(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milli faciə: 31 oyuna cəmi 4 qələbə!

Milli faciə: 31 oyuna cəmi 4 qələbə!

Milli komandamız bu gün növbəti matçına çıxır. Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə səfər qarşılaşması Nikola Yurçeviçin 5-ci imtahanıdı. Əvvəlki matçlarda qələbə üzü görməyən xorvat baş məşqçi möcüzə axtarışındadı.
 
Əslində, problemi məşqçiyə bağlamaq yanlışlıqdı. Düzdü, Yurçeviçin də günahı var, Azərbaycanı araşdırmadan, potensialı bilmədən AFFA-yla müqavilə bağlayıb. Amma araşdırsa, nə dəyişəcəkdi ki? Heç kimin bu qədər məhdud heyətlə millimizə uğur qazandırması mümkün deyil, Nikola da sakitcə 1 milyon avronu cibinə qoyub vətəninə qayıdacaq.
 
AFFA rəhbərliyinin 11 illik fəaliyyəti fiaskodu. Ölkədə futbol içuruma yuvarladılıb. Uşaq, bölgə, klub futbolu iflic vəziyyətinə salınıb, kadrlar yetişdirilməyib, olanlar da küsdürülüb, məhv edilib. Təbii ki, bu cümlələr söz yığını deyil, statistikayla vəziyyəti izah edəcəyik.
 
Ölkə futbolunun aynası olan milli komandalarımızın durumu bütün həqiqətləri çılpaqlığı ilə ortaya qoyur. 2019-da keçirdiyi 3 rəsmi seçmə matçda xal qazanmayan, hətta Bakıdakı yoxlama görüşündə də qələbəyə həsrət qalan yığmamızın simasında bütün futbol təsərrüfatımızı görmək olar. Aşağı yaş qrupundan olan millilərimizdən də danışmağa dəyməz. Təqdim edəcəyimiz statistika göstərir ki, AFFA rəhbərliyi futbolumuzun sabahını da məhv edib.
 
Yığmalarımızın 2019-dakı bütün beynəlxalq oyunlarına baxırıqsa, bura xarici klublarla yoxlama oyunlarını da salmalıyıq. Baxmayaraq ki, sınaq xarakterli həmin oyunların nəticələri aldadıcı olur. Əsas olan seçmə matçlardı və millilərimizin bircə qələbəsi də yoxdu.
 
AFFA-nın saytı və öz mənbələrimiz bizi aldatmırsa, U-16 2019-da cəmi 2 matç keçirib. Həmin sınaq matçlarında Makedoniyaya qalib gəlmək mümkün olmayıb - 1:3, 2:2.
 
U-17 9 oyuna çıxıb və cəmi 1 qələbə qazanıb. Onu da 8 komandalı turnirdə 7-ci yeri tutmaq uğrunda oyunda!!! Bosniya və Herseqovina, İsrail, Ukrayna, Latviya, Gürcüstan, Səudiyyə Ərəbistanı, Makedoniya – bu rəqiblərin hamısına uduzmuşuqsa, deməli, vəziyyət faciəvidi. Heç biri dünya nəhəngi deyil, ya ortabab, ya da elə bizim səviyyədə olan komandalardı. Amma bizim gələcək nəsil indidən hamıya təslim olur.
 
U-19 bu il keçirdiyi 12 oyunda cəmi 4 məğlubiyyət alıbsa, bu vəziyyətin yaxşı olduğu demək deyil. Hamıdan çox sınaq matçına çıxan komanda “Krasnodar-3” (!) də daxil olmaqla klub komandaları ilə görüşüb və hətta onları da uda bilməyib. Sıralanan heç-heçələrə şübhəmiz bir yana, 6:1 hesabıyla məğlub edilən ispan klubunun səviyyəsi mənə çox maraqlıdı. İspaniya toplanışı çərçivəsində millimizin üz-üzə gəldiyi “Ranero”nun darmadağın edilməsi bizimkilərin gücü ilə yox, rəqibin səviyyəsizliyi ilə bağlıdı. Yığmalarla oyunların siyahısı da belə deməyə əsas verir - Küveyt 1:1, İspaniya 0:2, Şotlandiya 0:2, Malta 2:2, BƏƏ 1:1, BƏƏ 0:1, Belarus 0:4, Belarus 1:0. Sonuncu oyunun nəticəsi sizi aldatmasın. Bizimkilər bu rəqiblə 3 gün ərzində 2 dəfə oynadı və yalnız namizədlərdən və debütantlardan ibarət heyəti çətinliklə uda bildi.
 
Milli komandalarımız arasında müsbət saldoya malik olan yeganə kollektiv U-21-di. Milan Obradoviç buna klubların 2-3-cü heyətləri ilə oyunlardakı nəticələrlə nail olub. Əvəzində seçmə mərhələdə Lixtenşteynə tarixinin ilk qələbəsini qazandırmaqla ən biabırçı nəticəyə də serb mütəxəssis imza atıb.
 
Əsas milli hələlik qələbə üzü görməyib. Bu gedişlə 2019-da görməyəcək də. Bu gün Uels, ardınca Xorvatiya yığmamızı darmadağın edəcək gücdədi. Sonrakı oyunlardan isə danışmağa dəyməz. Bakıda Litvanl yenə bilməyən, amma bu sınaq matçına görə mükafat alan futbolçulardan nə gözləyəsən?
 
Faciəvi tablo ortadadı. Milli komandalarımız 2019-da 31 oyun keçirib və cəmi 4 qələbə qazanıb. Onlardan ikisi klub komandaları üzərindədi və heç biri seçmə oyunda deyil. AFFA-nın indiki rəhbərliyinə güvənməyə davam edilməlidimi?
 
Yığmalarımızın 2019-dakı bütün beynəlxalq oyunları
U-16:                  2             0             1             1             3-5
Makedoniya 1:3, Makedoniya 2:2
 
U-17:                   9             1             1             7             7-22
Bosniya və Herseqovina 0:3, Bosniya və Herseqovina 0:0, İsrail 0:6, Ukrayna 2:4, Latviya 0:2, Litva 3:1, Gürcüstan 0:2, Səudiyyə Ərəbistanı 1:2, Makedoniya 1:2.
 
U-19:                  12           2             6             4             14-17
Krasnodar-3 (Rusiya) 1:1, Küveyt 1:1, Tromse (Norveç) 2:2, Dinamo-2 (Moskva, Rusiya) 0:0, İspaniya 0:2, “Ranero” (İspaniya) 6:1, Şotlandiya 0:2, Malta 2:2, BƏƏ 1:1, BƏƏ 0:1, Belarus 0:4, Belarus 1:0.
 
U-21:                  4             1             2             1             4-3
Spartak-2 (Moskva, Rusiya) 0:0, “Slaven Belupo-2” (Xorvatiya) 1:1, “Olimpiya” (Sloveniya, əvəzedicilər) 4:2, Lixtenşteyn 0:1.
 
Əsas milli:           4             0             1             3             3-10
Litva 0:0, Xorvatiya 1:2, Macarıstan 1:3, Slovakiya 1:5.
 
Cəmi:                   31           4             11           16           31-47
 
CAVAD

 
tarix: 06-09-2019 10:24


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az