(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rail Məlikov: “Millimizin Xorvatiyadan xal alması mümkündü”

Rail Məlikov: “Millimizin Xorvatiyadan xal alması mümkündü”

Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov futbolinfo.az saytının suallarını cavablandırıb. Hazırda “Sumqayıt”ın şərəfini qoruyan təcrübəli futbolçu millimizin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirdiyi oyunu dəyərləndirib, Xorvatiya ilə görüşdən gözləntilərini açıqlayıb:

- Millimizin Uelsə qarşı matçını necə dəyərləndirirsən?  
- Birinci 10 dəqiqəya baxdıqdan sonra düşündüm ki, bərabər mübarizə gedəcək. Hətta bizimkilər qarşılaşmaya daha yaxşı başlamışdı. Sevindirici haldı ki, komanda səfərdə inamlı oynadı. Həmin oyuna baxanda dedim ki, Xorvatiya ilə keçirdiyimiz matçın oxşarıdı. Səfərdə daha yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Millinin oyununu belə çətin səfərdə yaxşı dəyərləndirirəm.

- 2008-cu ildə siz də Uelsə qarşı oynayıb 0:1 hesabı ilə uduzmuşduz. Həmin matçı necə xatırlayırsan?
- Sual yerinə düşdü. Bu matçı izləyəndə həmin oyunu xatırladım. Həmin vaxt da yaxşı mübarizə aparmışdıq. Kamran Ağayev penaltini dəf etmişdi. Həmin oyunda inanırdıq ki, 1 xal qazanacağıq. Hətta səfərdə qələbə də qazana bilərdik. Həmin oyundan yaxşı xatirələr qalıb.

- 0:1 uduzduğumuz oyunla 1:2 məğlub olduğumuz qarşılaşma arasında nə kimi fərqlər vardı?
- Müqayisə etmək istəməzdim. Hər millinin öz dönəmi var. Belə götürsək, rəqibin heyətində həmin vaxtdan ancaq Qaret Beyl qalıb. Onda cavan idi və daha yaxşı formada idi. Aradan 10 il keçib və müqayisə düzgün olmaz. Pis-yaxşı hər iki komanda ölkəmiz adına çıxış edib.

- O  vaxt Qaret Beylə qarşı yaxşı oyununla diqqət çəkmişdin. Səncə, bu dəfə komandamızın müdafiəçiləri Beyli yetərincə zərərsizləşdirə bildimi?
- Beylin gənc vaxtları idi və “Tottnehme”dən “Real”a getməyə hazırlaşırdı. Çox gündəmdə idi. Lakin həmin vaxt Beyl yarımmüdafiənin sol cinahında çıxış edirdi və elə gətirdi ki, mən ona qarşı oynamalı idim. Bacardığım qədər mübarizə apardım. Son oyunda isə Beyl demək olar ki, yarımmüdafiənin bütün mövqelərində oynadı. Demək olar ki, oyunboyu dövrə vururdu. Fikrimcə, futbolçularımız onu bağlaya bilirdi. Qol epizodunu çıxsaq, Beyl meydanda heç nə ilə yadda qalmadı. Amma qolunu vurdu. Müdafiəçilərimiz əzmkarlıq göstərdi. Onu yetərincə zərərsizləşdirdilər ki, bu da bacarıqlarını göstərməyinə imkan vermədi.

- Bu gün baş tutacaq Xorvatiya ilə matçdan nə gözləyirsən? Səncə, komandamız xal qazana bilərmi?
- Bu oyunda milli komandamızdan bütün azarkeşlər kimi, mən də xal gözləyirəm. Əsas odu ki, səfər oyunundakı kimi mübarizə aparsınlar. Ruhdan düşməsinlər, özlərinə inansınlar. İnamla çıxış etsələr, istənilən nəticə mümkündü.

- Xorvatiyadan xal almaq üçün bizə nə lazımdı?
- Fikrimcə, özümüzə güvənmək lazımdı. Bütün futbolçular inamlı oynasalar, hər bir komandadan xal almaq olar.

- Bu qrupda komandamız daha yuxarı pillələrə qalxa bilərmi?
- Qrupdakı yuxarı pillələrə qalxmaq olar. Amma bunun üçün qarşıdakı oyunlarda ən azı 1-2 qələbə lazımdı. Hər şey futbolçulardan asılıdı. Yaxşı və əzmkar çıxış vəziyyətimizi düzəldə bilər. Ümid edirəm ki, xallar qazanacağıq.

- Hər kəs milliyə dəvət etməyə futbolçu sayının az olduğunu düşünür. Bununla razısan, yoxsa düşünürsən ki, günah məşqçidədi?
- Bu suala mən cavab verə bilmərəm. Millinin baş məşqçisi var və onun da öz strategiyası var. Çempionatda kim özünü yaxşı tərəfdən göstərir, mübarizə aparır o da komandaya dəvət alır.

CAVAD


 
tarix: 09-09-2019 14:11


 
Xəbər lenti
12.11.2019

19:57   Super Liqada daha bir baş məşqçi istefası

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az