(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Fiaskonun son akkordu

Fiaskonun son akkordu

Tərlan Əhmədovun komandası hələ ilk hissədə Tərlan Əhmədlinin qapısına 3 dəfə yol tapanda gözlənilirdi ki, Sənan Qurbanov qurban gedəcək. Bəlkə də çoxdan belə qərar verilməliydi. O halda indiki kimi rəzil “Qəbələ” görməzdik, dünənədək ən yüksək məqsədlər üçün döyüşən komanda belə aciz duruma düşməzdi.
 
Premyer Liqanın 3-cü turunun açılış matçı sindromun qırılması ilə yadda qaldı. “Keşlə” indiki adı ilə ilk dəfə, “İnter” adlandığı dövrü də götürsək, 15 oyundan sonra “Qəbələ”ni yendi. 2015-ci ildən bu yana, 4 ilinin tamam olmasına 12 gün qalmış bakılılar tilsimi qırdı.
 
Əhmədovun oyunsonrası mətbuat konfransında dediyi kimi, hətta “Keşlə” də bu qədər asan qələbə qazanacağını gözləmirdi. “Qəbələ” o qədər bərbad futbol oynadı ki, ona xal bağışlamaq ağılsızlıq olardı. Amma Tərlan bəy yenə də ehtiyatlı davrandı, ilk dəqiqələri kəşfiyyata həsr etdi. Başıpozuq şəkildə irəli atılan meydan sahiblərinin oyununda düşünülmüş taktikanın, məşqçi tapşırığının hiss olunmadığı aydınlaşan kimi zəif nöqtələr tapıldı və cavab həmləsi məhsuldar alındı.
 
Bu matçda “Keşlə”nin əsas itkisi Sezar Meza Kolli idi. Əhmədov ön xəttdə onun yoxluğunu unutdurmaq üçün əla rotasiya etmişdi. İkinci hücumçu kimi oynayan Ruslan Qurbanov cinahlara açılır, rəqib müdafiəsi tar-mar olurdu, qonaqların mərkəzdə yaranan boşluğundan yararlanmağı isə bacarmırdılar. Tərlan bəy Slavik Alxasovu cinah yarımmüdafiəçisi kimi oynatmaqla qanad hücumlarına üstünlük vermişdi və bu “qumar” tutdu.
 
İlk yarıda vurulan 3 qol bir-birinin təkrarı idi. Hamısında sağ cinahdan cərimə meydançasına ötürmə dəqiq zərbə ilə tamamlandı. Yusif Nəbiyev hadisələri seyr edir, “Keşlə”nin futbolçuları onun məsul olduğu mövqedə at oynadırdı. Və qonaqların qolları sıralamasında müdafiəçilərin, eyni zamanda dayaq yarımmüdafiəçilərinin günahı var idi. Bu baxımdan Fernan Lopes də fərqləndirilməlidi, məhz o mərkəz müdafiəçilərinə yardıma yubanırdı.
 
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Nəbiyevlə Lopesi fasilədə əvəzlədi. Halbuki o, bunu 16-cı dəqiqədəki epizoddan sonra etməli idi. Həmin an Slavikin dubl etməsinin qarşısını qapıçı aldı, halbuki epizod ilk qolun təkrarı idi. Məşqçi boşluğu görməli və tədbir tökməliydi. Qurbanovsa donub qaldı və 2-ci, 3-cü qol eyni ssenariylə vuruldu.
 
İkinci yarı fərqli keçdi. Təkcə həmin 2 oyunçunun əvəzlənməsi ilə vəziyyət dəyişmədi. “Keşlə” də qələbə hesabını qorumağa və oyunun bitimini gözləməyə çalışdı. Hətta bu vəziyyətdə də qonaqlar daha bir qol vurdu. Çünki rəqib məğlub olmaq üçün hazır idi, məşqçinin rolu görünməyəndə futbolçular da məsuliyyətsizlik edir. “Qəbələ”də isə xaosdu, oyun intizamı, xarakter, döyüş ruhu – heç biri qalmayıb.
 
“Qəbələ” bu mövsüm xal qazanmayan və qol vurmayan yeganə komandadı. Avrokubok matçlarını da götürsək, son 5 matçda hesab 0:14-dü. Axırıncı qolu ölkə kubokunun son finalında vuran “qırmızı-qaralar” 536 dəqiqədi rəqib torunu silkələyə bilmir.
 
Və bütün bunlar Sənan bəyə bağışlanmadı. Ötən mövsüm boyu baş məşqçiyə dəstək olan, ən çətin məqamlarda belə ondan üz döndərməyən rəhbərlik oyundan sonra istefa verdiyini deyən Qurbanovla vidalaşmağı qərara aldı. Milli komandaların oyunlarına görə yaranan fasilə müddətində yeni məşqçi ilə bağlı qərar veriləcəyi gözlənilir.
 
Köməkçilərdən biri, yoxsa yeni ad – bu barədə ilkin ehtimal da yoxdu. Yəqin ki, məsələ uzadılmayacaq. Qərarın tez verilməsi elə ən məsləhətlisidi, çünki fasilə müddətində komandada görüləsi çox iş var.
 
Qurbanovun uğursuzluğunu büdcənin azaldılmasına, heyətin zəifləməsiə bağlayanlar çoxdu. Amma bu, əsas səbəb deyil. “Qəbələ”nin çox normal legionerləri, təcrübəli yerli oyunçuları var. Bəli, avrokuboklara vəsiqəyə iddia etmək çətindi, lakin heyətin potensialı var və komanda bu qədər aciz duruma düşməməliydi. Klubun büdcəsi isə “Sumqayıt” və “Səbail”lə müqayisədə daha yaxşıdı. Sənan bəy sadəcə, özünü baş məşqçi kimi sübut edə bilmədi.
 
AĞA

 
tarix: 01-09-2019 09:00


 
Xəbər lenti
15.12.2019

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

02:00   “Qəbələ” “Sabah”a, “Səbail” “Zirə”yə qarşı - YENİLƏNİR

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az