(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Atilla babasindan eşidibmiş: “Pasportla bağlı suala cavab vermək istəmirəm”

Atilla babasindan eşidibmiş: “Pasportla bağlı suala cavab vermək istəmirəm”

“Sumqayıt”dan ayrılan Atilla Yıldırım hələ özünə yeni iş yeri tapmayıb. AFFA-nın hansı istedada, futbolçu səviyyəsinə malik olduğunu bilmədən milli pasportla şərəfləndirdiyi türkiyəli indi ortada qalıb.
 
Atilla futbolinfo.az saytına müsahibəsində ölkəmizdə başına gələnlərdən danışdı. Ötən mövsümün gedişində əvəzedici komandaya göndərilən legioner bunu məşqçi amili ilə əlaqələndirdi.
 
- Özünə klub tapa bildin, yoxsa hələ axtarırsan?
- Yox, hazırda klubsuzam. Xeyli təklif alsam da, heç biri ilə razılaşmamışam. Təkliflər gəlir, amma rəqəmlər, verilən məbləğ məni qane etmir. Buna görə də gözləyirəm. Ən yaxşı təklifi özüm üçün dəyərləndirəcəm.
 
- Səncə, “Sumqayıt”da niyə alınmadı?
- Alınmadığını deməyək, sadəcə, bəzi səbəblər oldu. Baş məşqçi məni heyətdə görmürdü. Ona görə də orada qalmağın mənası yox idi. Komandadan göndərilərkən də bunun baş məşqçinin qərarı olduğu deyildi.
 
- Ümumiyyətlə, klubdan qalmaqallı şəkildə ayrıldın. Nə baş verdi?
- Mənim 1 illik sözləşməm var idi. Nazim Süleymanov mənə çox güvənirdi. Sadəcə o, komandadan ayrıldıqdan sonra hiss etdim ki, mənə güvən yoxdur. Yeni baş məşqçinin – Ayxan Abbasovun mənə şans vermək niyyətini görmürdüm. Bu da getməyimin səbəblərindən biridir.
 
- Klubdan AFFA-ya şikayət etmişdin. Nə oldu?
- Bəli, orda bir problem var idi ki, son maaşımı ödəməmişdilər. Buna görə şikayət etmişdim. Amma sonradan həmin problem aradan qaldırıldı. Maaşımı ödədilər. Mən də Azərbaycandan ayrıldım.
 
- Bütün pulunu ala bildinmi?
- Bəli, hamısını aldım.
 
- Azərbaycan pasportu almışdın, indi sənin ona ehtiyacın varmı?
- Bu suala cavab vermək istəmirəm.
 
- Azərbaycana gələrkən demişdin ki, bu ölkəyə bağım var...
- Mənim böyük babamın dediyinə görə, Azərbaycana bağlılığımız var. Mən də ondan eşitmişdim.
 
AĞA
 
P.S.: Atilla danışır, ittiham, pul davası edir. Azərbaycanla hansı bağı olmasını isbatlamır, rəvayət danışır. Bəs, “Sumqayıt” rəhbərliyi, AFFA nə izahat verə bilər? Hətta zəif çempionatımızda 1-2 qol vuracaq qədər bərbad olan hücumçuya milli pasport verilməliydimi?

 
tarix: 05-09-2019 12:27


 
Xəbər lenti
18.09.2019

09:20   “İnter” məğlubiyyətdən əlavə vaxtda qurtuldu - VİDEO

09:00   “Mançester Siti” stoppersiz qaldı

00:59   “Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü

17.09.2019

22:04  ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

20:47  “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37  “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00  “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17  Millimizin rəqibinin heyəti açıqlandı

18:24  Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46  Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21  Kokorinlə Mamayev azadlıqda

16:58  “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36  “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15  “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54  Neymarın cəzası azaldıldı

15:35  Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24  Dmitri Nazarova yeni müqavilə təklifi

15:02  “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41  “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20  “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00  Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42  Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21  Birinci Divizionda da cəzalar açıqlandı

13:00  AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41  Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22  Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03  Emil Balayev ən yaxşılar arasında

11:51  “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40  “Qarabağ” Romeronun qardaşını da aldı

11:21  Millimizin heyəti açıqlandı

11:00  “Sabah”da xorvat baş məşqçi?

10:49  “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30  “Real”da daha bir ciddi itki

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az