(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bədəninə bayrağımızı həkk etdirən braziliyalı: “Ürəyim “Qarabağ”la döyünür”

Bədəninə bayrağımızı həkk etdirən braziliyalı: “Ürəyim “Qarabağ”la döyünür”

Futbolinfo.az sizi 2013–2017-ci illərdə, həmçinin bu ilin əvvəlində “Qarabağ”da çıxış etmiş və Ağdam klubunun unudulmaz futbolçuları sırasında yer alan braziliyalı hücumçu Reynaldo Silvanın müsahibəsi ilə tanış edir: 

- Əvvəla öz karyeranız barədə danışardınız? Ötən mövsümün sonu “Qarabağ”dan ayrıldıqdan sonra Qazaxıstanın “İrtış” klubu ilə anlaşmışdınız, amma oradan da ayrıldınız. İndi nə edirsiniz? Karyeranızı bitirmək istəyirsiniz, ya necə? 
- Hələlik karyeramla, hansı kluba keçib-keçməyəcəyimlə bağlı dəqiq nəsə deyə bilirəm. Yeni nəsə yoxdur. Karyeramı bitirib-bitirməyəcəyimlə bağlı da nəsə deyə bilmərəm. Hələlik bir az vaxta ehtiyacım var.

- Karyeranızı hansı ölkədə davam etdirmək istəyirsiniz?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Ümid edirəm ki, karyeramı yenidən Azərbaycanda davam etdirərəm. 

- Bəs “Qarabağ”dakı karyeranızla bağlı nə deyə bilərsiniz? “Qarabağ” sizin üçün hansı anlam ifadə edir. Klub üçün, buradakı dostlarınız üçün çox darıxırsınız?
- Əlbəttə, darıxıram. Ürəyim bu komanda və onun azarkeşləri ilə döyünür, onların sevgisi ilə doludur. Azərbaycanda da özümü yaxşı hiss edirdim, bu ölkəni sevirəm.

- “Qarabağ” deyəndə, ilk olaraq ağlınıza nə gəlir?
- Böyük kütlələrin “Reynaldo” deyə qışqırması gözümdə canlanır.

- “Qarabağ”dakı hansı oyununuz və hansı qolunuz sizin üçün unudulmaz oldu? 
- Bakı “İnter”inə qarşı kəçirdiyimiz oyun... Həmin matçda ilk dəfə “Qarabağ”la çempionluq hissini yaşadım. Oyunda da 3 qol vurmuşdum. 

- Nə vaxtsa “Qarabağ”a baş məşqçi, yaxud köməkçi məşqçi kimi qayıdacağınızı düşünürsünüz?
- Mən həqiqətən də bunu çox istəyirəm. Amma bilmirəm, klub bunun üçün mənə dəvət göndərər, ya yox.

- “Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Sevilya”, APOEL və “Düdelanj”a qarşı oynayacaq. Sizcə, Ağdam təmsilçisinin bu qrupdan çıxmaq şansı daha çoxdur, ya necə?
- İndidən nəsə söyləməyək, amma “Qarabağ”a bol-bol uğurlar arzulayıram. Mən burada, Braziliyada “Qarabağ”ın bütün oyunlarını izləyəcəyəm və ona dəstək verəcəyəm.

- Azərbaycanda yaşayarkən burada sizi təəcübləndirən nəsə oldu? Azərbaycanla bağlı hansı unudulmaz xatirələriniz var?
- Düzünü desəm, Azərbaycanda yaşadığım hər şey mənim üçün unudulmaz xatirələr oldu. Heç vaxt özümü Azərbaycandakı qədər xoşbəxt hiss etməmişəm. 

- Azərbaycan mətbəxini xoşlayırdınız? Ən çox hansı yeməklərimizi bəyəndiniz?
- Açığı, yeməkləri elə də çox xoşladım deyə bilmərəm (gülür), amma klubda yaşadığım hər şey mənim üçün çox xoş oldu. 

- Siz Bakıda yaşayırdınız və əlbəttə ki, bura sizin üçün çox əziz olar. Bəs Bakıdan başqa hansı şəhərimizi xoşladınız?
- Əlbəttə ki, Bakının yeri mənim üçün tam ayrıdır. Bakıdan başqa da Sumqayıt şəhərindən çox xoşum gəldi. 

- Bildiyiniz kimi, “Qarabağ” məcburən Bakıda məskunlaşıb. Bəs “Qarabağ”la yanaşı ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisi - Dağlıq Qarabağ haqqında nələr bilirsiniz?
- Əlbəttə ki, bu ölkə üçün çox ağrılıdır. Mən işğal olunmuş həmin əraziləri görə bilmədiyim və daha yaxından tanış olmadığım üçün çox məyusam.

