(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Edam kəndirinin halqasına çevriləcək 0 xal – Məmmədovu unutmayın!

Edam kəndirinin halqasına çevriləcək 0 xal – Məmmədovu unutmayın!

AFFA-nın baş katibi Elxan Məmmədov yenə gizlənib. Hətta adi tədbirlərdə də görünmür. İştirak edəndə də fotoqraflardan, jurnalistlərdən qaçır.
 
Milli komandamızın qarşıda 2 vacib oyunu var. Uelslə səfər matçından sonra Bakıda Xorvatiyanı qəbul edəcəyik. İndiyəqədərki 3 matçda 0 xal topladığımızı nəzərə alsaq, vəziyyət faciəvidi. Hətta ev oyunlarında darmadağın olan millimizin Kardiffdə möcüzə etməsi mümkünsüzdü. Qrupun favoriti olan xorvatlarla matçda da nəyəsə ümid etmirik.
 
Təbii ki, xal qrafasında olan 0 rəqəmi tezliklə dar ağacından sallanan kəndirin halqasına çevriləcək və kiminsə boynuna keçəcək. Başqa cür mümkün deyil, kimsə hesabat verməlidi.
 
Klub futbolunda nisbi irəliləyiş varkən, xüsusilə “Qarabağ”ın sayəsində sabit nəticələr sıralanarkən milli komanda uçuruma yuvarlanmaqda davam edir. AFFA-nın indiki rəhbərliyi 10-12 ili boşa verib, yığmalarda oynamağa layiq namizədlər çox azdı, hətta start “11-liy”i düzəlmir.
 
Futbol təsərrüfatımız məhv edilib və bu gün məhz AFFA rəhbərliyi cavab verməlidi. Bəhanə üçün heç bir əsas yoxdu. İndiki rəhbərliyin hakimiyyətə gəldiyi dövrdə futbola başlayan uşaqlar bu gün milli komandalarımızın özəyini təşkil etməli idi. 12 il kifayət qədər uzun müddətdi, lakin...
 
Uelsdə biabırçı məğlubiyyət ehtimalı var. Və bunu baş katib Elxan Məmmədov da bilir, azarkeşlərin, ictimaiyyətin ona yüklənəcəyindən xəbərdardı. Bütün futbol təsərrüfatını təkbaşına idarə etdiyi üçün məhz onun hədəfə gəlməsi normaldı. Katib də belə məsələlərdə ağıllı adamdı, mətbuata çıxmır, gizlənir, başqalarını önə verir. Təbii ki, hamisi Elşad Nəsirovu yox, digər vitse-prezident Rauf Əliyevi. Futbolçularla görüş, açıqlamalar, fotolar...
 
Bu gün İsgəndər Cavadov və ya başqa hansısa məmurun da açıqlaması, müsahibəsi olacaq. Onların mətbuatda görünməsi Məmmədovun günahlarının paylanmasına, bölüşdürülməsinə səbəb olmamalıdı. Ölkə futbolunun bugünkü bərbad durumunun birbaşa səbəbkarı hər şeyi marketoloq düşüncəsi ilə məhv edən Məmmədovdu. Manşetə şəklini qoyuruq ki, milli komandanın qarşıdakı uğursuzluğunda əsas günahkarın kim olduğunu biləsiz. Gizlənsə də, qaçsa da – baş katib 10 ildi dağıda-dağıda gəldiyi futbolumuzun xarabalığı üzərində çaqqal uladır, özü də hansısa daşın arxasında gizlənib.
 
Görün, vəziyyət nə qədər biabırçıdı ki, millinin baş məşqçisi Nikola Yurçeviç müdafiənin mərkəzində, yarımmüdafiədə oynatmağa futbolçu tapmır. Dünənədək Slovakiyaya, Macarıstana qarşı bilərəkdən zəif oynadığı iddiası ilə ittiham etdikləri Rahil Məmmədovun zədələnməsini indi faciəyə çeviriblər, alternativ olmamasından gileylənirlər. Cənab Yurçeviç, baş katbdən soruşun, bəlkə sizə 10-12 ildə nə işlə məşğul olduğunu deyər. O zaman niyə futbolçu yetişdirilmədiyini, doğru strategiya seçilmədiyini, ümumiyyətlə, bugünədək hara baxdığını açıqlayar.
 
Nikola Eddi İsrafilovun yoxluğunu da ciddi itki sayır. Halbuki bu futbolçu indiyədək bir yaralı barmağa dərman olmayıb. Belədə onun yoxluğunun niyə belə müzakirə edilməsi maraqlıdı. Varlığı nəyi dəyişirdi ki, yoxluğu nəyəsə səbəb ola?
 
Eh, Elxan Məmmədov, ölkə futbolunu ən aşağı səviyyəyə endirmisən, təki yanılım, amma Uelsdə bizi faciə gözləyir. Heç olmasa, Xorvatiyayla Bakıdakı oyunun biletlərini təcili şəkildə SOCAR-ın müxtəlif müəssisələrinə, zavod işçilərinə dağıt. Yoxsa azarkeşlər yenə gəlib istefanı istəyəcək və bu dəfə qurtula bilməyəcəksən...
 
FƏRİD
 

 
tarix: 05-09-2019 10:15


 
Xəbər lenti
21.09.2019

01:06   La Liqada tur heç-heçə ilə başladı

00:56   “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45   3 xalı 3 qolla qazandılar

00:37   “Strasburq” əzmkar qələbəyə sevindi

00:25   “Şalke”dən çətin qələbə

20.09.2019

23:28  “Göztəpə” ilk qələbəsini qazandı

22:21  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

21:57  Əliyevin komandası Quliyevi məyus etdi

21:19  “Traktor”a 1 qol bəs etdi

20:34  Millimizin daha bir rəqibi beynəlxalq turnirdə

20:11  Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlandı

18:55  Püşk atıldı: “Monako" Marsel “Olimpik”inə rəqib oldu

18:17  Son 7 ilin ən gənc komandası

17:52  “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28  “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56  “Barselona”nın zədəlisi sağaldı

16:36  “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14  “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53  Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32  6 günlük səfər başa çatdı

15:12  Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50  Bakıdan “Real”a dəstək - VİDEO

14:33  “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11  Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51  Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36  Paytaxt klubunda 5 illik müqavilə

13:15  “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52  Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35  “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14  “Kəpəz”də yeni icraçı direktor

11:54  Milli komandada yeni baş məşqçi

11:34  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17  “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57  Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40  “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az