(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Orxan Məmmədov AFFA-ya qarşı cəbhə açdı

Orxan Məmmədov AFFA-ya qarşı cəbhə açdı

Milli komandamız bu gün növbəti matçına çıxır. Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə oyun bir çox məsələlərə aydınlıq gətirəcək. Əvvəlki 3 oyunda xala həsrət millimizin növbəti məğlubiyyəti futbol təsərrüfatındakı böyük təlatümlərin start nöqtəsi ola bilər.
 
Böyük əksəriyyət, bəlkə də hamı məğlubiyyət, hətta darmadağın gözləyir. Millinin bunaqədərki ev oyunlarında AFFA rəhbərliyini istefaya səsləyən azarkeşlər də eyni əhvaldadı. Çox güman, Uels səfərindən sonra qonaq edəcəyimiz xorvatların gözü qarşısında yenə qurum rəsmiləri, baş məşqçi istefaya səslənəcək.
 
Və belə kritik məqamda AFFA-dakı dəyişikliklərdə maraqlı olanlar, iddiasını ortaya qoyanlar səhnəyə çıxmağa başlayır. Həmişə mətbuatdan qaçan Orxan Məmmədovun millinin kritik oyunlarından öncə danışmağa razılıq verməsi təsadüf ola bilməz. “Zirə”nin fəxri prezidenti açıq oyuna qoşulur, “mən də varam” mesajı verir.
 
Bəri başdan qeyd edim ki, Məmmədovun qol.az-a müsahibəsi indiki AFFA rəhbərliyinə alternativ qüvvələrin özünü büruzə verməyə başlaması baxımından əladı. Futbolda monopoliya yaradanlar 10-12 il ərzində hər şeyi məhv edib və getmək vaxtları çoxdan çatıb. Onların sayəsində böyük futbolçu nəsli itirilib, ənənələr qırılıb, futbol bölgələrimizdə “çeşmələr quruyub”. Baş katib Elxan Məmmədovun əsas rolda olduğu bu hakimiyyət mütləq yerini mütərəqqi qüvvələrə verməlidi.
 
Həmin adam Orxan Məmmədovdumu? Elə düşünürdüm. Bu müsahibəni oxuyana kimi “Zirə”nin fəxri prezidentinin böyük intellekt yiyəsi olduğunu, futbolda lider-rəhbərə çevriləcəyini, önəmli işlər görəcəyini zənn edirdim. Şəxsi tanışlığımız yoxdu, lakin təəssüratım beləydi.
 
Orxan bəy bir müsahibəylə həm öz potensialını açdı, həm də zamanı düzgün seçməməklə niyyətinin təmiz olmadığını göstərdi. Yıxılana balta çalmaq, fürsətdən yararlanmaq yox, uzunmüddətli əməli fəaliyyətlə bacarığı sübut etmək, daha yaxşısına nail olacağını işində isbatlamaq lazımdı. Amma Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri olan Orxan bəy futbolla bağlı düşüncələrində kreativ deyil. Fikir dərinliyi yoxdu, həvəskar yanaşması var – hətta üzə çıxmasındansa, kölgədə qalması daha yaxşı olardı.
 
Əvvəla, Orxan bəyin həddindən artıq “mən” deməsi xoş deyil. Bu, özündənrazılığın, hökm sahibi olduğunu göstərməyin nümunəsidi. İndiki vəzifə adamları bacarıqları hesabına yüksəlməklə kiminsə oğlu, qardaşı, kürəkəni və s. olmaqla irəli getməni qarışdırırlar. Bəlkə də Məmmədov həqiqətən bacarıqlı, xüsusi istedadı olan biridi, lakin müsahibəsində diplomatiya, sabah önəmli postun etibar edilməsi riskini sığortalayacaq əminlik görmədim. Orta səviyyəli məmur danışığıdı və futbol idarəçiliyi ilə bağlı dedikləri həvəskar düşüncənin elementləridi.
 
