(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Super Liqa klubundan son gündə 3 transfer

Super Liqa klubundan son gündə 3 transfer

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi transfer pəncərəsinin son günündə Marsio Mossoro, Stefano Napoleoni və Atınç Nukanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mossoro və Napoleoni digər Super Liqa təmsilçisi “Başakşəhər”dən gəlib. Onların hər ikisi İstanbul təmsilçisindən ayrıldığına görə, “Göztəpə”yə azad agent kimi keçiblər. Hər iki futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Braziliyalı Mossoro “Başakşəhər”də 2014-cü ildən çıxış edirdi. 36 yaşlı yarımmüdafiəçi bu komandada 150-si Super Liqa olmaqla, bütövlükdə 176 oyun keçirib. Marsio daha öncə “Paulista”, “İnter”, “Maritimo”, “Braqa” və “Əl-Əhli” kimi klublarda da oynayb.

İtaliyalı Stefano isə 2016-cı ildən “Başakşəhər”də çıxış edirdi. 33 yaşlı hücumçu daha öncə “Vidzev”, “Levadiakos” və “Atromitos” klublarının da uğurları üçün çalışıb.

Atınç Nukan isə Almaniyanın “Leyptsiq” klubundan gəlib. Onunla da azad agent kimi 1+1 illik müqavilə imzalanıb. Peşəkar futbolçu karyerasına 2010-cu ildə “Beşiktaş”da başlayan 26 yaşlı mərkəz müdafiəçisi, biir müddət “Dardanelspor”da icarədə də oynayb. 2015-ci ildən isə “Leyptsiq”də çıxış edirdi. “Beşiktaş” 2016-2018-ci illər aralığında onu Bundesliqa klubundan icarəyə götürsə də, yenə çox forma şansı qazana bilməyib. Nukan bir dəfə Türkiyənin əsas millisində də oyun keçirib.

“Göztəpə” heyətindəki futbolçulardan Fausto Qrillo ilə də yollarını ayırdığını açıqlayıb. 26 yaşlı müdafiəçi 2018-ci ildə “Veles Sarsfild”dən transfer olunmuşdu. Amma son mövsümdə çox forma şansı qazana bilməyən argentinalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


 
tarix: 03-09-2019 18:20


 
Xəbər lenti
17.10.2019
16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az