(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
UEFA-dan xəbərdarlıq: AFFA “Keşlə”ni nəzarətə götürdü

UEFA-dan xəbərdarlıq: AFFA “Keşlə”ni nəzarətə götürdü

AFFA-nın başı yenə dərddədi. I divizionla bağlı UEFA-dan o qədər xəbərdarlıq gəlib ki, vəziyyət kritik həddə çatıb. Artıq əməli addımlar atılması, tədbir görülməsi tələb olunur.
 
Divizionda ötən mövsümün demək olar, bütün oyunlarının nəticələri şübhəlidi, hamısının danılmış olması ehtimalı var. Bu azmış kimi UEFA-dan gələn siqnallar indi də bitmir. 2 turu geridə qalan cari çempionat da diqqət mərkəzindədi. Nəticəsi manipulyasiya edilən bir çox qarşılaşma var.
 
Əldə etdiyimiz bilgiyə görə, bu mövsümün ilk turunun “Zirə-2” - “Ağsu” matçı ətrafında ciddi araşdırma gedir. Qonaqların 4:3 hesabıyla qalib gəldiyi görüşün hesabının əvvəldən razılaşdırıldığı ehtimal edilir.
 
Bütün oyunları “üst” (3 və daha artıq qol) bitən 2-ci turda da xüsusən şübhəli olan oyunlar bəllidi. Avqustun 30-da baş tutan “Qarabağ-2” – “Zaqatala” matçında ilk hissəni meydan sahiblərinin (1:0), matçı isə qonaqların (2:3) qalib bitirməsi, duelin bolqollu olması qarşılaşma ətrafında şübhələr yaradıb.
 
“Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu isə xüsusi araşdırma tələb edir. İlk yarısında 7 qolun vurulduğu, meydan sahiblərinin 6:4 hesabıyla qalib bitirdiyi görüş UEFA-nın da diqqətini çəkib.
 
AFFA bu mövsümdən “Ağsu”, “Qaradağ Lökbatan” və “Turan Tovuz”u ciddi nəzarətdə caxlamağa çalışır. Çünki bi klublarla bağlı şikayətlər daha çoxdu və ehtimallar da inandırıcıdı. AFFA-nın “radar”ında olacaq digər komandalar isə “Keşlə”nin əsas və əvəzedici komandalarıdı. Ötən mövsüm bu komandaların çox hoqqadan çıxdığı, hətta bundan klub rəhbərliyinin də xəbəri olduğu deyilir.

 
tarix: 10-09-2019 13:07


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az