(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “Hamı öz evinin içinə baxmalıdı”

Roberto Bordin: “Hamı öz evinin içinə baxmalıdı”

Azərbaycan Premyer Liqasında III turun “Neftçi” – “Sumqayıt” (2:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Gərgin oyun oldu. Matça yaxşı başlamadıq. Amma buraxdığımız qoldan sonra ayıldıq. Komandam əsəbi görünürdü. İlk dəqiqələrdəki qol epizodlarından istifadə edə bilmədik. Buna görə də gərginlik var idi. Komandamı təbrik edirəm. Asan qələbə olmadı. Xarakter göstərdik. Çox vacib qələbə oldu.

- Antonun rəqib komandanın məşqçilər korpusu və futbolçularını ağır şəkildə təhqir etməsi nə dərəcədə doğrudu? Onunla bağlı nə ölçü götürəcəksiz?
- Onu “Sumqayıt”ın baş məşqçisi bildirib. Siz eşitmisiz?

- Niyə yalan danışsın?
- Siz nələr baş verdiyini gördüz?

- Mən də baxırdım.
- Orda elə bir situasiya, xaos idi ki, məni də bir neçə dəfə itələdilər, zərbələrdən qaçası oldum. Bilmirdim ki, nələr baş verib. Bunu araşdıracam və sonda qərar verəcəyik. Məncə, bu vəziyyətdə təkcə antonu və “Sumqayıt”ın qırmızı vərəqə alan futbolçusunu günahlandırmaq olmaz. Oyunboyu xoşagəlməz hadisələr baş verdi. Bizim də səhvimiz var ki, buna cavab verdik.

- “Sumqayıt”ın baş məşqçisi sizə qarşı da ittiham irəli sürdü ki, gəlib bizə nəsə öyrətməsin, futbolçularına tərbiyə versin. Ona nə öyrətmək istəyirdiz ki?
- Heç kimi özünü necə aparmaqla öyrətməli deyiləm. Xüsusən də “Sumqayıt”ın baş məşqçisini. O, italyanca bilir? Necə məni başa düşə bilər ki... Mən orda istəyirdim ki, hər iki tərəf sakitləşsin. Xoşagəlməz haldı ki, məğlub olandan sonra baş məşqçi rəqibi günahlandırır. Hamı öz evinin içinə baxmalıdı. Anton barədə araşdırma edəcəm. Öz oyunçularımı düşünməliyəm. Xahiş edirəm ki, rəqib baş məşqçi də öz futbolçuları ilə məşğul olsun.

- Ayxan Abbasov onu da dedi ki, “Neftçi” belə büdcə ilə getsin “Qarabağ”la prinsip aparsın...
- Hər bir rəqib eynidi. Bu gün “Sumqayıt”la oyuna hazırlamışdıq komandanı. Qələbə lazım idi və bunu əldə etdik. Hər rəqibə qarşı ona uyğun hazırlaşırıq. Bütün komandalar rəqibdi.

- Antonun epizodunu görməsək də, Etibar Tarverdiyevin Ayxan Abbasovu silələdiyini gördük...
- Bunu görməmişəm. Siz ancaq mənə bizim etdiklərimizdən danışırsız. Ancaq Antona vurulan yumruğu görmüsüz? Vurğunun vurduğunu görmədiz? Nə Antonu, nə də Etibarı görmüşəm. Təkcə onu gördüm ki, Anton yerdədi. Sadəcə olaraq, o vəziyyətdə rəqib məşqçi də istəyirdi ki, komanda sakitləşsin. İstəməzdim ki, belə situasiya yaransın.

- Azarkeşsiz olmağınız oyuna təsir edirmi?
- Azarkeşin gəlməsi əlavə motivasiyadı. Əsas da ultraslar. Onlar hər dəfə hiss etdiriblər ki, evdə oynayırıq. Onları başa düşürəm. Son nəticələr ürəkaçan olmadı. Amma ponları tribunada görməyi arzulayaram. Onlar bizə əlavə motivasiya verirlər. Onların yoxluğu görünürdü.

- Olan azarkeşlər də yalnız rəhbərliyi istefaya səsləyirdilər. Fanatları qaytarmaq üçün onlara müraciət etmək və ya görüşmək planınız varmı?
- Bu ildən fərqli olaraq keçən il onlarla tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan tez-tez oyunlarımız olur. Buna görə də görüş baş tutmayıb. Milli komandalara görə fasilə yaranıb. İstəyərəm ki, onlarla görüşüb, fikir mübadiləsi aparaq.

- Vəziyyətin gərginləşməsinə səbəb feyr-pley oldu. Maraqlıdı, sizin komandanız vaxtı uzatmaq məqsədilə olsa belə, topu kənara vursa və rəqib hücum edib, qol vursa. Buna reaksiyanız necə olar?
- Hansı epizodu deyirsiz?

- İkinci qol.
- Feyr-pleyə oyunboyu riayət olunurdu. Sadəcə olaraq 1-2-3-4-5 dəfə yıxıla bilər futbolçu. Ancaq bu qədər yox. Onlar hesabda irəli olduqlarına görə yerə yıxılırdılar. Hər dəfə əlverişli hücum vaxtı topu rəqibə qaytarsaq, futbol necə olacaq ki...

- Geryenin transferi gündəminizdədi?
- Bu barədə heç nə deyə bilmərəm. Qarşıda bizi 3 gün istirahət gözləyir. By müddətdə müzakirə edəcəyik.

- Fasiləni necə keçirməyi düşünürsüz?
- 3 gündən sonra məşqləri bərpa edəcəyik.


 
tarix: 01-09-2019 21:44


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az