(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Məxfi üzristəmə, aşkar imicitirmə

Məxfi üzristəmə, aşkar imicitirmə

“Neftçi” – “Sumqayıt” oyununda başverənlər tarixin yaddaşına köçdü. Döyən döydü, döyülən döyüldü, cəzalar verildi.
 
“Sumqayıt” İntizam Komitəsinin iclasından bir gün əvvəl bəyanat verib üzr istəyəndə ağır cəzadan qaçacaqları aydın idi. Faktiki günahları olmadan üzr istəmələri anormal görünmüşdü. Ədalətli oyun qaydalarına riayət etməyən də, məşqçi döyən də, futbolçusu çılğınlıq edib təxribat törədən də meydan sahibləri idi. Ona görə üzrxahlığın yeri yox idi, hətta Ayxan Abbasova, Şəhriyar Əliyevə vurulan qapazlara görə əks cəbhədən eyni adıım atılmalıydı.
 
Bəli, eyni addımı “Neftçi” atmalıydı. Bakılılar bir qədər erkən tərpənsəydi, bəlkə də cəzanı yüngülləşdirmək olardı. Necə ki, Anton Krivotsyuk özü dərhal həm mətbuatda, həm də sosial şəbəkədə üzr istədi, söyüş söymədiyini isbatladı, nəticədə cəzası şablondan kənara çıxmadı. Etibar Tarıverdiyevsə özünümüdafiə üçün heç nə etmədi.
 
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov müsahibəsində Etibarın zəng vurub dəfələrlə üzr istədiyini deyir. İnanmıram!!! Qoy, bunu mətbuat vasitəsilə etsin. Bu, Ayxanın da imicinə xeyirlidi. “Zirə”də işlədiyi vaxt Qəbələdə də oxşar olay yaşanmış, üzristəmələr bağlı qapı arxasında olmuşdu. Nə o zaman, nə də indi Abbasova yumruq atanlar mətbuat vasitəsilə, ictimaiyyət önündə üzr istəmədi. Halbuki Tarıverdiyevin 20 oyunluq cəzaya səbəb olan o zərbəsini milyonlar ekran qarşısında izlədi.
 
Belə davranış Etibarın cəzasının çox olmasıyla nəticələndi, özü bilər, lakin Abbasov fərqli davranmalıdı. Meydanda eyni formada cavab qaytarmayıb böyüklük göstərdi, belə də lazım idi. Əvəzində Tarıverdiyev mətbuat vasitəsilə üzrxahlıq etməli, qarışıqlıqda zərbə vurduğu adama həqiqətən hörmət etdiyini göstərməlidi. Etmirsə, deməli, ən yaxşı bacardığı şey elə qapaz vurmaqdı. Necə ki, bunu məşqçisi olduğu Səlahət Ağayevə də öyrədib və məhz onun məsuliyyətsizliyi “Neftçi”nin qapısına heç nədən penalti təyin edilməsinə səbəb oldu.
 
Ayxan bəysə yeni qalmaqalları gözləsin. Klubu onu müdafiə edə, günahkar qarşı tərəfin rəsmi üzrxahlığına nail ola bilmirsə, növbəti matçlarda daha pis olaylar baş verəcək...
 
CAVAD

 
tarix: 05-09-2019 11:09


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az