(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Musayev hələ də sponsor gözləyir

Musayev hələ də sponsor gözləyir

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın III turuna yekun vuran "Səbail" - "Qarabağ" matçından (0:4) sonra brifinq keçirib. Nədənsə daha çox Bayıl klubunun oyunlarında görünən qurum rəhbəri bir sıra sualları cavablandırıb.
 
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?
- Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilya"dır. O biri rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.
 
- Konkret nə?
- "Sevilya"dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!
 
- "Neftçi" - "Sumqayıt" matçında başverənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiniz?
- Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni biləcəksiniz.
 
- Şəxsi fikriniz nədir?
- Olmamalı idi. Olubsa, buna cavab olmalıdır. Xoşagəlməz hadisə məşqçinin baş məşqçiyə əl qaldırmasıdır. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir. Belə olmamalıdır, baş verməsi düzgün deyil.
 
- İlk 3 turu necə dəyərləndirirsiniz və çempionatın səviyyəsi sizi qane edirmi?
- Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. Sözsüz ki, avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxt gözləməyə ehtiyac yoxdur. Ancaq digər komandalar üçün vaxt lazımdır.
 
- "Qarabağ"ın 4:0 hesablı səfər qələbəsinə sevindiniz, yoxsa "Səbail"in məğlubiyyətinə məyus oldunuz?
- Məyus olmalı bir şey yoxdur. Çünki "Qarabağ" futbolda artıq öz sözünü demiş komandadır. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə "Səbail"i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa, oyun göstərdi.
 
- "Neftçi" ilə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, oyuna kim baxacaq?
- Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdır.
 
- Sponsor məsələsi hələ də açıq qalır?
- Həll olunmalıdır. Ötən gün də saat 2 radələrində danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də xarici şirkətdir.

 
tarix: 02-09-2019 09:44


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az