(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Bir xal qazanmağa layiq idik” - Yurçeviç

“Bir xal qazanmağa layiq idik” - Yurçeviç

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi. Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan iki qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam".

Milli komanda sentyabrın 11-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Baş məşqçi artıq bu görüşə hazırlaşacaqlarını vurğulayıb:

"Xorvatiya səfərdə 4:0 hesabı ilə qələbə qazanıb. Bunu gözləmirdim. Uşaqlara dedim ki, başa düşürəm, hamı məyusdu. Amma qarşıda matçımız var. Toparlanmalıyıq. Cavan oyunçularımızın oyununu qeyd edərdim. Ramil Şeydayev, Mahir Emreli, Bəhlul Mustafazadə və Anton Krivotsyukun adını çəkə bilirəm. Xüsusən də Bəhlul ilk dəfə belə atmosferdə meydana çıxırdı. Onun ayağında qıcolma vardı. Ona görə də bilmirdik meydana nə qədər qala bilər. Bu səbəbdən 3-cü əvəzetməni bir az yubatmalı olduq. Belə vəziyyətlərdə adətən əks-hücumda çıxış etməliyik. Ancaq sona doğru futbolçuların irəlidə Şeydayevi dəstəkləmək üçün gücləri qalmadı". (Report)


 
tarix: 07-09-2019 01:11


 
Xəbər lenti
21.09.2019

01:06   La Liqada tur heç-heçə ilə başladı

00:56   “Sauthempton” “Bornmut”a doğma meydanda uduzdu

00:45   3 xalı 3 qolla qazandılar

00:37   “Strasburq” əzmkar qələbəyə sevindi

00:25   “Şalke”dən çətin qələbə

20.09.2019

23:28  “Göztəpə” ilk qələbəsini qazandı

22:21  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

21:57  Əliyevin komandası Quliyevi məyus etdi

21:19  “Traktor”a 1 qol bəs etdi

20:34  Millimizin daha bir rəqibi beynəlxalq turnirdə

20:11  Premyer Liqada 6-cı turun oyun cədvəli açıqlandı

18:55  Püşk atıldı: “Monako" Marsel “Olimpik”inə rəqib oldu

18:17  Son 7 ilin ən gənc komandası

17:52  “Qarabağ” “Səbail”ə məğlub oldu

17:28  “Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

16:56  “Barselona”nın zədəlisi sağaldı

16:36  “Qarabağ”ın rəqibi ilkə imza atdı

16:14  “Düdelanj”ın məşqçisi: “Futbolçularımın hamısı məni təəccübləndirdi”

15:53  Çempionlar Liqasında ilk turun ən yaxşısı

15:32  6 günlük səfər başa çatdı

15:12  Riçard Almeyda “Astana” ilə müqaviləni pozdu

14:50  Bakıdan “Real”a dəstək - VİDEO

14:33  “Sevilya”lılar paltardəyişmə otağında şou göstərdilər - VİDEO

14:11  Munir El Haddadi: “Məşqdəkindən yaxşı oynadıq”

13:51  Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

13:36  Paytaxt klubunda 5 illik müqavilə

13:15  “İstəyim “Qarabağ”la oyunda reallaşdı”

12:52  Çiçarito: “İlk qola qədər yaxşı oynamırdıq”

12:35  “Sevilya”nın yeni transferi: “Burdan razı ayrılırıq”

12:14  “Kəpəz”də yeni icraçı direktor

11:54  Milli komandada yeni baş məşqçi

11:34  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:17  “Vulverhempton” “Braqa”ya evdə uduzdu - VİDEO

10:57  Səviyyə fərqi və gözlənilən məğlubiyyət

10:40  “Roma”dan “Başakşəhər”ə 4 cavabsız qol - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az