(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu qrupda xal qazanmaq belə çox çətindir”

“Bu qrupda xal qazanmaq belə çox çətindir”

Azərbaycan yığmasının sabiq futbolçusu, “Səbail”in kapitanı Rahid Əmirquliyev futbolinfo.az saytına müsahibə verib.  Təcrübəli yarımmüdafiəçi millimizin Uelsə qarşı oyunundan danışıb. O, komandamızın bu gün Xorvatiyadan xal alacağına da inandığını dilə gətirib.
 
- Uelslə oyunda komandamızın çıxışını bəyəndinmi?
- Fikrimcə, milli komanda Uelsə yaxşı müqavimət göstərdi. Komandamızın əzmkar çıxışını vurğulamaq lazımdır. Qol da vurduq rəqibin qapısına. Təəssüf ki, heç nədən iki qol buraxdıq və uduzduq. Əsas odur ki, komandamız rahat uduzmadı. Mübarizə əzmi var idi, xal da qazana bilərdik. Amma bəxtimiz gətirmədi. 

- Səncə, rəqib zəif çıxış etdi, yoxsa millimiz yaxşı oynadı? Çünki Uels yığması bu tskildə onsuz da inamlı təsir bağışlamır...
- Uelsin seçmə mərhələsindəki oyunlarına baxmamışam. Bəlkə də rəqib zəif oynadı, amma bunun səbəbkarı bizim komandadır. Oynamağa imkan vermədik. Öz istədikləri kimi çıxış etmədilər. Daha çox top saxlaya, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdilər. 

- Ümumiyyətlə, komandamızın ardıcıl məğlubiyyətlərinin səbəbini nədə görürsən? Rəqiblərin çox güclü olmasında, yoxsa millimiz çox pis durumdadır? 
- Millimiz çox çətin qrupa düşüb. Rəqiblər güclüdürlər. Belə qrupda nəsə etmək, xal qazanmaq belə həddən artıq çətindir. 

- Bu gün komandamız Xorvatiyaya qarşı oyun keçirəcək. Səncə, komandamız uğurlu çıxış edə bilərmi?
- Milliyə uğurlar arzu edirəm. Xorvatiya qrupun favoritidir. Bizi çətin qarşılaşma gözləyir. Bu oyunda 1 xal qazana bilsələr, böyük uğur saymaq olar. Matçın açıq-aşkar favoriti xorvatlardır. Amma hər şey ola bilər. Futboldur, istənilən nəticəni gözləmək mümkündür. 

- Rəqib son oyunda 4:0 hesablı qələbə qazanıb. Slovakiya üzərində böyükhesablı qalibiyyət əldə ediblər. Hər kəs düşünür ki, Azərbaycan üzərində də böyükhesablı qalibiyyət əldə edəcəklər...
- Onlar qrupun ən yaxşı komandalardan birinə 4:0 hesabı ilə qalib gəliblər. Matçda da çox yaxşı çıxış etdilər. Bilmək olmaz ki, Bakıda da o cür oynayacaqlar, ya yox. İnanmaq istəyirəm ki, komandamız daha yaxşı çıxış edəcək. Ən azı heç-heçə əldə edəcəyik. 

- 2016-cı ildə Xorvatiyaya qarşı sən də oynamısan və komandamız 0:0 hesablı nəticə əldə etmişdi. Bunu təkrarlamaq mümkündürmü?
- Həmin oyun çox çətin keçmişdi, amma yaxşı çıxış etmişdik. Futbolda belə hallar olur, favoritlər də bəzən belə çətinliklə üzləşir. Bugün də çox çətin olacaq. Ümid isə həmişə var ki, komandamız xal qazanar. 

- Necə düşünürsən həmin Xrovatiya güclü idi, yoxsa indiki komanda?
- Xorvatiya millisi həmişə güclü olub. Hansı turnirdə iştirak ediblərsə, favoritlərdən olublar. Həmin dövrdəki Xorvatiya ilə indiki arasında elə ciddi fərq görmürəm. Sadəcə nəticə baxımından dünya çempionatının finalında oynayıblar. Bu müəyyən qədər indiki komandanın daha güclü olması anlamına gələ bilər. Amma elə böyük fərq görmürəm. 

- Rəqibin bir neçə aparıcı futbolçusu İvan Rakitiç, Mateo Kovaçiç Bakıya gəlməyib. Bu komandamıza kömək edə bilərmi?
- Rakitiç, Kovaçiç kimi oyunçular Xorvatiya üçün çox önəmlidirlər. Onların yoxluğu bizim üçün hardasa üstünlük sayıla bilər. Amma yenə də heyətdəki oyunçuları ulduzlardır. Onları əvəz edəcək oyunçular da Avropada adından söz etdirənlərdir.  Çox ciddi fərq olmayacaq.
 
- Yığmamızın üzvlərinə rəqibdən xal almaq üçün nə məsləhət görərdin?
- Baş məşqçi lazım olan məsləhətləri verəcək. İtirəcəyimiz heç nə yoxdur. Çıxıb rahat oynamaq lazımdır, meydançanın hər qarışı uğrunda mübarizə aparmaq lazımdır.
 
FƏRİD

 
tarix: 09-09-2019 16:30


 
Xəbər lenti
13.11.2019

16:41   “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20   “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00   PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47   9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32   “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16   Azərbaycan kubokunun püşkü atıldı

15:00   Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45   Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30   Divizion klublarının da cəzası açıqlandı

14:15   AFFA 4 klubu 800 manat cərimə etdi

14:00   “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41   Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20   “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00   David Vilya karyerasını başa vurur

12:40   Emil Balayev mövsümün rəmzi komandasında

12:21   Millimiz Yunanıstana qarşı

12:01   Asim Xudiyevə beynəlxalq təyinat

11:40   Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34   Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21   Misir yığmasında Salah şoku

11:00   Maldini “Milan”la müqavilə imzaladı

10:40   “Barselona” yeni formasını təqdim etdi - VİDEO

10:20   “Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

10:00   Ronaldinyo yenidən “Barselona”da

09:40   “Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az