- Bəs Azərbaycan Premyer Liqası barədə nə deyə bilərsiniz? Elitamızda sadəcə 8 komanda mübarizə aparır. Sizcə, çempionatımızda komandaların az olması, Azərbaycan futbolu üçün nə dərəcədə mənfi haldır?
- Mən də düşünürəm ki, çempionatda komanda sayının az olması ölkə futbolu üçün çox pis haldır. Çempionatda daha çox komanda olsa, o da güclü olar.

- Azərbaycan milli komandası ilə bağlı nə fikirləşirsiniz? Sizcə, uğursuz nəticələrin səbəbi nədədir?
- Açığı, Azərbaycan millisinin oyunlarını izləmirəm. Bu səbəbdən də komanda barədə nəsə deməyim doğru olmaz.

- Sizcə, Azərbaycanla Braziliya arasında çox fərq var?
- Əlbəttə ki, fərqlər var. Amma onu deyə bilərəm ki, hər iki ölkənin xalqı da çox qonaqpərvərdir.

- Sonda “Qarabağ” azarkeşləri üçün nə deyə bilərsiniz? Onlara hansısa ismarıcınız var?
- Deyə bilərəm ki, “Qarabağ” azarkeşləri üçün çox darıxmışam. Əlimdən gəlsə, orada olub, qollarımla onları çoşdurmaq, sevindirmək istəyərdim. Hamınızı çox sevirəm, “Qarabağ” azarkeşləri. Mənə yaşatdığınız o möhtəşəm illər üçün hər birinizə təşəkkür edirəm. Sizləri çox sevirəm. Mənim qəlbimdə sonsuzadək yer alacaq bu kluba çox-çox uğurlar arzulayıram. (Yeni Sabah)

Qeyd: müsahibədən sonra Reynaldo şəklini göndərərək boynuna həkk etdirdiyi Azərbaycan bayrağını göstərib. Sizə həmin fotonu təqdim edirik:


 
tarix: 10-09-2019 13:19


 
Xəbər lenti
20.10.2019

02:00   “Neftçi” “Zirə”yə, “Səbail” “Sumqayıt”a qarşı - YENİLƏNİR

00:57   “Barselona”dan darmadağın, “Real”dan məğlubiyyət

00:38   “Yuventus”la “Napoli”dən növbəti qələbə

00:07   PSJ-nin izləyiciləri məğlubiyyətlə üzləşdi

19.10.2019

23:36  “Beşiktaş” səfərdən 1 xalla döndü

23:12  “Bavariya” yenə xal itirdi, lider uduzdu

23:00  “Tottenhem”dən xal itkisi, MS və “Çelsi”dən qələbə

22:40  APOEL-dən “Qarabağ”la oyun ərəfəsində inamlı qələbə - VİDEO

22:06  “Sabah” məğlubiyyətdən son anda qurtuldu - VİDEO

21:50  “Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək”

21:45  Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

21:38  “Keşlə” - “Sabah” matçından sonra qalmaqal

21:09  “Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

20:15  “Qarabağ”ı dayandıran tapıldı - VİDEO

20:00  Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

19:55  “Layiqli heç-heçə etdik” - Elmar Baxşıyev

19:12  “Neftçi” “Zirə” ilə oyuna hazırdı

18:59  Araz Abdullayev əsas komandadan kənarlaşdırıldı - avtoşluğa görə

18:39  Dadaşovun komandası yenə xal itirdi

17:38  Çempion uduzdu, lider çətin qələbəyə sevindi

16:58  “Zirə”də yeni məşqçi

15:58  “Neftçi” - “Zirə” matçının biletləri satışda

15:29  “Sumqayıt”ın “üsyankar”ı geri döndü - “Peşmanam”

14:56  UEFA “Qarabağ”ı 7875 avro cərimə etdi

14:24  Rüfət Dadaşov: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil”

13:59  Tərlan Əhmədov: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub”

13:31  Platellas: “Azərbaycanlılar çox qonaqpərvərdilər”

13:00  UEFA “Neftçi”ni 40 min avro cərimələdi

12:22  Bundesliqada sentyabrın ən yaxşısı

11:56  Ziya Əzizov üçün mövsüm bitib: öd kisəsindən əməliyyat olunacaq

11:00  “Liverpul”da 5 illik müqavilə

10:30  “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00  Bolqarıstan futbolunda daha bir istefa

09:30  Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az