“Mənim yaxın dostlarım münasibətlərimizə və xahişlərimizə görə “Zirə”yə sponsorluq edirlər” – bu yalanı deyən o qədər adam görmüşük ki... Hələ klubun Zirədə məskunlaşma səbəbi: “Çünki bizim sponsorlarımızdan birinin rəhbərinin, həm də mənim yaxın dostum olan şəxsin kökü Zirə qəsəbəsindəndir. Həmçinin orda müəyyən infrastruktur, stadion var. İstədik ki, ora töhfə verək. Məhz bu məqsədlə Zirəni seçdik”.
 
Bu qeydi boşuna etmədim, çünki müsahibənin sonunda Məmmədov özü-özünü təkzib edir. Primitiv açıqlamalar, illərdi söylənən fikirlərin çeynənməsi hansısa məqamda onu da dolaşdırır. Çünki dedikləri öz beyin məhsulu deyil, beyninə yazılmış arxiv materiallarından hissəciklərdi, doğru nizamlanmayıb.
 
Əksər klublarımız kimi xahiş-minnətlə yaradılan "Zirə". Uzunmüddətli steategiya, plan yoxdur. Sabah dostlar “yox” desə, "Zirə"nin də aqibəti dağılan klublar kimi bəlli olacaq.
 
Məmmədovun klub strategiyası da onun sistemli işi yox, bu günü, qısamüddətli uğuru düşündüyünü göstərir. Klub akademiyasından, infrastrukturdan, inkişafdan danışmaq, bunu reallaşdırmaq yollarını göstərməkdənsə avrokuboklara vəsiqədən bəhs edir. Mövsüm ərzində 4-5 milyon manatı ona görə xərcləyir ki, sonda qitə yarışlarına gedib bunun 10-15 faizini büdcəyə qaytarsınlar.
 
“Uşaq futbolu Azərbaycan futbolunun yaralı yeridir. Şəxsən “Zirə”də uşaq futboluna istədiyim qədər diqqət ayıra bilmirik. Bu, əlbəttə ki, büdcə ilə bağlıdır. Bütün klubların problemi budur. Mətbuatda oxuduqlarıma əsasən, deyə bilərəm ki, kimlərsə klubları günahlandırırlar. Deyirlər ki, akademiyalar yaxşı işləmir, milli komanda üçün futbolçu yetişdirə bilmirlər, bu tamamilə yanlış fikirlərdir. Bu gün 1-2 komandadan başqa Azərbaycan çempionatındakı digər komandalar yaşamaq uğrunda mübarizə aparırlar. Biz bunu açıq şəkildə qəbul etməliyik. Hər il “Zirə” futbol klubu olaraq, büdcəmiz haqqında fikirləşirik. Elə vaxt olub ki, hətta Premyer Liqada çıxış edib-etməyəcəyimiz barəsində düşünmüşük.  Bu, nəinki bizim, bütün klubların problemidir. Hər il biz hansısa komandanın çöküşünü görürük. Necə ki, bu il də belə hallar baş verir. Hesab edirəm ki, komandalar yaşamaq uğrunda mübarizə apararkən heç vaxt akademiya və uşaq futbolu haqqında fikirləşə bilməzlər”.
 
Məmmədovun ikibaşlı ismarıcları lazımi yerlərə çatdı. Lakin Orxan bəyi həqiqətən uşaq futbolu düşündürsəydi, bunun həlli bir o qədər çətin deyil. İl ərzində 10-15 legioneri gətirib, onların yarıdan çoxunu geri qaytarmaqdansa, daha dəqiq işləmək lazımdı. O zaman əcnəbilər daha az gətirilər və 2-3 gəlmənin illik maaşı ilə akademiyanı yüksək səviyyədə inkişaf etdirmək olar. Bunun üçün səriştə və istək lazımdı.
 
Rekordlardan, özünütərifdən, peşəkarlıqdan o qədər bəhs edir ki, bir anlıq xəyalən Avropa qruplarına baş vurursan. "Zirə"nin ikinciliyi, avrokuboka vəsiqə qazanması zəifləmiş, bərbad çempionatın fəsadlarıdı. Rəqabətli yarışda Orxan bəy kimi sıradan idarəçinin komandası əbədi autsayder olardı. Bir də ki, lisenziyalaşdırma oyunları ilə divizionda çempion olmadan Premyer Liqaya vəsiqə qazanan klub bu qədər öyünməməlidi. "Zirə" kimi komandaların ikincilik, hətta çempionluq arzulaması çempionatda normaldı. Kim qalıb ki... Nəvaxtsa "Simurq"un, AZAL-n çempionluq, liderlik iddiasını eşitsəydik, gülərdik. Yeni klubların iddiası belə olmamalıdır. Vəsait mənasız legionerlərdənsə qeyd olunan infrastruktura, gələcək vəd edən planlı işlərə sərf edilməlidi.
 
