(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Xorvatiyadan Gürcüstanadək

Xorvatiyadan Gürcüstanadək

Eyforiyadan erkən ayıldıq. Xorvatiya millisi ilə ev heç-heçəsi bəzilərini elə vəcdə gətirmişdi ki, az qala Azərbaycan futbolunun xilasından dəm vururdular. Dünən gürcülər hamını özünə gətirdi.
 
21 yaşlılardan ibarət millimiz qrupdakı 3-cü matçında növbəti məğlubiyyətini aldı. Lixtenşteyn faciəsiylə start verilən seçmə mərhələdə 4 gün öncə Slovakiyanı hakimin köməyi ilə yenən millimiz, Gürcüstanla bacarmadı. Əslində, darmadağın olduğumuzu demək daha doğrudu.
 
3:0 – bu, sadəcə, reallaşdırılan qol epizodlarının nisbətidi. Oyunla götürsək, qonaqlarımız 6-7 top fərqiylə üstün olmalıydı. Qapıçımız Kamran İbrahimovun sayəsində son dəqiqələrə kimi 0:1 hesabıyla uduzurduq. Fantastik qurtarışları zamanı özünü də zədələyən qolkiper meydandan çıxmağa məcbur olunca gürcülər fərqi artırdı.
 
Futbol komanda oyunudu, amma həmin kollektiv də fərdlərdən formalaşır. Millimizlə rəqib komanda arasında bu baxımdan fərq var. Gənclər yığmamız son illərin ən yaxşı heyətinə malikdi, əksər futbolçular Premyer Liqa klublarında, limit sayəsində bir çoxu start heyətində forma geyir. Və bu, bizim hələ ki, ən yaxşılarımızdı...
 
Gürcüstan millisinin oyunçuları daha istedadlıdı və xarici klublarda forma geyirlər. Bizimkilər kimi 3-cü bundesliqa klubunun 2-ci heyətində və ya “Keşlə”nin əvəzedicilərində yox, Türkiyə, Polşa, İspaniya, Slovakiyanın elitasında və ya 1-ci liqasında. Daxili birincilikdə oynayanları da var, istedadlı olduqları aşkar görünür və tezliklə hamısı legioner olacaq. Ona görə ki, düzgün yetişdirilirlər, məktəbləri var, müəllimləri, bünövrə qoyanları yaxşıdı.
 
Milan Obradoviçi böyük ölçüdə qınaya bilməyəcəm. 1-2 matçı əzmkarlıqla, məşqçi ağlıyla, taktikayla, bəxtlə udmaq olar. Sonda qrupda tutduğun yer bacarığına, imkanlarına düz mütənasib olacaq. Bu gün yığmadan nəticə istəməməliyik, nəticə verəcək oyunçuların niyə yetişmədiyinin hesabatını tələb etməli, səbəbləri aramalıyıq.
 
Yaşar Vahabzadə, Vüqar Məmməd, Təbriz Həsənov, Arif Əsədov və başqaları – bu məşqçilərlə də nəticələr aşağı-yuxarı eyni olub, eyni olacaq. Obradoviç möcüzə edəsi biri deyil. Fərq ondadı ki, yerli məşqçilər 3 min manat aylıq maaşa işləyirdi, serbin müqaviləsinin dəyəri 400 min avrodu. Kiminsə pulunu saymaq fikrimz yoxdu. Sadəcə, anlamalıyıq, materail yoxdursa, millinin başında kimin dayanması böyük ölçüdə nəyisə dəyişmir. Pulu onsuz da nəyisə dəyişməyən əcnəbi məşqçilərə xərcləmək lazım deyil, sabaha yatırım qoymaq lazımdı.
 
Milana verilən pulla çox normal işlər görmək olar. Tovuzda, Gəncədə, Sumqayıtda akademiya açmaq, yüksək səviyyədə təminatlı, bacarıqlı məşqçilərlə onların fəaliyyətini başlamaq lazımdı. Və bütün bunlar indi yox, 10-20 il əvvəl edilməliydi ki, gürcülərin qabağına çıxarmalı futbolçumuz olsun.
 
Milli komandalarımızdan üçünə əcnəbilər rəhbərlik edir. İnanın, təkcə onlara verilən maaşla uşaq futbolundakı problemləri kökündən həll etmək olar. Berti Foqtsa dağıdılan, Bernard Lippertə hələ də bağışlanan, mənasız və faydasız layihələrə səpilən milyonlar da öz yerində...
 
Azərbaycanın istedad problemi yoxdu, gürcüdən heç bir sahədə geri qalmırıq. Sadəcə, öz insanımızın qədrini bilməli, onlara şərait yaratmalı, doğru inkişaflarını təmin etməliyik. Xorvatiya heç-heçəsi ilə gözümüzə pərdə çəkməyək, futbolumuzun sabahının xəbərçisi olan U-21-ə baxıb, utanaq, nəticə çıxaraq.
 
FƏRİD

 
tarix: 11-09-2019 09:00


 
Xəbər lenti
17.09.2019

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az