(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi” layiq olduğu qələbəsinə kölgə saldı

“Neftçi” layiq olduğu qələbəsinə kölgə saldı

“Neftçi” bu qələbədən sonra mütləq özünə gələcək. Mövsümdə ilk qələbənin qazanılması komandanı psixoloji baxımdan dirçəldəcək. 3 xalın əzmkarlıqla əldə edilməsi, onun dəyərini daha da artırır.
 
Milli komandaların oyununa görə yaranan fasilə ərəfəsində son tur əhəmiyyətli idi. “Neftçi” qələbəsiz seriyanı davam etdirsə, həm liderlər qrupundan uzaq düşəcək, həm də ictimai qınaq artacaqdı. Belə təzyiq altında oyunlara hazırlaşmaq çətin olacaqdı.
 
“Sumqayıt”ı uzun müddətdi “Bakcell Arena”da yenə bilməyən, ötən mövsüm çempionluq yarışında elə bu rəqibdən həlledici zərbəni alan bakılılar tilsimi qırdı. Düzdü, asan başa gəlmədi, oyun ətrafında söz-söhbət oldu, lakin “Neftçi”nin qələbəsi layiqli idi.
 
Əslində, “Neftçi”nin ilk yarıda oynadığı futbola ad vermək mümkün deyil. Roberto Bordin heyətdə tez-tez dəyişiklik edir və seçimlərini uğurlu saya bilmərik. Elə dünənki matç da bunu isbatladı. Oyuna sonradan girən futbolçular vəziyyəti dəyişdi, əzmkar qələbə üçün lazımi motivasiyanı təmin etdi. Düzdü, qolları start heyətində meydana çıxan futbolçular vurdu, lakin ikinci hissəylə birinci arasında çox böyük fərq var idi.
 
Qəribə oyun idi. “Neftçi”nin hesabda geri düşdüyü epizod “Sumqayıt”ın təzyiqinin nəticəsi deyildi. Qonaqlar heç düz-əməlli təhlükə yaratmamış penalti qazandı. Səlahət Ağayev yaşına və təcrübəsinə yaraşmayan səhlənkarlıq etdi, rəqib müdafiəçini vurdu. Bu epizodda o, Şəhriyar Əliyevə xəsarət yetirmək istəmir, dostyana və ərklə “şapalaq ilişdirir”. Baş hakim isə qaydalara uyğun olaraq şablonları tətbiq edir.
 
Səbuhi Bayramovu verdiyi penaltiyə görə qınaya bilmərik. Lakin bir dəqiqə sonra “Neftçi”nin lehinə də fit çalmalı idi. Emin Mahmudovun yerdə qaldığı anda ağ nöqtə göstərilməliydi.
 
Fasilədən sonra “Neftçi”nin daha aqressiv görünməsinə “Sumqayıt” da kömək etdi. Qonaqlar müdafiəyə oturdu, hesabı qorumağın qayğısına çox tez qaldı və bunu bacarmadılar. Öncə Emin Mahmudov rəqibin qapıçı meydançasından qol vurdu. Ömər Buludovun ötürməsinə o, bir-birinə arxayın olan qapıçı və müdafiəçilərdən tez çatdı.
 
Meydan sahiblərinin qələbə qolunu vurmaq üçün çox imkanı oldu. Lakin onlar bunu oyuna əlavə olunan dəqiqələrdə edə bildilər. Təəssüf ki, Stiven Monrozun dəqiq zərbəsi ilə ara qarışdı, meydanda dava düşdü. Çünki qola sevinmə abartılı oldu, Anton Krivotsyuk təhrikedici hərəkətlə qonaqları əsəbləşdirdi. Meydanda ara qarışdı, Krivotsyuk qapazlandı, bunu edən Vurğun Hüseynov qırmızı vərəqə aldı. Anton da ikinci sarı vərəqə ilə qovuldu.
 
“Neftçi”nin qələbəsinə kölgə salan qolun “feyr-pley”ə əməl etməməklə vurulması idi. “Sumqayıt”ın qapıçısı oyundaşı zədələndiyi üçün topu meydandan çıxarmışdı. Bakılılar topu rəqibə qaytarmadı, əksinə, həmin hücumdaca hesabda önə keçdilər.
 
Matç bitdikdən sonra bu dəfə məşqçilər arasında mübahisə düşdü. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov az öncəki qarışıqlıqda onu vuran Etibar Tarıverdiyevi axtarırdı. “Neftçi”nin qapıçı məşqçisi səhvini anladı, meydandaca üzr istədi, Abbasovu öpdü və olayı bağladı. Lakin “Sumqayıt” rəhbərliyi bu olayı unutmasın. Abbasov “Zirə”də işləyərkən eyni aqibətlə üzləşmiş, Qəbələdə oxşar vəziyyətə düşmüş, klub ona sahib çıxmamış, haqqını müdafiə etməmişdi. Nəticədə Abbasov və komandası bu psixoloji zərbədən özünə gələ bilmədi. İndi də ardıcıl 2 məğlubiyyət reallaşıb, Ayxan bəyin yeni seriya ilə yadda qalmaması üçün fasilədə nəsə düşünmək lazımdı.
 
“Neftçi”nin qələbəsinə bütün camiə sevinmədi. Yenə matç boyunca məşqçinin, rəhbərliyin istefasını tələb edən kiçik azarkeş qrupu öz işində idi. Maraqlıdı ki,bu dəfə polis onları tribunalardan kənarlaşdırmadı. Polis klub haqda istənilən şüarı səsləndirməyin əleyhinə deyildi, amma fanatlara “istefa” kəlməsindən istifadə etməmələri tövsiyə olundu. Onlar da sinonim sözlər tapıb etirazlarını davam etdirdilər. Hətta qələbə qolu da azarkeşləri razı salmadı...
 
FƏRİD

 
tarix: 02-09-2019 09:00


 
Xəbər lenti
17.11.2019

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az