(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Beyinlərə yeridilən məğlubiyyət virusu

Beyinlərə yeridilən məğlubiyyət virusu

Bir əsr öncə, inqilabdan sonra "yeni həyat" quruculuğu adıyla yaxşını da, pisi də məhv etdilər, SSRİ dağılandan sonra da eyni proses baş verdi. Yeni həyata yeni ümidlərlə qədəm qoyuldu...

Vaxtilə U-17-ləri əvəzləyən "Ümid" yarışları keçirilirdi. Ümid verənlər U-19-da "Keçid" mərhələsinə qədəm qoyurdular. U-21 olimpiya yığması adlanırdı və adına uyğun ən mötəbər turnirdə qızıl medal, çempionluq tələb edilirdi...

Əsas milli son mərhələdir, nəticə mərhələsi... Ümiddən, keçiddən, gənclikdən danışılmaz, nəticə göstərilər... Azərbaycan futbolunda isə artıq məğlubiyyət də "nəticə" sayılır. Əsas "vuruşmaq"dı, "döyüşmək"di...

Futbol meydanı rinq, tatami, güləş xalçası deyil, vuruşsunlar, döyüşsünlər. "İstefa" kimi, bu sözləri də ölkə futbolunda qadağan etmək lazımdır...

Böyük futbolun özündə cəmləşdirdiyi mütləq fiziki, taktiki, texniki, nəzəri, psixoloji komponentləri var və sonda meydanda mübarizə apararaq qələbələr təmin edilir...

Bəllidi, "döyüşmək", "vuruşmaq" mübarizə mənasında tez-tez səsləndirilir. Sonuncu yerlə döyüşdən, vuruşdan danışılmaz, braziliyalıların tərzi, sadə, anlaşılan dillə desək, bunun adı "qapazaltinyo"dur. Görəsən "vuruşulmasaydı" haralarda qərarlaşılardı...?!

Dünya futbolu tək Qafqaz ölkələrindən ibarət deyil. Pozitiv müqayisə üçün Avropanın İslandiyası, elə dünən Yunanıstanda az qala qələbə qazanan heç 8 komandalı çempionatı olmayan Lixteynşteyni də var...

Azərbaycanlı futbol oynaya bilir... Bəhlul Mustafazadədən çox danışılır. Həqiqətən də dağıdılmış futbolda, millidə debüt oyununda futbolçu belə oyun göstərə bilirsə, təsəvvür edin, futbol sistemi düzgün qurulsaydı, mövqelər üzrə neçə-neçə bəhlullar üzə çıxardı...

"Təbliğat maşını" yenidən işə salınıb. Sıfır (!) xalın "elmi nəzəriyyəsi", "üstün keyfiyyətləri" millətə sırınır. Reallıqda isə "rekord" qrup xalları təbliğatının bumeranq dalğası, qayıdışıdır...

Ümidsizlik toxumu səpilir, hər zaman olduğu kimi məğlubiyyət virusu beyinlərə yeridilir. Ümidsizlik olmaq tək futbolda deyil, həyatın özündə də "sınmaq", məhv olmaq deməkdir...

Ümid - dində, fəlsəfədə, psixologiyada birmənalı mütləq qəbul edilən pozitiv emosional durumdan, yanaşmalardan biridir. Ümid, inamla yanaşı uğur mərtəbələrinin ilk sıralarında yer alır...

Ümidi bilərəkdən, məqsədli şəkildə ümidsizliyə sürükləmək dağıdıcı qüvvələrin təməl prinsiplərindəndir. Ümid isə boş yerə yaranmır, xalqı, futbol ictimaiyyətini real görünən irəliləyişlə ümidləndirmək gərəkdır...

Pozitiv, inkişafa aparan enerji dağıdıcılara yaddır, olmur, mümkünsüzdür. Neqativ enerjinin yığıldığı futbol cəmiyyəti isə gec-tez partlayışa məhkumdur... Təəssüf ki, illər itirilir...

Həyat mübarizədir, heç vaxt ümidsizliyə qapılmamalıdır. İndiki futbol ictimaiyyətində olan psixoloji ümidsizlik durumu bilərəkdən yaradılır. Durum nə vəziyyətə çatdırılıb ki, bayrağı, himni özündə birləşdirən milliyə münasibət belə biganəlik həddindədir...

