(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Namaşko AZAL haqda sualı cavablamadı: “Çempionatın əvvəlində medal vermirlər”

Namaşko AZAL haqda sualı cavablamadı: “Çempionatın əvvəlində medal vermirlər”

“Keşlə”nin qapıçısı Stanislav Namaşko ardıcıl 2 oyundu top buraxmır. Çempion “Qarabağ”la oyundan sonra o, rəqib hücumçular üçün keçilməzdi.
 
“Sabah” və “Qəbələ” ilə oyunlarda komandasının qələbəsi üçün bacardığını edən legioner futbolinfo.az-a müsahibəsində AZAL-ı da yada salıb.
 
- Yenidən Azərbaycana qayıtmaq  çətin olmadı? Çünki AZAL-da heç də xoş günlər keçirməmişdiniz...
- Azərbaycana ilk gəldiyim zaman burada keçirdiyim iki il yadımda ancaq xoş hisslərlə qalmışdı. AZAL-da oynadığım vaxtları çətin adlandırmazdım. O vaxt AZAL-da, indi “Keşlə”də baş məşqçi olan Tərlan Əhmədov mənə zəng vurdu ki, komanda qururuq, yaxşı hədəflərimiz var. Gəl, burada çıxış et.
 
- Çempionatın ilk 3 turundan razısan?
- Fikrimcə, mövsümün sonunda razı qalmaq daha yaxşı olar. Çünki çempionatın əvvəlində deyil, axırında medal verirlər.
 
- “Qəbələ”  üzərində 4:0 hesablı qələbəni gözləyirdiniz? AZAL-da oynadığın vaxtlar Azərbaycan çempionatında iddialı olan “Qəbələ”ni bu vəziyyətdə görmək səni təəccübləndirmədi?
- Fikrimcə, onları hesabdan silmək olmaz. Qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər. Düzdü, hesab böyük oldu, amma oyun gözlənilən qədər asan deyildi. Xeyli çətinlik çəkdik, lakin əlimizə düşən fürsətlərdən istifadə edə bildik.
 
- Komandanızda daxili ab-hava istənilən səviyyədədir?
- Düşünürəm ki, hər şey qaydasındadır. Biz növbəti oyunlara hazırlaşırıq. Başqa da bir şey fikirləşmirik.
 
- Azərbaycan çempionatında mübarizə aparan klublara o qədər də etibar yoxdur. Bunu təklif gələndə düşündünmü?
- Məndə heç zaman belə bir fikir olmayıb. Buradan həmişə xoş xatirələr yadda qalıb. Ona görə də təklif gələndə qəbul etdim. Fikrimcə, hər şey qaydasındadır. Heç bir problem yoxdur. Növbəti oyunlarımıza rahat hazırlaşırıq.
 
- Məsələn, AZAL-dakı problemli günlər də xoş xatirələrə aiddi?
- Suala cavab vermək istəmirəm.
 
- 2-3 il əvvəlki liqa ilə indiki arasında müqayisə aparsan...
- Bu barədə nəsə demək üçün çox tezdir. Hələ cəmi 3 tur oynanılıb. Bundan sonra bilərik ki, vəziyyət necədir. Qarşıda çoxlu sayda keçirəcəyimiz oyunlar var.
 
- 8 komandalı çempionatda hansı marağı görürsən?
- Təbii ki, komandaların sayı çox olsa, daha maraqlı liqa izləyə bilərik. Çempionluq yolunda da rəqabət olar. Bu da azarkeşlərin stadiona gəlməsinə şərait yaradar.
 
AĞA

 
tarix: 10-09-2019 11:51


 
Xəbər lenti
16.10.2019

01:28   Cənubi Koreya yığması 29 il sonra Şimali Koreyada oyuna çıxdı

00:53   İspaniya AÇ-2020-də!

00:25   Millimiz İsveçrəyə belə uduzdu - VİDEO

00:14   Azərbaycan - İsveçrə oyununda yanğın

00:09   “Neftçi” məşqləri bərpa etdi

00:01   Mircavadovun Dadaşlinski imtahanı - VİDEO

15.10.2019

23:53  Federasiya prezidenti istefa verdi

22:48  Obradoviç: “Düzələsi çox şey var”

22:23  “Daha çox qol vura bilərdik, amma heç-heçə də ədalətli olardı”

21:51  Millimiz İsveçrəyə Sumqayıtda uduzdu

20:37  Çempionlar Liqasının finalı İstanbuldan alına bilər

19:49  İbrahimoviç “ən yaxşı” adına namizədlər arasında

19:20  UEFA Türkiyəyə qarşı intizam işi açdı

19:00  Millimiz San Marinoya qalib gəldi

18:41  Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı seminar keçirildi

18:24  Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

18:00  Milli karyerasını başa vurdu

17:42  35 ildən sonra…

17:20  Elita hakimləri Divizion oyunlarına təyinat aldı

17:00  Premyer Liqada 8-ci turun hakim təyinatları

16:41  “Hansısa komanda uduzan kimi 2-3 pillə aşağı düşür” - Alxasov

16:27  Riçard Qadze: “Yenidən evimə qayıtdım”

16:08  İvan Rakitiç: “Azərbaycanla heç-heçədən sonra...”

15:44  Fransızların tələbi: UEFA Türkiyəyə sanksiya tətbiq etsin

15:26  Millimizin lideri - Ramil Şeydayev!

15:01  UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödədi

14:42  Premyer Liqanın 8-ci turu rəqəmlərin gözü ilə

14:21  AFFA hakimi söyən futbolçuları cəzalandırdı

14:00  Şenol Güneş: “Bunu Makrondan, Trampdan soruşun”

13:42  Millinin Macarıstanla oyunu “Bol idman”da müzakirə edildi - VİDEO

13:30  Uçurumun dibində: 1/3-i bir adama ayrılan büdcə

13:17  Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”

12:43  “Azərbaycan insanların düşündüyündən güclüdü”

12:21  Millimiz San Marino ilə üz-üzə

12:07  AÇ-2020-nin oyununda “meymun səsləri”

11:48  Türkiyə millisi Fransadan səfərdə də xal aldı - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az