(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bəhlul Mustafazadə: “Rəqiblər bizdən çəkinməlidi”

Bəhlul Mustafazadə: “Rəqiblər bizdən çəkinməlidi”

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə futbolinfo.az saytının suallarını cavablandırıb. O, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uels (1:2) və Xorvatiyaya (1:1) qarşı keçirdikləri oyunları şərh edib:

- Xorvatiya ilə oyunda belə nəticəni gözləyirdiniz?
- Düşünürəm ki, azarkeşlər üçün də çox maraqlı oyun oldu. Millimiz Xorvatiya kimi dünya nəhənginə qarşı inamlı mübarizə apardı. Hətta irəli keçmək üçün qol epizodlarımız da oldu. Bəlkə qalib də gələ bilərdik. Dünya ikincisinə qarşı mübarizəmiz təqdirəlayiqdi. Uelsə qarşı da belə oynamışdıq. Bu seriyanı davam etdirmək lazımdı. Qarşıdakı matçlarda da əzmkarlığımızı ortaya qoymalıyıq.

- Bəs, bundan əvvəlki oyunlarda niyə belə mübarizə yox idi? Macarıstan və Slovakiyaya məğlubiyyətlər zamanı komanda niyə eyni cür çıxış etmədi?
- Bunun səbəbini dəqiq bilmirəm. Nə deyə bilərəm ki? Belə alındı və uduzduq. Hər iki matçı zəif oynamışdıq.

- Uelslə matçda komanda xal götürə bilərdi?
- Düşünürəm ki, Uelsdə bəxtimiz gətirmədi. Buraxdımız qolları kuryoz adlandırardım. Həmin oyunda etdiyimiz səhvləri Bakıda etmədik. Maksimum diqqətli idik ki, eyni şeyləri etməyək və son dəqiqədə qol buraxmayaq. Bu cür matçdan xal ala bildiksə, xoşbəxtik.

- Qarşıda 3 oyunumuz var. Nəzərə alsaq ki, 2-si səfərdədi, xal götürmək mümkün olacaq?
- Düşünürəm ki, Azərbaycan yığması səfərdə daha yaxşı oynayır. Uels və Xorvatiyaya qarşı keçirdiyimiz oyunları davam etdirməliyik. Belə oynasaq, yəqin ki, həmin matçlardan da xal alarıq. Rəqib bizdən çəkinməlidi, düşünməlidi ki, qarşısında asan komanda deyil.

- Hər iki oyundakı çıxış azarkeşləri razı salıb...
- Milli komanda üçün oynayırıqsa, hər şey etməliyik. Mən də bütün bacarıqlarımı göstərirəm, istəyirəm ki, komandam uğur qazansın. Ölkəmiz adına döyüşürük, oynayırıq.

CAVAD


 
tarix: 10-09-2019 15:25


 
Xəbər lenti
06.12.2019

00:23   “Beşiktaş”dan darmadağın

05.12.2019

22:54  “Neftçi” rəhbərliyi Şenol Günəşlə görüşüb

22:40  AFFA-da Şenol Günəşlə görüş

19:33  “Liverpul” rekordunu yenilədi

19:05  Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31  “Payız turniri”nin qalibi bəlli oldu

18:03  AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00  İspaniya superkubokunun təqvimi açıqlandı

17:37  Milli komandada baş məşqçi ayrılığı

17:15  Bir oyun, üç debüt

16:51  Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36  İran yığmasının baş məşqçisi istefa verdi

16:14  Şenol Günəş Bakıda - FOTO

15:53  1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34  “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16  “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54  “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32  “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11  Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54  Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36  “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00  Kataloniyanın ən yaxşı futbolçusu

12:32  “Keşlə” 100-ü yarıladı

12:15  Millimizin üzvü həbs oluna bilər

12:03  Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51  “Sabah” rekordunu təkrarladı

11:47  Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35  Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14  Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52  “Fənərbaxça”da Mozes şoku

10:30  Təbriz klubu səfərdən 1 xalla döndü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az