(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Səlahət səhvlərinə bəhanə tapdı: “Qışqırdım, eşitmədi”

Səlahət səhvlərinə bəhanə tapdı: “Qışqırdım, eşitmədi”

Milli komandamız növbəti məğlubiyyətini Uelsdə aldı. Futbolçularımızın əzmkarlığı ilk xalı qazanmağa yetməsə də, kuryoz qollar həlledici oldu. Hər iki qolda aşkar səhvi olan qapıçı Səlahət Ağayevsə bəhanə axtarır.
 
- 1 xala yenə yaxın idik. Ancaq bu dəfə də sonluq çatmadı. Problem nə oldu?
- Yox. Belə deyərdim ki, oyuna yaxşı başlamışdıq. Ancaq heç nədən 2 qol buraxdıq. 1 xala çox yaxın idik. Futbolçular buna nail olmaq üçün əlindən gələni etdilər, sonadək mübarizə apardılar.
 
- Xalla dönməyə rəqibin səviyyəsi imkan vermədi?
- Belə komandaya qarşı çox yaxşı mübarizə apardıq. Bəlkə bəxtimiz gətirmədi ki, 1 xalı qazanaq.
 
- Sonadək inamımız vardımı ki, burdan xalla gedəcəyik? Yoxsa rəqibin ardıcıl hücumları bir az inamsızlıq yaratmışdı?
- Yox. Oyundan əvvəl də demişdim ki, buradan yaxşı nəticəylə qayıdacağımıza inamım var. Son anda bəxtimiz gətirmədi.
 
- İlk qolda top Pavel Paşayevin başına dəyərək tora qovuşdu. Ona qışqırmışdın ki, irəli çıxıram?
- Bəli. O, məni eşitmədi. Top mənə tərəf gəlirdi. Pavel heç topu görmədi, başına dəydi, avtoqol oldu.
 
- Bəs, buraxdığın 2-ci qol haqda nə düşünürsən? Bəlkə çıxmasan, daha yaxşı olardı?
- Çıxmasan deyəndə ki, top qapıya çox yaxın idi. Çıxmasam da, yenə təhlükə vardı. Buna görə də komandaya kömək etmək üçün irəli çıxdım. Orda da bəlkə qayda pozuntusu vardı.
 
- Rəqibdən hər hansı toxunuş hiss etdimi?
- Təkrara da baxdım, toxunuş vardı. Ancaq belə oyunlarda məncə, cərimə zərbəsi vermirlər.
 
- Artıq sentyabrın 9-da Xorvatiya ilə oynayırıq. Komanda necə konsentrasiya olunacaq? Yorğunluq olacaqmı? Evdə Xorvatiyadan ən azı xal ala bilərikmi?
- İnşallah, mümkünsüz heç nə yoxdu. Yenə yaxşı oynaya, bu dəfə xal qazana bilərik.
 
- Niyə millimiz stabil oynaya bilmir?
- Bu, futboldu, belə şeylər olur. Bəlkə də Macarıstana məğlubiyyətdən sonra toparlana bilmədik, nəticədə Slovakiyaya daha böyük fərqlə uduzduq.
 
- Bəs, indi necə, toparlana biləcəksinizmi?
- İnşallah. Yaxşı oynadıq, sonadək mübarizə apardıq. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik.

 
tarix: 07-09-2019 09:31


 
Xəbər lenti
19.09.2019

01:00   PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

18.09.2019

22:39  Hollandiya millisinin sabiq üzvü 43 yaşında vəfat etdi

21:01  “Sevilya” Bakıda son məşqə çıxdı - VİDEO

20:35  Lion “Olimpik”i ÇL-in tarixinə düşdü

19:04  Millimizin rəqibi beynəlxalq turnirdə iştirak edəcək

18:47  Lopeteqi: “Sabah ən yaxşı heyəti meydana buraxacağıq”

18:38  “Bakıda qələbə qazanacağımıza ümid edirik”

18:12  “Napoli” – “Liverpul” matçından əvvəl döyüldülər

17:58  “Onu “Neftçi”yə uduzanda qovmadılarsa...”

17:31  Suares üçün yubiley - 4 ildi qolu unudub

17:09  Manuel Noyer millidən gedir

16:33  Miçel: “Sevilya” ilə matç mənim üçün özəldi”

16:21  Qurban Qurbanov: “Yaxşı nəticə də əldə edə bilərik”

15:50  Millimizin İsveçrə ilə matçının vaxtı bilindi

15:32  “Qarabağ”ın debütantı turun ən yaxşısı oldu

15:16  Premyer Liqada 4-cü turun rəmzi komandası - FOTO

14:54  Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

14:34  “Sevilya”nın prezidenti: “Qarabağ”a dəyər verməliyik”

14:15  Millinin baş məşqçisi istefa verdi

14:00  Lempard tarixə düşdü

13:45  “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi”

13:30  Çempionlar Liqasında yeni rekord

13:15  “Liverpul” 25 ildən sonra...

13:00  “Qarabağ” “Sevilya”ya qol vuracaq” - ispanların proqnozu

12:45  Birinci Divizionda da hakim təyinatları açıqlandı

12:30  “Zirə” – “Qarabağ” matçı Cabbarova tapşırıldı

12:15  Danışılmış oyunlarla bağlı seminar keçirildi

12:00  Məşhur İspaniya nəşri: “Ağdam Qafqazın Xirosimasıdı”

11:40  Millimizin üzvü üçün 14 dəqiqə və 1 xal

11:20  Mahir Emrelinin mənzilini qarət edən şəxslər saxlanıldı

11:00  “Çelsi” “Valensiya”ya evdə uduzdu - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az