Ölkə futbolunda prezident vəzifələri o qədər nüfuzdan salınıb ki, bu barədə danışılmasa, yaxşıdı. "Zirə"nin də 1000-2000 manata çalışan prezidentlərinin səlahiyyətləri, futbol bacarıqları bəlli idi. Futbolda çox az sayda klub prezidenti qalıb, çoxu inzibatçıdı, əlaltılardı...
 
Orxan bəyin daha bir sitatı: “Dövlət futbolun inkişafı istiqamətində xeyli maddi və texniki dəstək verib, Dövlət Proqramı qəbul olunub. Amma müəyyən nəticələr qənaətbəxş olmadı. Yenə də deyirəm, dövlət çox böyük diqqət ayırdı, qayğı göstərdi. 2000-ci ilin ortalarından buvaxta kimi futbola külli miqdarda pullar ayrılıb. Ancaq yenə də futbol klublarımız fəaliyyətini dayandırır. Çünki futbol klubu bir şəxs ətrafında dolaşır. O şəxs də əlini götürən kimi klub dağılır. Ona görə deyirəm ki, biz bu problemin səbəbini ayrı-ayrılıqda axtarmamalıyıq. Birlikdə oturub nə edəcəyimizlə bağlı bir qənaətə gəlməliyik”.
 
Yəqin ki, Məmmədov bunu deyərkən özünü də nəzərdə tutur. Çünki onun yoxluğunda “Zirə” də olmayacaq. Axı, sponsorlar bu kluba Orxan bəyə, onun hamilərinə görə pul ayırırlar.
 
Azərbaycanda azarkeş problemi yoxdur, "Zirə" kimi Abşerona yığılan komandalar problemi var. Bölgələrimizdə stadionlara on minlərlə azarkeş gəlib, indi də o günlərin həsrəti ilə yaşayırlar. 1500 tamaşaçı tutumu olan stadionda çıxış edən klubun rəhbərinin azarkeş sayından şikayət etməsi gülüncdü. Ən azı Gəncə, Lənkəran, Zaqatala, Tovuz, Mingəçevir, Qusar əhli oxuyub təbəssümlə qarşılayırlar. Bölgələrdə Divizion, Region Liqası oyunlarına daha çox azarkeş gəlir. Bəli, ümumi problemdi, amma azarkeş problemi deyil, ümumi futbol idarəçiliyi problemidi. Nəticədən asılı olmayaraq süni, oyuncaq klublara azarkeş marağı yarana bilməz.
 
Orxan bəy çox gəncdi, "Mançester Yunayted"i yaxşı tanıdığı kimi, futbol tariximizi də öyrənsə, faydalı olar. Çox uğursuz müqayisə edilir. Vaxtilə Bakıda hər həftə tribunalara 40-45 min azarkeş toplaşanda, əsl futbol oynanılanda Türkiyədə torpaq meydanlarda futbol oynanılırdı, Rusiya klubları "Lujniki"də "Neftçi"ni qəbul edirdi, Banişevski də 19-20 yaşından SSRİ millisində çıxış edirdi. Azərbaycanda oturuşmuş futbol var idi, 20-30 ildi futbola “oturmuş” naşılar indiki vəziyyəti yaradıb. Elə əziyyətini çəkən də ümümi futbolla yanaşı, azarkeşlərdi.
 
AFFA prezidentliyinə namizəd bölgələrin futbolsuz qalmasını ümumi problem sayır, amma: “Biz kimisə günahlandıra bilmərik. 2015-ci ildə Dövlət Proqramı başa çatıb. Sonra yeni proqram olmayıb. Futbolla məşğul olanlar adamlar dövlətə təqdim etmək üçün yeni proqram hazırlamalıdır. Biz də inandırmalıyıq ki, bu proqram qəbul olunsa, futbolumuza yeni bir nəfəs verəcək. Proqrama uyğun olaraq da bölgələrdə nəsə etmək olar”.
 
