(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bəhlul Mustafazadə: “Məndə forma dəyişmək söhbəti yoxdu”

Bəhlul Mustafazadə: “Məndə forma dəyişmək söhbəti yoxdu”

Futbolinfo.az sizi Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadənin müsahibəsi ilə tanış edir:

- Kardiffdə Uels yığmasına 1:2 hesabı ilə uduzduğumuz AÇ-2020-nin seçmə oyununda əsas millidə debüt etdiniz. İlk matçınızı necə qiymətləndirirsiniz? Bu gün meydanda ən yaxşılardan biriydiniz...
- Debütümü normal qiymətləndirirəm. Təkcə mən yox, bütün komanda yaxşı çıxış etdi. Görünür, hamımız yaxşı oynadığımız üçün mənim də çıxışım nəzərə çarpıb. Təəssüf ki, məğlub olduq. Daha yaxşı çıxış edə bilərdik.

- Uels kimi komandaya qarşı oynadınız. Qarşınızda Qaret Beyl kimi futbolçu olduğu üçün həyəcanlanmırdınız ki?
- Bütün səmimiyyətimlə deyirəm, Azərbaycan çempionatında daha çox həyəcanlı olurdum, nəinki bu gün. Heç bir həyəcan yox idi.

- İtiriləsi bir şey olmadığı üçün həyəcan yox idi?
- Xeyr. Meydana çıxdım, atmosferi gördüm və bundan çox zövq aldım. Oyunun bitməsini istəmirdim. Səhərə kimi davam etsə, oynayardım.

- İki qəribə qolla uduzduq. Bu gün bəxtimizin də gətirmədiyini deyə bilərik?
- Əlbəttə, buraxdığımız qollarda bəxtsizlik görünür. Rəqibin çox sayda qol şansı olmadı. İki kuryoz qolla uduzduq. Rəqibi analiz edərkən "ikinci mərtəbədə" yaxşı oynayan futbolçularına baxmışdıq. Buna uyğun bir şeylər etməyə çalışdıq.

- Bir ara karyeranı Şotlandiyanın "Reyncers" və "Seltik" komandalarında davam etdirmək variantının olduğu barədə xəbərlər çıxmışdı, amma sonra təsdiqini tapmadı. Bu oyunun özünüzü britaniyalılara göstərmək üçün yaxşı şans olduğunu düşünmürsünüz ki?
- Əlbəttə, niyə də olmasın?! Hədəfim daha böyük klublara getmək, Avropada oynamaqdır. Ancaq bir matç heç nə demək deyil. Bu, davamlı olmalıdır ki, nəticə də gəlsin.

- Beyl qələbə qolunu vursa da, meydanda elə də çox diqqət çəkmirdi. Baş məşqçi onu tutmaqla bağlı konkret tapşırıq vermişdi?
- Baş məşqçi deməsə belə, hamımız Beyli tanıyırıq. Top onda olanda nələr edə biləcəyini az-çox bilirik və daha diqqətli oluruq. Rəqibin iki daha təhlükəli oyunçusu vardı. Biri Beyl idi, digəri Daniel Ceyms. Maksimum diqqətli olmağa çalışırdıq.

- Final fitindən sonra oyunçularımız forma dəyişmək üçün Beylə və rəqibin digər futbolçularına yaxınlaşırdılar. Siz kiminlə mübadilə etdiniz?
- Məndə forma dəyişmək söhbəti yoxdur.

- Sentyabrın 9-da Xorvatiya yığması ilə Bakıdakı oyunda da start heyətində yer alacağınızı düşünürsünüz?
- Bu, baş məşqçinin qərarıdır. Hansı taktikanı seçəcəyindən asılıdır, bir söz deyə bilmərəm. Müsbət nəticə qazanmağa çalışacağıq. (Report)


 
tarix: 07-09-2019 13:33


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az