(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ayxan Abbasov: “Bu sözə görə onun başını kəsərlər”

Ayxan Abbasov: “Bu sözə görə onun başını kəsərlər”

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:

- 1 xal üçün gəlmişdik. Keçən tur da məğlub olmuşduq. İlk hissədə istədiyimiz qolu vura bildik. Oyunu əks-hücumların üzərində qurmaq istəyirdik. “Neftçi”nin durumu bizdən də pis idi. Təəssüf ki, qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Dəyişikliklər etdik, amma son 1 dəqiqəni dözə bilmədik. Bu da bəzi futbolçularımızın gənc olması və Premyer Liqa ab-havasına uyğunlaşmaması ilə bağlıdı. Yenə də vuruşduqlarına görə komandaya təşəkkür edirəm. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüüf ki, Roberto Bordin hər dəfə kimlərəsə nələrisə öyrətmək istəyir. Amma getsin öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, mən onu qovaram. Təəssüf ki, millidə Anton Krivotsyuk kimi futbolçular oynayır. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Neynəmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin müəllim, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib futbol öyrətmək lazım deyil. Bu da onun tərbiyəsiz komandası!

- Etibar Tarverdiyevin sizə əl-qol atması necə?
- Futbol aqressiya oyunudu. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə adamı öldürürlər. Bəlkə, Ukraynada onun üçün normaldı. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onun sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı. Bu gün “Sumqayıt”la yox, getsinlər o büdcə ilə “Qarabağ”la prinsip aparsınlar.

- Keçən tur hakimlik barədə danışmağınız AFFA tərəfindən narazılıqla qarşılandı. Bu gün razı qaldızmı?
- Sualınız odu ki, mən yenə cəza alım (gülür).

- Epizodların birində Əmir Ağayev cərimə meydançasında yerdə qaldı. Amma haqqınızı tələb etmədiz...
- Epizodu görməmişik. Belə danışmaq olmaz. Bu hadisə olmasaydı, mən “Neftçi”ni tərbik edərdim. Problem deyil, yenə təbrik edirəm. Gəlib bizə küçə söyüşü söyməsi pis təsir etdi. Gör, millinin formasını kimlərə etibar edirik. (matc.az)


 
tarix: 01-09-2019 21:23


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az