(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm”

“Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm”

“Matça yaxşı başladıq. Birinci hissənin sonlarında - 45-ci dəqiqədə pis qol buraxdıq. Həmin qol bizim əhvalımı korladı. İkinci yarıya bir az həvəslə başladıq. Futbolçumuz qırmızı kart gördü və bundan sonra edə biləcəyimiz bir şey qalmadı. Davam etməyə çalışdıq. Bizim üçün şanssız gün idi". 

Futbolinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin futbolçusu Hüseyin Seyliğli Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

20 yaşlı mərkəz müdafiəçisi çox yorulduqlarını söyləyib: "Bundan 4 gün öncə Slovakiya ilə oyuna çıxdıq. Bizim üçün çətin oyun idi. Qarşılaşmanın sonlarında qol vurduq və qələbə qazandıq. Bu görüşü isə 10 nəfərlə bitirdik. Bizim üçün çətin oldu". 

Seyliğli deyib ki, iki oyunla müqayisədə bəlkə də heyətdə bəzi dəyişikliklər etmək lazım idi: "Bu baş məşqçinin qərarıdır. Bu barədə bir söz deyə bilmərəm". 

"Darica Gənclərbirliyi"nin futbolçusu Slovakiya qalibiyyətinin (2:1) təsadüf olmadığını sözlərinə əlavə edib: "Bu gün də 45-ci dəqiqəyə qədər yaxşı oyun sərgilədik. Belkə birinci qolu buraxmasaydıq, ikinci hissəyə əzmli çıxa bilərdik. Gürcüstan yaxşı kollektivdir. Amma hesab belə olmalı deyildi". 

Hüseyn qrupdakı hədəfləri barədə danışmaq istəməyib: "Hazırda bu barədə bir söz deyə bilmərəm. Oynadığım rəqiblər bizim səviyyəmizdədir. Bu gün 0:3 hesabı ilə məğlub olmağımıza baxmayın. Bir az yorğunluq var idi. Qırmızı kart da oldu. Bu məğlubiyyətin bizə çox da təsir etməyəcəyini düşünürəm". (sport24.az)


 
tarix: 11-09-2019 11:00


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az