(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavid Hüseynov: “Heç vaxt belə penalti vurmurdum”

Cavid Hüseynov: “Heç vaxt belə penalti vurmurdum”

"Zirə"nin kapitanı Cavid Hüseynov evdə "Sabah" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib. 30 yaşlı yarımmüdafiəçi oyunu dəyərləndirməklə yanaşı, qaçırdığı penaltidən və sabiq klubu "Qəbələ"nin üzləşdiyi vəziyyətdən danışıb.
 
- Nəticəni ədalətli saymaq olarmı?
- Bu, bir qədər çətin sualdır. O mənada ki, rəqib oyuna yaxşı başlamışdı, 15 dəqiqə ərzində hücumlar etdi, bizdən daha çox top saxladı. 0:1 hesabı ilə geri düşdükdən sonra bir qədər rahatlaşmağa başladıq, çünki itirəcəyimiz heç nə yox idi. Tələsik futbol oynamadıq. Çalışdıq ki, səbrlə, asta-asta, oyuna diqtə edə-edə hücumlar quraq. Bunu da bacardıq. Həqiqətən də xeyli hücum etdik. Bunlar kor-koranə yox, məntiqli, düşünülmüş hücumlar idi, cinahları tez-tez dəyişirdik. İkinci hissənin əvvəllərində 11 metrlik cərimə zərbəsini vura bilmədim. Vursaydım, bəlkə də qələbə qazanardıq. Futbolda belə şeylər o qədər olur ki... Amma xarakter sayəsində hesabı bərabərləşdirdik. Bundan sonra da hücumlar etdik, lakin nəticə dəyişmədi.
 
- Xüsusən, ilk yarıda komandanız cinahlardan irəliləyərək, asmalar etsə də, ortada son nöqtəni qoyacaq heç kim olmurdu...
- Mən də elə bunu demək istəyirdim. Hücumlar necə olur? 3-4 toxunuşla cinahlara keçirsən və asma edirsən ki, son nöqtəni qoysunlar. Bunu bacaracaq hücumçu olmaya bilər, amma hücumu quraraq inkişaf etdirmək başqa şeydir. Hücumların inkişafı gedirdi, sadəcə, ya yaxşı asmalar, ya da top ötürülən zonada futbolçumuz olmurdu. Yəqin ki, bunun üzərində işləyəcəyik. Amma əsas odur ki, oradək gedib çıxa bilirdik, özü də rahatlıqla.
 
- Elşad Əhmədov oyundan sonra mətbuat konfransında "Rəqib bizi müdafiəyə oturmağa məcbur etdi" dedi. Bunu ilk yarıda niyə bacarmadınız?
- Ola bilsin, oyunun ajiotaj və məsuliyyəti təsirsiz ötüşmədi. Bəzən elə olur ki, oyuna ciddi hazırlaşırsan. Bu gün "Zirə" və "Sabah" bir-birinə layiqli rəqiblərdir. "Qarabağ" və "Neftçi" kimi. Bunun nəticəsidir ki, ilk yarıda futbolçular, bəlkə elə özüm də kollektiv şəkildə sıxılırdıq. Amma hesabda geri düşdükdən sonra rahatlaşdıq.
 
- "Qarabağ" - "Neftçi" başqa, "Zirə" - "Sabah" başqa" dediniz. Amma siz bu mövsüm "Neftçi"ni məğlub etmisiniz, "Sabah" isə flaqmandan səfərdə xal alıb. "Zirə" və ya "Sabah" "Qarabağ"la rəqabətdə "Neftçi"nin yerini tuta bilər?
- Əlbəttə, tuta bilər. Lakin real yanaşsaq, "Neftçi" hər ikimizdən güclüdür. "Ağ-qaralar" Avropa Liqasının oyunlarından sonra psixoloji baxımdan eniş yaşayırdılar. Ola bilsin, bizimlə oyunda bu, təsirini göstərdi. Bəhanələr və ya hansısa nüanslar gətirmək istəmirəm. Amma reallıqda "Neftçi" və "Qarabağ" bizdən güclüdür.
 
- Nikola Yurçeviçin dövründə ilk dəfə Azərbaycan millisinə dəvət almısınız. Bununla bağlı fikirləriniz necədir?
- Açığı, dəvəti çoxdan gözləyirdim. "Qəbələ"nin Azərbaycan Kubokundakı final matçından sonra yığmaya çağırılacağıma ümid edirdim. Amma çağırış həmin vaxt yox, "Neftçi" ilə matçdan sonra gəldi. Real danışmağı sevirəm: Uelslə səfərdə, Xorvatiya ilə evdə çətin oyunlarımız var. Özüm çağırılmasam da, uşaqlar səfərdə Xorvatiyaya qarşı həqiqətən də yaxşı oyun sərgiləmişdilər. Qarşıdakı görüşlərdə də nə isə etməyə çalışacağıq.
 
- Yurçeviç nə gördü ki, "Zirə"də cəmi 2 oyunda çıxış etdikdən sonra yığmaya dəvət etdi?
- Bu sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəlkə izləyirdi. Sadəcə, elə oldu ki, "Zirə"yə keçdikdən sonra mənə dəvət göndərdi. Niyə belə etdiyini deyə bilmərəm.
 
- Penalti zərbələrini daim sərrast yerinə yetirdiyiniz halda, bu dəfə sanki zərbəni inamsız vurdunuz...
- İndiyədək yerinə yetirdiyim 14-15 penaltidən yalnız 1-i boşa getmişdi. Onu da hazırda Qazaxıstan "Tobol"unda çıxış edən Emil Balayev "Səbail"də ikən qaytarmışdı. Özümdən bu cür biabırçı zərbə gözləmirdim. Nədən asılı olduğunu özlüyümdə incələyə bilmədim. Heç vaxt belə penalti vurmurdum. Həmişə qapıçının hərəkətini sonadək gözləyirdim. Bu dəfə fərqli oldu. Nə bilim...
 
- Sabiq komandanız "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov "Keşlə"yə 0:4 hesablı məğlubiyyətdən sonra istefa verdi. Sizcə, baş məşqçi dəyişikliyindən sonra "qırmızı-qaralar" özlərinə gələ biləcəklər?
- Onlarla mütəmadi əlaqədəyəm, demək olar ki, hər gün danışıram. "Qəbələ" ailəsinə, azarkeşlərinə, klub prezidentinə sevgimiz o qədər böyükdür ki... Bütün klubla, o cümlədən baş məşqçi ilə çox gözəl münasibətlərimiz var. Komanda Avropa Liqasında 2, çempionatda isə 3 oyunda uduzdu və baş məşqçi istefa verdi. Bu, normal haldır. Əslində incələsək, "Qəbələ"nin hazırkı potensialı elə də yüksək deyil. Gələcəkdə yerli və ya xarici mütəxəssis gətirəcəklərini bilmirəm. Amma bu mövsüm komanda üçün çətin olacaq.

 
tarix: 01-09-2019 11:00


 
Xəbər lenti
19.11.2019

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az