(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yurçeviç: “Şansımızın olacağına ümidliyik”

Yurçeviç: “Şansımızın olacağına ümidliyik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Kardiffdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

“Hazırlıq üçün vaxtımız qısa oldu. Ancaq bu müddətdə məşqlərimiz, analizlərimiz reallaşdı. Uelsin necə güclü komanda olduğunu bilirik. Rəqibin heyətində İngiltərə Premyer Liqası və Çempionşipsdə çıxış edən səviyyəli futbolçular var. Şansımızın olacağına ümidliyik. Əlbəttə, rəqib favoritdi. Lakin biz də Xorvatiya ilə qarşılaşmada göstərdik ki, böyük komandalara qarşı oynaya bilərik. Heyətlə də bağlı problemlərimiz var. Bədavi Hüseynov, Eddi İsrafilov və Rahil Məmmədov zədəlidir. Bütün bunlara baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq. Qaret Beyl xüsusi statusa malik oyunçudu. Onun qarşısını almaq üçün bir nəfər kifayət edərmi? Düşünmürəm. Onu zərərsizləşdirməyə çalışacağıq. Son dönəmlərdə Beylin ətrafında baş verənlərdən xəbərdaram. Amma cari mövsümə yaxşı başlayıb".

Yurçevin sözlərinə görə, komandası Xorvatiya ilə matçdakı kimi çıxış etməlidi: "Rəqibləri saxlamağın müxtəlif yolları var. Kompakt oynamalıyıq, əks-hücumlardan yararlanmalıyıq. Müdafiənin mərkəzində Maksim Medvedevlə Bəhlul Mustafazadə və ya Anton Krivotsyuk çıxış edəcək".

Baş məşqçi Uels yığmasının seçmə mərhələdəki çıxışına da toxunub: "Heyətə baxanda, Uelsin qərarlaşdığı mövqe mənim üçün sürprizdi. Hesab edirəm, heyət baxımından Macarıstandan güclüdü. Xal qazanmalı olduqları oyunlarda uduzdular. Burada bəxt amili rol oynayır. Bura gəlməklə, Slaven Biliçlə "Vest Hem"də işləyən vaxtları xatırladım. Həmin vaxt Rayan Giqqz "Mançester Yunayted"də çalışırdı. Uelsin seçmə mərhələdə cəmi 2 qol vurmağına gəlincə, ümid edirəm ki, həmin say sabahkı görüşdə artmaz".

Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


 
tarix: 05-09-2019 22:33


 
Xəbər lenti
07.12.2019

02:12   Hərəyə 2 qol, 1 xal

02:03   Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55   “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48   “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

06.12.2019

23:40  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

22:29  Ruslan Qurbanov: “Qol mənim adıma yazılsaydı, əla olardı”

21:46  “Qarabağ” - “Keşlə” oyununda 4 qol - VİDEO

21:22  Qurban Qurbanov: “Onlar daha artığına layiqdilər və qadirdilər”

21:12  “Mübarizədən qaçası deyilik” - Tərlan Əhmədov

20:50  “Qarabağ”la “Keşlə”dən məhsuldar heç-heçə

19:21  AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək - Gündəlikdə 13 məsələ var

18:41  Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

18:09  “Arsenal”n forvardı 100-ə çatdı

17:42  Azərbaycanlı FİFA hakimi karyerasını bitirdi

17:20  Millimiz Monteneqroya məğlub oldu

17:00  Essyen: “Onlar mənim böyük məbləğə layiq olmadığımı düşünürdülər”

16:44  “Eddi İsrafilovla danışmışam, əhvalı yaxşıdı”

16:28  “Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir

16:10  “Çelsi”nin transfer qadağası ləğv edildi

15:57  Esyen Britaniya səfiri ilə görüşdü

15:48  Yuri Şikunov: “Dinamo” oyunu “Neftçi”yə verdi”

15:35  “Real”da daha bir ciddi itki

15:27  Ən gənc məşqçilər Azərbaycan Premyer Liqasındadı

15:11  Millimizin oyunu qumara qoyulubmuş: Obradoviç və 5 futbolçu şübhəli rolunda

14:53  Fransa klubunun sahibi dəyişdi

14:36  “Səbail”in qapıçısı Türkiyə klubundan pulunu tələb edir

14:14  Azərbaycan kubokunun qalibi Avroliqaya hansı mərhələdən başlayacaq?

13:51  Azərbaycanı təmsil edəcək FİFA referilərinin siyahısı

13:33  “Zirə”nin “Səbail”lə 10-cu görüşü

13:15  Dırnaqarası Ponomaryov

12:56  “Yuventus” onun xidmətindən məhrum oldu

12:34  “Real”da “El klasiko” öncəsi ciddi itki

12:17  Biliç türklərə “göylə getməməyi” məsləhət gördü

12:02  “Arsenal” 1977-ci ilə qayıdır

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az