(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Domaqoy Vida: “Azərbaycan millisinin bəxti gətirmədi”

Domaqoy Vida: “Azərbaycan millisinin bəxti gətirmədi”

“Bu oyuna hazırlaşmaq üçün çox vaxtımız olmayıb”. Futbolinfo.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida deyib.

30 yaşlı müdafiəçi bu gün təşkil edilən mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək səfər görüşünü dəyərləndirib.

Vida onları çətin oyunun gözlədiyini vurğulayıb: “Bura dünən gəlmişik. Bu gün də məşqimiz olacaq. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdı”.

- Bir neçə il əvvəl bu komanda ilə qarşılaşmısınız. Azərbaycan yığması haqda nə deyə bilərsiniz?
- Bəli, həmin vaxt 0:0 olmuşdu. Zaqrebdə də bizə çətinlik yaratmışdılar. Rəqibin xalının olmaması onların real gücünü göstərmir. Yaxşı futbolçulardan qurulmuş komandadı. Yaxşı oyunçuları var. Sabah maksimum gücümüzü ortaya qoymalıyıq. Uels və Slovakiyaya qarşı oyundakı kimi çıxış etsək, istəyimizə çatacağımıza ümid edirəm.
 
- Sabah Azərbaycanın qələbəsi sürpriz ola bilərmi?
- Hazırda dünya reytinqində ikinci yerdəyik. Favoritik, qalib gəlmək istəyirik. Rəqibə hörmətlə yanaşırıq. Slovakiya ilə oyundakı performansın üzərinə bir az da əlavə etsək, qələbə qazana bilərik.
 
- Slovakiyaya qarşı performans dünya çempionatından sonrakı ən yaxşı oyununuz idi. Bununla razısız?
- Bəli, razıyam. Amma sabah da bizi vacib oyun gözləyir. Baş məşqçi futbolçuları sabahkı görüşə hazırlaşdırır. Çünki keçmişi artıq düşünmürük.
 
- Yəqin ki, Azərbaycan millisinin Uelslə son oyununu izləmisiniz. Rəqibin hansı oyunçularını fərqləndirə bilərsiniz?
- Açığı, oyunu tam izləməmişik. Rəqibin hücumdakı və müdafiədəki davranışlarını analiz etmişik. Azərbaycan millisinin bəxti gətirmədi. Amma biz öz oyunumuza köklənmişik. Qələbə üçün də vacib olan budu.
 
- Avropa çempionatının bir neçə oyunu Bakıda olacaq. Final mərhələsində qrup matçlarını burda keçirmək istərdinizmi?
- Hələ ora çox vaxt var. Hələ görəcəyimiz işlər çoxdu. Bakı gözəl şəhərdi. İlk növbədə sabah 3 xal qazanmalıyıq. Sonra final mərhələsinə vəsiqə barədə düşünməliyik. (matc.az)


 
tarix: 08-09-2019 18:54


 
Xəbər lenti
18.09.2019

09:00   “Mançester Siti” stoppersiz qaldı

00:59   “Liverpul” uduzdu, “Barselona” Dortmunddan 1 xalla döndü

17.09.2019

22:04  ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

20:47  “Neftçi” “Keşlə” ilə oyunun hazırlığına start verdi

20:37  “Sumqayıt” “Sabah”la oyun üçün hazırlığa başladı

20:00  “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17  Millimizin rəqibinin heyəti açıqlandı

18:24  Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46  Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21  Kokorinlə Mamayev azadlıqda

16:58  “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36  “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15  “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54  Neymarın cəzası azaldıldı

15:35  Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24  Dmitri Nazarova yeni müqavilə təklifi

15:02  “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41  “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20  “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00  Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42  Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21  Birinci Divizionda da cəzalar açıqlandı

13:00  AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41  Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22  Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03  Emil Balayev ən yaxşılar arasında

11:51  “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40  “Qarabağ” Romeronun qardaşını da aldı

11:21  Millimizin heyəti açıqlandı

11:00  “Sabah”da xorvat baş məşqçi?

10:49  “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30  “Real”da daha bir ciddi itki

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az