(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Papazoqlunu say narahat edir: “Bir komanda ilə 4 dəfə oynayırsan”

Papazoqlunu say narahat edir: “Bir komanda ilə 4 dəfə oynayırsan”

“Zirə”nin yunanıstanlı müdafiəçisi Anastasios Papazoqlu futbolinfo.az-a müsahibə verib. Ölkəmizdə ilk mövsümünü keçirən legioner debüt oyunlarında o qədər də yaxşı görünmədi. Lakin bunun uyğunlaşmanın ləng getməsiylə bağlı olduğunu düşünürük.
 
- “Sabah”la matçda 1 xal qazandınız. Nəticəni yaxşı sayırsan?
- Əlbəttə, bu, ən yaxşı nəticə deyil. Biz qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Lakin alınmadı. Düşünürəm ki, daha yaxşı oyunlarımız olacaq.
 
- 3 oyuna 4 xal. Qənaətbəxş nəticə saymaq olar?
- 3 oyunda uduzmuşuq, heç-heçə etmişik, qalib gəlmişik. Futbol belədir. Davamlı olaraq qazanmaq mümkün deyil. Lakin bu 3 oyundan 9 xal qazana bilərdik.
 
- Azərbaycan futbolu sizdə hansı fikri yaradıb?
- Mənim Bakı və Azərbaycan haqqında ilk düşüncələrim yaxşıdır. Hətta çox xoşuma gəldi. Sadəcə, futbol Yunanıstandakından fərqlənir. Amma Azərbaycan futbolunu bəyəndim.
 
- 8 komandalı çempionat darıxdırıcı gəlmir?
- Əlbəttə, liqada daha çox komandanın çıxış etməsi yaxşı olardı. Bu, həm də rəqabəti artırardı. Elə olsaydı, həm də Avropadan yaxşı futbolçuların bura gəlməsi asan olardı. Lakin indiki vəziyyətdə kiçik çempionat gedir. Bir komanda ilə 4 dəfə oynayırsan.
 
- Ən diqqətçəkən məqam yəqin ki, azarkeşlərlə bağlıdır. Yunanıstanda fanatlar çılğın şəkildə azarkeşlik edir və stadiona çox gəlirlər…
- Bəli, Yunanıstanla Azərbaycan bu baxımdan fərqlənir. Orada azarkeşlər həftəsonları komandalarını meydanda görmək ümidilə yaşayırlar. Onlar üçün hər oyun bir dünyadır. Azərbaycanda azarkeşlər çox azdı, minimal səviyyədədi.
 
- “Zirə” ilə hədəflərin nədir?
- “Zirə” yaxşı təşkil olunmuş komandadır. Biz çalışırıq, yaxşı hazırlaşırıq. İstəyirik ki, mövsümün sonunda ən azı ilk “4-lük”də qərarlaşaq. Bunun üçün hər oyunda qalib gəlməyə çalışacağıq.
 
- Düşünürsən ki, Azərbaycandakı karyeran uğurlu alınacaq?
- Mənim şəxsi hədəfim komandama kömək etməkdir. Yaxşı nəticələr üçün daha yaxşı oynamalıyam.
 
- Səncə, heyətiniz buna yetəcək?
- Düşünürəm ki, bunun üçün potensialımız var. Oyunumuzu daha da yüksəldib yuxarı yerlərə getməliyik. Birlikdə çalışıb avrokubokların təsnifatına qatılmalıyıq. Bunun üçün futbolçularımız və baş məşqçimiz var.
 
- Digər komandalardan hansıları diqqətini çəkib?
- Bir onu deyə bilərəm ki, “Qarabağ”ın səviyyəsi digər bütün komandaların səviyyəsindən bir baş yuxarıdır. Yəni daha yüksək səviyyəli klubdur.
 
- “Qarabağ” avrokuboklarda sənin sabiq komandan APOEL-lə eyni qrupda yer alıb…
- Bunu bilirəm və yəqin ki, Bakıdakı matçı stadiondan izləyəcəm. Futbolda hər şey mümkündür. Hər iki komanda bu oyunlardan qalib ayrıla bilər. İkisi də güclüdür. Fikrimcə, eyni səviyyəli iki komanda oynayacaq.
 
- Pley-off-da keçirilən “Qarabağ” və APOEL arasındakı matçları izlədin?
- Hər iki matçı izlədim. Fikrimcə, çox yaxşı oyunlar oldu. Həm “Qarabağ”, həm APOEL yüksək səviyyəli matçlar keçirdilər.
 
AĞA

 
tarix: 04-09-2019 10:07


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az