Dövlətin qayğısı var, olub, olacaq. 2005-2015-də deyilən şəraitlə nəticə əldə edilməyibsə, eyni insanlarla yol gedilməsi yenidən futbolu daha 10 il geri salmaq deməkdi. Bakıda, bölgələrdə klublar tək öz günahları üzündən dağılmadı, yarıtmaz futbol idarəçiliyi buna şərait yaratdı... Yeni dövlət proqlamının qəbulunu eyni insanlar təklif edib, hazırlayıb həyata keçirəcəksə, nəsə gözləməyə dəyməz. Mənəmmənəmliklə futbol dirçəlməz.
 
Bu açıqlamalar birbaşa indiki rəhbərliyi vurmaqdı. Uels və Xorvatiya ilə oyunlardan sonra Məmmədov daha ciddi hücuma keçəcək. Xeyirlisi. Qazanan fərdlər yox, Azərbaycan futbolu olsun.
 
FƏRİD

 
tarix: 06-09-2019 09:00


 
Xəbər lenti
09.12.2019

15:16   Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43   98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23   “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00   Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38   İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09   Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38   Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10   “Səbail”i məyus edən 100-cü qol

11:54   550-ci səfər qolu

11:42   “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31   2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20   Əliyar Ağayev İsrailə yollanır

11:03   İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51   Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32   Bordini tarixə salan səbəb

10:17   La Liqada yeni rekordçu

10:01   Roxas “Sabah”da qalacağına ümid edir

09:47   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31   Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14   Dadaşovun komandası “Setubal”a da uduzdu

09:00   Dariodan xatırlatma: “Ötən qışı yada salın”

02:08   Marsel “Olimpik”indən inamlı qələbə

01:56   “Sevilya” səfərdə xal itirdi

01:38   “Milan” 3 xalı 3 qolla qazandı

00:43   Yığmamızda oynayan futbolçunun bacısı intihar etdi

08.12.2019

23:08  “Beşiktaş”dan növbəti qələbə

22:58  “Verder” autsayderə məğlub oldu

22:28  “Lester Siti”dən ardıcıl 8-ci qələbə

21:17  “Psixoloji baxımdan da əhəmiyyətli qələbədi”

20:12  Rahid Əmirquliyev: “Klubda daxili problemlər var”

20:07  “Sumqayıt” “Qəbələ”dən heç-heçə - VİDEO

19:58  “Sabah” “Neftçi”yə belə məğlub oldu - VİDEO

19:46  “Zirə” - “Səbail” matçında 5 qol - VİDEO

19:20  Sopiç: “Pul mənim komandamda heç vaxt önəmli rol oynamayacaq”

19:13  “Futbolçular tapşırıqlarımıza əməl etdilər”

18:57  “Neftçi” və “Zirə” ili qələbə ilə başa vurdu

18:20  “Səbail”lə kubok oyunları daha çətin olacaq”

18:09  Aftandil Hacıyev: “Səbail”dən gedənlərin sayı artacaq”

17:27  Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”

17:16  Elmar Baxşıyev: “Onların cəzasını özümüz verəcəyik”

16:12  Qvardioladan antirekord

14:40  “Real”ın 1700-cü qələbəsi

14:21  Nazim Süleymanov Şirvanda da təşkilat yaratdı

14:00  Messi Ronaldonu geridə qoydu

13:40  Beqoviç üçün 2 ölkə seçimi

13:04  Millimizin üzvü üçün 28 dəqiqə və 1 xal

11:58  Əliyev komandasına qələbə qazandırdı, yenə matçın ən yaxşısı seçildi

10:31  Paşayevli “Aleksandriya”dan darmadağın

10:00  “Qarabağ”ın rəqibi 4 qolla 1/4 finalda

09:30  Turabovun komandasından “Partizani” üzərində qələbə

02:07  “Barselona” 3 xalı 5, “Real” 2 qolla qazandı

01:50  “Napoli” xal itirdi, “Yuventus” uduzdu

01:36  PSJ Monpelyedən də qələbə ilə döndü

00:02  “Borussiya” “Bavariya”ya da qalib gəldi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az