(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qəbələ” – 14!

“Qəbələ” – 14!

Bu gün “Qəbələ” İdman Klubunun yaranmasının 14 ili tamam olur.

Futbolinfo.az xəbər verir ki, əyalət təmsilçisi 2005-ci il sentyabrın 1-də Xanların “Göy-Göl” klubu kimi qeydiyyatdan keçib. 2005-2006-cı illər mövsümünün gedişində klubun adı dəyişdirilib və “Gilan” olub. İlk mövsümdə 1-ci divizionun çempionu olan komanda, Premyer Liqada oynamaq hüququ qazanıb. Klub 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçüb. Premyer Liqadakı debüt mövsümünün ardından adını dəyişən “Gilan” 2007-ci ilin avqustundan “Qəbələ” kimi yarışlarda çıxış edir.

Bu müddətdə 5 dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşən klub 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində bürünc, ardınca 2016-2017 və 2017-2018 mövsümlərində gümüş medallara yiyələnib. 

2014-cü ildə avrokuboklarda debüt edən “Qəbələ” ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında mübarizə aparıb. 2015-2016 və 2016-2017-ci illərdə isə təsnifat mərhələlərində 4 rəqibini mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrupda qüvvəsini sınayıb. “Qəbələ” UEFA Avropa Liqasının tarixində ardıcıl iki il 4 mərhələ keçməklə qrupa düşən ilk komanda olub.

2018-2019-cu illər mövsümündə Azərbaycan kubokunun qalibi olan “Qəbələ” daha üç dəfə finalda oynayıb. 2013-2014, 2016-2017 və 2017-2018-ci illər mövsümündə kubokun bir addımlığınadək irəliləyib.

“Qəbələ” İdman Klubunun əsas komandası ilə yanaşı, futbol akademiyası, həmçinin digər idman növlərindəki təmsilçiləri də uğurları ilə diqqət çəkib. Hazırda Azərbaycanın əksər klublarında “Qəbələ” akademiyasının yetirmələri çıxış edir. Klubda yetişən istedadlar arasında karyerasını ölkə xaricində davam etdirənlər də olub. 2013-cü ildən idman klubu kimi fəaliyyət göstərən “Qəbələ”nin təmsilçiləri müxtəlif növlərdə dünya və Avropa miqyaslı turnirlərdə, Olimpiya Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da mükafatçılar sırasına düşüblər.


 
tarix: 01-09-2019 14:33


 
Xəbər lenti
22.09.2019

10:14   İsrafilov üçün 90 dəqiqə və 3 xal

09:30   Turabovun komandasından “Partizani”ylə heç-heçə

09:00   “Neftçi” “Keşlə” ilə üz-üzə - YENİLƏNİR

00:57   “Barselona”dan 5 oyuna 2-ci məğlubiyyət, “Atletiko”dan xal itkisi

00:44   “Yuventus”dan çətin qələbə, derbidə “İnter” sevindi

21.09.2019

23:59  “Monako” yenə qələbəyə həsrət qaldı

23:35  “Fənərbaxça”dan əzmkar qələbə

23:12  “Bavariya”dan darmadağın

22:54  “Mançester Siti” 3 xalı 8 cavabsız qolla qazandı

22:28  “Səbail” - “Qəbələ” 1:1 - VİDEO

22:22  “Qarşımıza heç ikinci yer hədəfi də qoyulmayıb”

22:14  Elmar Baxşıyev: “Heç kimdən çəkinmirik”

21:37  “Sabah” “Sumqayıt”a uduzdu, “Səbail”lə “Qəbələ”dən heç-heçə

20:55  “Sumqayıt” “Sabah”ı tək qolla yendi - VİDEO

19:56  Ayxan Abbasov: “Bu gün tam başqa yerdə olmalıydıq”

19:48  “Sabah”ın hücum xəttində çatışmazlıq var”

19:03  Novruzovun komandası 3 xalı tək qolla qazandı

18:25  Rüfət Dadaşov üçün 83 dəqiqə və 1 xal

16:49  Külək - millimizin ardıcıl məğlubiyyətlərinin günahkarı

15:15  “Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

15:13  Millimiz Belarusa yenə məğlub oldu

15:02  “Barselona”dan daha bir ilk

14:47  Monçi: “Qarabağ”la oyun asan keçmədi”

13:33  Ekşteynin problemi: “Qol vura bilmirik”

13:19  Avroliqa: Azərbaycanın ən yaxşısı Pavel Paşayevdi

12:39  UEFA millimizin rəqibinin hücumçusunu cəzalandırdı

11:41  UEFA “Qarabağ”ı yenə cərimələdi

11:09  Azərbaycanlı futbolçu rəmzi komandada

10:40  “Səbail”lə “Qəbələ”nin 11-ci dueli

10:11  Dadaşov oynadı, komandası ilk qələbəsini qazandı

09:37  Millimizin üzvü üçün 7 dəqiqə və 3 xal

09:00  “Dürüst olsam, bunu gözləmirdim” - Yevgeni Koçuk

01:06  La Liqada tur heç-heçə ilə başladı

00:56  “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45  3 xalı 3 qolla qazandılar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az