(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”ın gənc bombardiri: “Əsas olan 3 oyuna 9 xal toplamağımızdı”

“Qarabağ”ın gənc bombardiri: “Əsas olan 3 oyuna 9 xal toplamağımızdı”

“Qarabağ”ın gənc futbolçusu İsmayıl İbrahimli qısa zamanda özünü sübut edir. “Səbail”lə matçda dubl edən yarımmüdafiəçi artıq bombardirlər yarışında ön pilləyə çıxıb. Amma ağdamlılara indi onun qolçuluğu yox, inkişafı lazımdı.
 
Limit oyunçusu çempionatda “Qarabağ”ın vazkeçilməzinə çevrilib. Vurduğu qollar bir yana, çalışqanlığı da onun haqda müsbət fikirlər söyləməyi şərtləndirir. Rəşad Sadıqovun “Qarabağ”ın əvəzedicilərinə və gənclər millimizə məşqçilik etdiyi dönəmdə üzə çıxardığı İsmayıl futbolinfo.az-a müsahibəsində özünü qiymətləndirməyib.
 
- 4:0 hesablı qələbə rahat alındı?
- Deməzdim ki, asan keçdi. Çətin oyun idi. “Səbail” mövsümə yaxşı başlayıb. Biz ciddi hazırlaşmışdıq. Fikrimcə, maraqlı və qəliz oyun oldu. Qalibiyyətə sevinirik. 3 xal qazandıq və əsas olan da budur.
 
- Çətin deyirsən, amma rəqibin qapısından 4 qol keçirmisiz...
- Kənardan rahat görünə bilər. Amma meydanda elə deyil.  Elə də rahat oyun keçirmədik. Sadəcə, yaratdığımız fürsətləri qola çevirə bildik. Bu da böyükhesablı qələbə qazanmağımıza kömək etdi.
 
- 3 oyuna 3 qol vurmusan. Özündən belə bir çıxış gözləyirdin?
- Bilmirəm ki, nə deyim? Qol vurmuşam və bu, yaxşı haldır. Amma istənilən vəziyyətdə komandamın qələbəsini düşünürəm. 3 və ya 5 qol vurdum – bu, o qədər də önəmli deyil. Əsas olan 3 oyuna 9 xal toplamağımızdı. Təbii ki, fərqlənmişəmsə, lap yaxşıdır.
 
- Öz oyununa 10 ballıq şkala ilə neçə bal verərsən?
- Bu barədə söz deməyim doğru olmaz. Təbii ki, şans qazanıram və əziyyət çəkirəm ki, faydalı olum. Baş məşqçi mənə güvənirsə, güvəni doğrultmaq lazımdır. Amma durum deyim ki, bu qədər qiymət verirəm, düzgün olmaz. Kənardakılar mənə qiymət verə bilərlər. Qol vurmağı da o qədər önəmli saymıram. Əsas hər oyun 3 xaldı.
 
- Mövsümün gəncləri içində seçilənlərdənsən. Bu, sənə nə qədər müsbət təsir edir?
- Deməzdim ki, hamı məni bəyənir, ya nəsə haqqımda çox danışılır. Bundan da yaxşı çıxış etməyə çalışacam, bunun üçün əziyyət çəkəcəm.
 
- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Orda da Qurban Qurbanovdan şans gözləyirsən?
- Bu barədə danışmaq istəmirəm. Sadəcə, əlimə şans düşsə, komandama kömək etməyə çalışacam. Təbii ki, mən də daha yaxşı olmasını, faydalı olmağı istəyirəm.
 
- Hər kəs “Qarabağ”ın qrupdan çıxa biləcəyini düşünür...
- Mən isə o qədər rahat olacağını düşünmürəm. “Sevilya” barədə danışmağa ehtiyac yoxdur. APOEL-i yaxşı tanıyırıq. “Düdelanj” da qrupa qədər gəlibsə, deməli, güclü komandadır. Bizi asan oyunlar gözləmir, çox çətin olacaq.
 
FƏRİD

 
tarix: 02-09-2019 13:32


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az