Yurçeviç Azərbaycan millisinin sonuncu yeri "tutacağı" ilə bağlı bir milyon dəyərində "dahi kəlam" səsləndirib. Mənəviyyatsızlığın son mərhələsidir. Günah onda deyil, bu şəraiti yaradanlarda, futbol sistemini bu günə salanlardadır...

Xorvatiya ilə oyunda "döyüşüb", "vuruşub" bir xal da qazanmaq olar, lap sensasiya edib üç xal da götürülə bilər. Belə təsadüflər 25 ildi ara-sıra yaşanır. "Qapazaltı" olub döyüşmək, vuruşmaqdan dəm vurmaq yox, futbol oynamağı öyrənmək, öyrətmək, futbolun özünü düzəltmək lazımdır...

Ölkə futbolunu, futbol idarəçiliyini bilən düşünən beyinlər, vətən, torpaq, bayraq, himnin dəyərini dərk edənlər xilas edə bilər. Bu məsuliyyəti daşıya biləcək insanlar gəlməyənə kimi ümidsizlik fonunda "bataqlıq" davam edəcək...

Yurçeviçlər havadarları ilə birgə bir milyonluq çaydan, kofedən içib, kefləri istəyəndə badə qaldırıb spirtli içkilərin də dadına baxa bilərlər. Futbol ictimaiyyətində olanlar, dəyərli xalqımızın nümayəndələri isə heç olmasa "yavan" çay içib bir-birilərini ittiham etməkdən, günahlandırmaqdan uzaq olmalıdırlar...

Xaos durumun yaradılması, kökdən yayınmalar ancaq futbolu dağıdanlara sərfəlidir. Ümid boş-boşuna yaranmır, beyin dərinliklərində, qəlbdə, ruhlarda olur. Bilərəkdən səpilən ümidsizlik virusları sabaha inamı, ümid toxumlarını məhv edir. Buna imkan verilməməlidir...

Polşada bu günə kimi qorunub saxlanılan məşhur "Osvensim" konslagerini qarış-qarış gəzmişəm, baraklardan tutmuş güllələnmə "divarı"na, qaz kameralarına kimi baxmışam...

Bilmirəm, psixoloji təsirdənmi və ya həqiqətənmi belədir, kiçik lagerin həyətində havadan belə 100 minlərlə yandırılmış insanların meyit iyi çəkilməyib...

"Sınma"yıb, dözülməz, insanlıq adına sığmayan şəraitdə sabaha ümidlə baxıb həyat uğrunda mübarizə aparanların inamı nümunədir...

Həyatın özü mübarizə olduğu kimi futbol da həyatın bir parçasıdır. Pozitiv ümidlərin, inamın, mübarizənin itirilməməsi diləyilə...

Tahir Süleymanov


 
tarix: 09-09-2019 13:12


 
Xəbər lenti
21.11.2019

18:11   “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45   Ən sadiq futbolçular

17:14   “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49   “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27   Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16   Neymar sıraya döndü, Mbappe...

15:49   “Real”ın futbolçusunun barmağı sındı

15:10   “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33   “Golden Boy” mükafatına son 3 namizəd

14:09   Depay birinci, Ronaldo 10-cu oldu

13:41   UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16   “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44   “Borussiya”lı üçün il bitdi

12:32   “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17   “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53   “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44   Ronaldonun əvəzinə Mbappe

11:30   "Heç vaxt bu qədər sevinməmişdim"

11:25   Daha bir milli baş məşqçisiz qaldı

11:19   Slavçevin vidası reallaşır

11:00   Milli oyuncaq

10:49   “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34   “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15   Xayme Romero: “Enişin olması normaldı”

10:00   AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40   Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27   Milli komandada baş məşqçi istefası

09:14   Məmmədovla “süni müsahibə”

09:00   “Fənərbaxça”da iki ciddi itki

08:46   Şeydayevlə İsrafilov əlbəyaxa oldu: "Sənin kimilər bu formanı geyinməməlidi"

20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az