(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Təmkin Xəlilzadə: “Özümə çox inanırdım”

Təmkin Xəlilzadə: “Özümə çox inanırdım”

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Təmkin Xəlilzadə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. 

Futbolinfo.az xəbər verir ki, “Sabah”ın formasını geyinən futbolçu 1:1 hesabıyla başa çatan oyundan sonra jurnalistlərlə söhbətdə öncə bunları söyləyib:

- Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdü, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi: Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev xeyli inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm.

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz? 
- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldu. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndi. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

- Sizcə, Xorvatiyaya qalib gəlmək də mümkün idi?
- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?
- Növbəti oyunumuz səfərdə Macarıstanladı. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək. 

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz? 
- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündü?
- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram. (matc.az)


 
tarix: 10-09-2019 09:44


 
Xəbər lenti
21.11.2019

10:15   Xayme Romero: “Enişin olması normaldı”

10:00   AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40   Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27   Milli komandada baş məşqçi istefası

09:14   Məmmədovla “süni müsahibə”

09:00   “Fənərbaxça”da iki ciddi itki

08:46   Şeydayevlə İsrafilov əlbəyaxa oldu: "Sənin kimilər bu formanı geyinməməlidi"

20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az