(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Dinamo” rəsmisi: “Ramil Şeydayev buna görə narahatdı”

“Dinamo” rəsmisi: “Ramil Şeydayev buna görə narahatdı”

“Planlaşdırılan transferlərin hamısının edildiyini deyə bilmərəm. Gətirmək istədiyimiz bəzi oyunçular oldu".

Futbolinfo.az saytının məlumatına görə, bunu Moskva "Dinamo"sunun idman direktoru Roman Oreşuk deyib.

Baş sponsor "VTB Bank" tərəfindən paytaxt təmsilçisinə təyin edilən Oreşuk Rusiya mətbuatına müsahibəsində yay fasiləsindəki transferləri dəyərləndirib. O, "Ufa"dan icarəyə götürülən Silvestr İqbunanın əsas hücumçuları olacağını söyləyib: "Hücumçu transferlərinin yubanmasının səbəbi ilk hədəfin İngiltərədə oynayan futbolçular olması idi. Ancaq ordakı oyunçuları gətirmə bilmədik və alternativ variantlara keçdik. Bir nəfəri icarəyə götürməyi düşünürdük və sonda üstünlüyü Silvestr İqbuna verdik. Onun bu mövqedəki boşluğu dolduracağına inanırıq".

Klub rəsmisi "Krılya Sovetov"dan gətirilən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev haqda düşüncələrini də bölüşüb. O, forvardın ilk turlarda qol hesabını açmamasına baxmayaraq, ona güvəndiklərini deyib: "Azad agent kimi heyətə qatdığımız gənclər oldu. Məsələn, Ramil Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm. Şeydayevə yalnız qol hesabını açmaq lazımdı. O da bunu bacaracaq. Onun buna görə necə narahat olduğunu görə bilirəm. Biz Ramilə güvənirik, o, "Dinamo" üçün qollar vuracaq. Sadəcə, bunun məqamı var. Təlaş keçirmək yox, nəfəs almaq və düşünmək lazımdı. Hazırkı düşüncəsindən qurtulmalı və rahatlamalıdı. İstədiyi hədəf özü gələcək". (matc.az)

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo" ilə 1 illik müqavilə bağlayıb.


 
tarix: 05-09-2019 13:30


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az