son 3 namizəd

14:09   Depay birinci, Ronaldo 10-cu oldu

13:41   UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16   “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44   “Borussiya”lı üçün il bitdi

12:32   “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17   “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53   “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44   Ronaldonun əvəzinə Mbappe

11:30   "Heç vaxt bu qədər sevinməmişdim"

11:25   Daha bir milli baş məşqçisiz qaldı

11:19   Slavçevin vidası reallaşır

11:00   Milli oyuncaq

10:49   “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34   “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15   Xayme Romero: “Enişin olması normaldı”

10:00   AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40   Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27   Milli komandada baş məşqçi istefası

09:14   Məmmədovla “süni müsahibə”

09:00   “Fənərbaxça”da iki ciddi itki

08:46   Şeydayevlə İsrafilov əlbəyaxa oldu: "Sənin kimilər bu formanı geyinməməlidi"

20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az