(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Çəlikəl Delarja ödənən kompensasiyanın məbləğini gizlətdi

Çəlikəl Delarja ödənən kompensasiyanın məbləğini gizlətdi

“Qarabağ” yenə diqqət mərkəzindədi. Ağdam klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra indi də transferləri ilə hamını maraqlandırır.
 
Bu barədə suallara klub direktoru Əmrah Çəlikəlin cavab verməsini istədik. Türkiyəli idarəçi futbolinfo.az-a qısa açıqlama verdi.
 
- İbrahim Şehiçin transferi ilə bağlı son durum necədi? Onun “Qarabağ”a dönüşü reallaşırmı?
- Hələ qaytarmamışıq, amma transfer etmək istədiyimiz futbolçulardan biridi. Hazırda rəsmi bir şey olmadığından nəsə deyə bilmərəm. O, hələ ki, “Ərzurumspor”un futbolçusudu.
 
- Avropa Liqasının qrup oyunları ərəfəsində daha hansı futbolçuları transfer etmək istəyirsiz?
- Rəsmi bir şey yoxdu. Nə isə deməyim doğru olmayacaq. Transfer məsələləri birbaşa baş məşqçi Qurban Qurbanovun səlahiyyətində və nəzarətindədi.
 
- Fransa “Genqam”ının sizdən Abdullah Zubiri, eləcə də Mahir Mədətovu istəməsi haqda xəbərlər yayılmışdı. Transfer pəncərəsi bağlanır, hansısa yenilik varmı?
- Rəsmi müraciət yoxdu. Onlar “Qarabağ”ın futbolçularıdı, hansısa dəyişiklik olmayıb.
 
- Qrup mərhələsini püşkü ilə bağlı açıqlamanızı oxudum. Hədəfi böyütmək zamanı gəldiyini bildirmisiz. Buna aydınlıq gətirərdiz: qrupdan çıxmağı nəzərdə tutursuz?
- Həmişə hədəfləri böyüdürük, bir il öncəylə müqayisədə daha irəli getməyi düşünürük. Yenə əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu il də belə olacaq.
 
- Rəqiblər ürəyinizcə oldumu?
- Qismət beləymiş. Görək necə olacaq?
 
- Con Delarjla bağlı məsələni aydınladardız. Ona müqaviləni qarşılıqlı razılıqla pozmaq üçün nə qədər kompensasiya ödəndi?
- Klubdaxili məsələdi. Yalnız yollarımızı qarşılıqlı razılıqla ayırdığımızı deyə bilərəm.
 
- Delarj transferindən klub nə qədər ziyana düşdü?
- Açıqlama verməyim doğru olmaz, daxili məsələmizdi. Mən yalnız ona gələcək karyerasında uğur arzulaya bilərəm.
 
- Ötən mövsüm bitdikdən sonra klubunuzun vitse-prezidenti Tahir Gözəl çempionluq kubokunun Ağdama aparılacağını vəd etmişdi. Sıx qrafik üzündən bu, indiyədək baş tutmayıb. Ağdam camaatına verilən vəd nə vaxt yerinə yetiriləcək?
- Kuboku Ağdama aparmağı istəyirik, bu barədə fikirləşirik. Amma hazırda əsas hədəfimiz “Qarabağ”ın adını yüksəltməkdi, bütün çalışmalarımız bu yöndədi. İnşallah qısa zaman ərzində, uyğun vaxt tapıb bunu da həyata keçirərik.
 
CAVAD

 
tarix: 31-08-2019 17:44


 
Xəbər lenti
22.09.2019

09:30   Turabovun komandasından “Partizani”ylə heç-heçə

09:00   “Neftçi” “Keşlə” ilə üz-üzə - YENİLƏNİR

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az