(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Əliyar Ağayev Misirə getdi: yarımfinal oyununu idarə edəcək

Əliyar Ağayev Misirə getdi: yarımfinal oyununu idarə edəcək

Premyer Liqanın III turunda oynanılacaq görüşlərin təyinatlarında qəfil dəyişikliklər səbəbsiz deyil. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq, Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edib.
 
Yalnız FIFA referisi əvəzlənsəydi, bunu onun zədələnməsi və ya başqa səbəblə əlaqələndirmək olardı. Amma Əliyar Ağayevin başçılıq etdiyi briqada geri çağırılıb. Deməli, bunun üçün daha ciddi əsas var.
 
AFFA qərarın səbəbini açıqlamağa tələsmir. Klublara isə Əliyarın xaricə getməsi üzündən Rəhim Həsənovla əvəzləndiyi barədə məlumat verilib. Yaxın günlərdə beynəlxalq oyun yoxdu, həm millilərin matçları, həm də avrokubok görüşləri daha gec reallaşacaq. Hətta Ağayev hansısa matça təyinat alsa da, buna görə milli çempionatdan kənarlaşdırılması məntiqli görünmür.
 
***
 
Ehtimallarımız doğruldu. Bu xəbəri hazırlayarkən AFFA əsl səbəbi açıqladı. Belə ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
 
Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
 
Əldə etdiyimiz məlumata görə, dəvət dünən gecə gəlib və təyinatlardakı dəyişilik bu üzdən qəfil reallaşıb. Əliyar daha öncə Yunanıstan çempionatında da oyun idarə edib və AFFA hakimlərin müxtəlif ölkələrdə təcrübə toplaması üçün mütəmadi addımlar atır. Misir isə bir az riskli yerdi. Bu Afrika ölkəsində tez-tez qalmaqallar yaşanır və yerli federasiya da əcnəbi hakimlərə müraciət edir. Ağayevin işinin öhdəsindən məharətlə gələcəyinə ümid edirik.

 
tarix: 31-08-2019 14:00


 
Xəbər lenti
19.11.2019

18:54   “Qalatasaray” itirə-itirə gedir

18:00   Millimiz Qazaxıstana da uduzdu

17:43   Paytaxt klublarının 18-ci dueli

17:22   Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00   “Borussiya”da 5 illik müqavilə

16:42   İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20   İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00   “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40   La Liqa klubunda yeni müqavilə

15:21   71 il sonra gələn qələbə

15:00   “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41   Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20   İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00   Kavani Messini “razborka”ya çağırdı

13:40   Mxitaryan yenə ara qarışdırır

13:20   Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

09:10   Azərbaycan Ukraynaya qarşı - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az