(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ” - “Neftçi” matçı 51 manata!

“Qarabağ” - “Neftçi” matçı 51 manata!

Bu həftə Premyer Liqa tarixinin ən bahalı biletləri satışa çıxacaq. Sentyabrın 15-də, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Neftçi” matçını izləmək istəyənlər 51 manatından keçməli olacaq.
 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu oyun ərəfəsində satışa çıxaracağı biletlərə belə qiymət qoyub. Həmişə 1-2 manat olan biletlərin belə bahaya satılması rəqiblə bağlıdı.
 
Ötən mövsümün son turunda “Neftçi” “Qarabağ” azarkeşlərini “Bakcell Arena”dan kənar saxlamaq üçün gözlənilmədən 50 manatlıq biletləri satışa çıxarmışdı. Ağdamlılar çempionluq kubokunu bu oyundan sonra, əzəli rəqibin meydanında qaldıracağından paytaxt klubu onların bayramını korlamaq, tribunaları boş qoymaq istəyirdi.
 
“Qarabağ” tərəfi mayın 11-dəki oyunda dəstəksiz qalmamaq üçün rəqibin həmləsinə eyni üsulla cavab verdi. Bütün futbolçular maaş və mükafatlarından 1500-2000 manat aralığında ayıraraq büdcə yaratdı, həmin pulla 700 azarkeş üçün bilet təşkil edildi. Beləliklə, “Neftçi”nin büdcəsinə 35 min manat vəsait getdi, “Qarabağ” isə prinsipiallığı artan son matçda da qələbə qazanıb çempionluğunu “Bakcell Arena”da, azarkeşləri ilə birgə qeyd etdi.
 
Bu həftə baş tutacaq 4-cü tur matçının biletlərinin 51 manat olması məhz həmin olayların cavabıdı. Son anadək fikir dəyişməsə, əslində, rəqabət baxımından maraqlı addım olacaq. Görək azarkeşləri tərəfindən boykot olunan “Neftçi” bu oyunu izləmək üçün neçə fanatına bilet alacaq?
 
Bəlkə də “Qarabağ” bu oyunu biletsiz etməklə daha ciddi addım atar, jestinin anlamı da böyük olardı. “Neftçi” fanatlarının onsuz da küskün olduğu, tribunalara gəlmədiyi bir vaxtda 51 manatlıq biletin ciddi effekti olmayacaq. Ancaq bəlkə də ağdamlıların etdiyi doğrudu. Fanatların küskünlüyü üzündən bakılılar eyni cavabı verə bilməyəcək və mayda etdikləri səhvin cəzasını çəkəcəklər.

 
tarix: 10-09-2019 10:47


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az