(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycanın qapıçısı komandasına oksigen verdi”

“Azərbaycanın qapıçısı komandasına oksigen verdi”

“Hələ heç nə itirməmişik. Bir qədər nəfəs alıb, davam etmək lazımdı”. 

Futbolinfo.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Nenad Belitsa deyib. 48 yaşlı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Xorvatiya oyununu dəyərləndirib.

O, 1:1 hesabının ürəklərincə olmadığını vurğulayıb: "Komandamız oyuna yaxşı başladı. Ancaq fasiləyə qədər 2 və ya 3 top vurmaq lazım idi. Çünki saysız-hesabsız qol vəziyyətlərimiz yaranırdı. Təəssüf ki, bunları dəyərləndirə bilmədik. Bunu edə bilsəydilər, oyun Slovakiyadakı ssenari üzrə gedəcəkdi. Bakıda yalnız birinci hissə Trnavadakı qarşılaşma səviyyəsində keçdi. Futbol elədi ki, rəqib özünə gəlir və əlinə düşən 1-2 qol vəziyyətindən yararlanmağı bacarır. 1 xaldan razı qala bilmərik. Çünki xalı olmayan komandadan daha güclüyük".

Belitsa millimizin qapıçısı Emil Balayevin çıxışını xüsusi fərqləndirib: "Rəqibin qapıçısının çıxışını vurğulamaq lazımdı. O, əla oynadı və komandasına oksigen verdi. Komandamız birinci hissədə çox güc sərf etdi. Hadisələrin gedişi qələbə qazanacağımızdan xəbər verirdi. Amma Azərbaycan iki sürətli oyunçu meydana buraxdı ki, bu, bizi narahat etdi. Hesab 0:1 davam etdikcə onlar da bərabərlik topu üçün şans axtarmağa başladılar və biz onlara bu imkanı verdik. İkinci hissədə xətlər arasında əlaqə pozuldu, cinahların Modriçlə Brozoviçə dəstəyi azaldı. Nəticənin real olduğunu deyə bilmərəm. Amma bir tərəfdən meydan sahiblərinin ikinci qol üçün də şansları oldu. Bu baxımdan yekuna görə sevinməliyik". (matc.az)


 
tarix: 10-09-2019 12:41


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az