(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Fərid Nəbiyev: “Bizə nə oldu, bilmirəm”

Fərid Nəbiyev: “Bizə nə oldu, bilmirəm”

Azərbaycan U-21 millisi AÇ-2021-in seçmə mərhələsinin üçüncü oyununda evdə Gürcüstana 0:3 hesabı ilə uduzub.

Futbolinfo.az xəbər verir ki, matçdan sonra yığmanın üzvü Fərid Nəbiyev jurnalistlərin suallarını cavablandırıb:

- Slovakiyaya qalib gəldikdən sonra yığma Gürcüstana niyə uduzdu?
- Yəqin ki, oyuna yaxşı köklənə bilmədik. Demək olar ki, çox pis oynadıq. Bəzi epizodlarımız oldu. Arxada çox oturduq, komanda özünə inanmadı. Bu rəqiblə oynamaq olardı, amma bizə nə oldu, bilmirəm. Geri çox çəkildik və oyunumuz istənilən kimi getmədi. Gürcülər də bundan istifadə elədi.

- Slovakiya ilə oyundan sonra futbolçularda eyforiya var idi, yoxsa yorğun idiniz?
- Eyforiya deməzdim, yorğunluq bir az var idi. Buna baxmayaraq, Gürcüstan bizdən qat-qat güclü rəqib deyildi. Biz gürcülərlə oynaya, hətta qələbə də qazana bilərdik, ancaq alınmadı.

- Göz yaşlarını saxlaya bilməyən futbolçular da var idi. Qələbəyə bu qədər inanırdınız?
- Əlbəttə, bu rəqibi məğlub etmək istəyirdik. Evdə 0:3 hesabı ilə uduzmağımız çox pis təsir edir. Bizim üçün çox ağırdı. Olan oldu, nə etmək olar? Qarşıya baxmaq lazımdı.

- Hacıağa Hacılının 49-cu dəqiqədə qırmızı vərəqə alması oyununuza nə dərəcədə təsir elədi?
- Onsuz da 11 nəfər olanda arxaya çəkilmişdik. Qırmızı vərəqə lap pis təsir elədi. Məcbur olduq ki, tam arxada qalaq. Hücumlara rahat çıxa bilmirdik. Deyiləsi söz yoxdu. (futbolpress.az)


 
tarix: 11-09-2019 10:30


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az