(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Giqqz Almeydanı fərqləndirdi: “Rəqibin cinah müdafiəçiləri də çox sürətlidi”

Giqqz Almeydanı fərqləndirdi: “Rəqibin cinah müdafiəçiləri də çox sürətlidi”

"Heyətlə bağlı ciddi problem yoxdur. Yalnız Ben Vudbern özünü yaxşı hiss etmirdi. Oyun günü baxacağıq" – bunu Uels yığmasının baş məşqçisi Rayan Giqqz Azərbaycan millisi ilə Kardiff şəhərində keçirəcəkləri Avro-2020-nin seçmə matçından əvvəlki mətbuat konfransında deyib.
 
46 yaşlı mütəxəssis bugünkü tədbirdə bildirib ki, komandası ev oyunlarında mütləq qalib gəlməlidir: "İki məğlubiyyətimiz olub. Ona görə də bu görüşdə qələbə bizim üçün çox önəmlidir. Ev matçlarında qalib gəlməliyik. İlk görüşümüz də evdə idi. Azarkeşlər bizə yaxşı dəstək verirlər".
 
Lakin Giqqz oyunun çətin alınacağını vurğulayıb. O, səbəb kimi Azərbaycan millisinin matçların hamısında qol vura bilməsini göstərib. Baş məşqçi təkcə Qaret Beylə deyil, bütün oyunçulara inandıqlarını vurğulayıb: "Beyl lider kimi kapitan olmağa layiqdir. Onun qol vurmasını çox istəyirik. Çünki bu zaman özünəinam hissi artır. Digər futbolçularımızın da öz potensiallarını göstərəcəklərinə inanırıq. Ben Devislə danışmışam, özünü çox yaxşı hiss edir. Həmçinin Nil Teylor da son görüşlərdə iştirak edib. Hər ikisi təcrübəlidir. Onlara güvənirik".
 
Giqqz Azərbaycan millisi ilə bağlı da təəssüratlarını bölüşüb: "Rəqibimizin çox istedadlı oyunçuları var. Xüsusən də Riçard Almeydanı qeyd edərdim. Rəqibin əks-hücumlarına hazırlaşmışıq. Çalışacağıq ki, buna imkan verməyək. Sağ və sol cinah müdafiəçiləri də çox sürətlidirlər. Biz Azərbaycanın Xorvatiya ilə oyununu əsas götürmüşük. Bundan əvvəl iki məğlubiyyətimiz olub. Bu oyun bizim üçün çox önəmlidir. Əvvəllər düşünürdülər ki, Xorvatiya və Uels favortidir. Lakin Macarıstan da müsbət nəticələr qazanır. Ağır qrupdayıq".
 
Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 
tarix: 05-09-2019 16:01


 
Xəbər lenti
21.09.2019

01:06   La Liqada tur heç-heçə ilə başladı

00:56   “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45   3 xalı 3 qolla qazandılar

00:37   “Strasburq” əzmkar qələbəyə sevindi

00:25   “Şalke”dən çətin qələbə

20.09.2019

23:28  “Göztəpə” ilk qələbəsini qazandı

22:21  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

21:57  Əliyevin komandası Quliyevi məyus etdi

21:19  “Traktor”a 1 qol bəs etdi

20:34  Millimizin daha bir rəqibi beynəlxalq turnirdə

20:11  Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlandı

18:55  Püşk atıldı: “Monako" Marsel “Olimpik”inə rəqib oldu

18:17  Son 7 ilin ən gənc komandası

17:52  “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28  “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56  “Barselona”nın zədəlisi sağaldı

16:36  “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14  “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53  Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32  6 günlük səfər başa çatdı

15:12  Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50  Bakıdan “Real”a dəstək - VİDEO

14:33  “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11  Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51  Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36  Paytaxt klubunda 5 illik müqavilə

13:15  “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52  Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35  “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14  “Kəpəz”də yeni icraçı direktor

11:54  Milli komandada yeni baş məşqçi

11:34  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17  “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57  Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40  “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az