(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

3 turdan sonra: “Keşlə” yenidən səhnədə

3 turdan sonra: “Keşlə” yenidən səhnədə

Ötən mövsüm istisna olmaqla, son illərin oxşar, təkrarlanan mənzərəsi var idi. Çempionluq mübarizəsində “Qarabağ”a “Qəbələ” əsas rəqib olur, iki klub meydanda və meydandan kənarda yekun uğur üçün hər şey edirdi.
 
Elə bu rəqabət onları daha da böyütdü, hər ikisi avrokuboklarda qrup mərhələsinə yüksəldi. Ağdamlılar indi də yoluna davam edir, təəssüf ki, sponsorların geri çəkilməsi ilə “Qəbələ” arzulanmayan vəziyyətə düşdü. Büdcə azalmaları zamanla nəfəs kəsdi, heyət zəiflədi, ümumi stragegiya yaddan çıxdı və...
 
...Və bu gün yenə Avropada qrupa vəsiqə qazanan “Qarabağ” lider, “Qəbələ” autsayderdi. Yeni mövsümün ilk 3 turunun turnir cədvəlində bu komandaların durumu çox fərqlidi:
1. Qarabağ          3             3             0             0             8-0         9
8. Qəbələ            3             0             0             3             0-9         0
Biri top buraxmadan, xal itirmədən zirvədə, digəri qola və xala həsrət son sırada.
 
Oxşar vəziyyəti mövsümün bitimində də görəcəyik. “Qəbələ” son pillədən qurtula bilər, amma yuxarı sıralara yüksəlmək üçün çox işləmək lazımdı. Əyalət kubu hələ yeni məşqçisini tapmalı, daha sonra oyununu nizama salmalıdı.
 
İlk 3 turdan sonra qələbə görməyən daha bir komanda “Sabah”dı. Az qala qızıl medallara namizəd göstərilən bakılılar mövsümə bərbad start verib. Mövsümdəki hər 2 heç-heçədə imzası olan Elşad Əhmədovun yetirmələri evdə xalsız qalmaq ənənəsini davam etdirir. Düzdü, heyət yeni yığılıb, komanda hələ formalaşmayıb. Amma əksər komandalar eyni durumdadı – bu, bəhanə ola bilməz. Məşqçilər öz yanlışlarını müəyyənləşdirməli və nəticələri yaxşılaşdırmalıdı.
 
İndi bəlli olur ki, “Sumqayıt”ın ilk turda qazandığı qələbəni çox şişirtmişik. “Qəbələ”  hamının uda biləcəyi komandaya dönüb, ondan sonrakı rəqiblərə baxmaq lazımdı. Və burada vəziyyət xoş deyil. Ardıcıl 2 məğlubiyyət “kimyaçılar”ı autsayderlər qrupuna atıb. Oradan çıxmaq çox çətin olacaq.
 
“Zirə”ylə “Neftçi” 3 tura hər cür nəticə görüb. “Qartallar” heyəti komplektləşdirdikdən, oyun üslubunu oturtduqdan sonra avrokuboka vəsiqə uğrunda mübarizədə favoritlədən olacaq. “Neftçi”nin isə daxildə sabitliyə ehtiyacı var. Fasilə dönəmində klubun içində problemlər həllini tapsa, komanda yenə ən yüksək hədəflər üçün döyüşəcək. Düzdü, “Qarabağ” ötən mövsümdəkindən güclüdü və indidən liderliyi ələ alıb. Amma “Neftçi” də heyət baxımından güclənib və ağdamlıların 2 cəbhədə mübarizə apardığı dövrdə itirəcəyi xallara ümid edəcək.
 
Mövsümün əvvəlidi, indi komandaların real gücünə qiymət vermək olmur. Amma bəzən yaxşı start motivasiyaya çevrilir. “Keşlə” və “Səbail”dən hansının bunu bacaracağını görəcəyik. “Qarabağ”ın əsas izləyiciləri məhz çempiona uduzublar, qalan 2 matçda qələbəyə seviniblər. Ağdamlıların “Keşlə” ilə matçda necə əziyyət çəkməsi yadımızda, dünən “Səbail”i məşq edə-edə udması da gözümüzün qabağında idi.
 
İlk 2 turda hakim səhvlərinin də köməyi ilə büdrəməyən “Səbail”in hansı gücə sahib olduğunu dünənki matç göstərdi. Əcnəbiləri pərən-pərən salınan “dənizçilər” bəzi yerli oyunçuların əzmkarlığı hesabına ayaqda idi. Lakin “Qarabağ”la oyunda ustalıq lazım idi, bu baxımdan isə komanda axsayır. Büdcə problemləri qışa kimi komandanı rahat nəfəs almağa qoymayacaq. Aftandil Hacıyev hər nə qədər bacarıqlı məşqçi olsa da, “Səbail” ilk “üçlük”də çox qala bilməyəcək.
 
“Keşlə”nin işləri əla gedir. “Qarabağ”a məğlubiyyət gözlənilən idi. Hətta komanda azlıqda qalmasa, ağdamlılardan xal da almaq olardı. Digər 2 səfər matçında isə 6 xal qazanılıb. Növbəti turda “Səbail” məğlub edilsə, Tərlan Əhmədovun qurmaqda olduğu yeni komandadan danışa biləcəyik. Yox, çempionluq uğrunda mübarizə üçün tezdi, amma komanda avrokubok mübarizəsində mütləq olacaq.
 
AĞA

 
tarix: 02-09-2019 12:21


 
Xəbər lenti
12.11.2019

19:57   Super Liqada daha bir baş məşqçi istefası

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az