(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Xorvatların Bakıda zəif oyununun səbəbi: 8 futbolçuda virus aşkarlanıb

Xorvatların Bakıda zəif oyununun səbəbi: 8 futbolçuda virus aşkarlanıb

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə bərabərə qalan Xorvatiya yığması Bakıda ciddi problemlə qarşılaşıbmış.

Futbolinfo.az xəbər verir ki, bunu Xorvatiya yığmasının həkimi Zoran Bahtiyareviç deyib.

O, komandasının ikinci hissədəki aşağı tempdə çıxışını nə futbolçuların səviyyəsi, nə də baş məşqçinin taktiki gedişi ilə əlaqələndirib. Bahtiyareviç bütün məsuliyyəti öz üzərinə götürüb.

Məsələ burasındadı ki, həkim yerli mətbuata açıqlamasında qarşılaşmadan əvvəl yığmanın 8 oyunçusunun virusa yoluxduğunu bildirib: "8 futbolçuda virus var idi ki, onlardan 7-si start heyətində meydana çıxmışdı. Daliçin virus və bəzi oyunçularda olan temperatur haqda heç nə deməməsi bəhanə axtarmayan məşqçinin və təvazökar insanın necə olmasının sübutudu. Bu virus bədənə ciddi təsir edir və gücü tükəndirir. Futbolçulara mümkün qədər kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, oyun zamanı oyunçulardan hansısa birinin ayaqyolu üçün meydanı tərk etməsi istisna deyil. Əvvəlcədən xəbərdarlıq etdim ki, buna təəccüblənməsin və belə hal baş verərsə, futbolçunu cəzalandırmasın. Amma buna ehtiyac duyulmadı".

Zoran Bahtiyareviç virusun səbəbini hələ də bilmədiklərini söyləyib. O, bunun Bakıdakı qida ilə əlaqədar olmadığını əlavə edib: "Virusun mənbəyi barədə axtarış etmədik. Birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Bizim öz aşpazımız var idi və möhtəşəm oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt var idi və araşdırmaq üçün gec idi". (matc.az)


 
tarix: 11-09-2019 12:40


 
Xəbər lenti
17.10.2019

11:30   Uels Azərbaycandan imdad diləyir

11:15   UEFA “Latsio”nu cəzalandırdı

11:00   Kazemiroya verilən sarı vərəqə ləğv olundu

10:44   Medel azı 1 ay oynamayacaq

10:30   Rəhbərlik yüksək nəticə istəmir: “Səbail” sonuncu olmamaq üçün yarışacaq

10:16   Müller rəsmən Avstraliya klubunda

10:00   “İnter”də Aleksis Sançes şoku

09:45   Baş katibin fədai ordusu

09:30   Serxio Aquero avtomobil qəzasına düşdü - FOTO

09:15   Eratın komandasında yeni baş məşqçi

09:00   Elxan Məmmədovla “A”-dan “Z”-dək

16.10.2019

22:00  Klubu Kompaniyə görə cəzalandı

21:49  İspaniya yığmasından yeni rekord

20:00  “Region Liqası”nın püşkü atılacaq

19:42  “Qəbələ” - APOEL matçı ukraynalı hakimlərə tapşırıldı

19:23  Messi 6-cı "Qızıl buts"unu aldı

19:00  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

18:41  Argentinalı futbolçu ilə yeni müqavilə

18:23  “El klasiko”nun yeri dəyişdirilə bilər

18:02  “Ayaks” ÇL oyununa qatarla gedəcək

17:40  Ronaldo Messini geridə qoydu

17:23  “Qarabağ” - APOEL matçının biletləri sabahdan etibarən satışda

17:11  Melnyakı dostu məlumatlandırıb: “Azərbaycan qol vurdu, hakim saymadı”

17:00  Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

16:53  Uçurumun dibində: veteranları məqsədli şəkildə üz-üzə qoyurlar

16:41  MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

16:22  APOEL-in dərdi: “Qarabağ”la oyunlar pis vaxta düşür

16:00  İrqçiliyə görə 5 azarkeş saxlanıldı

15:43  “Beşiktaş”ın futbolçusu millimizə dəvət aldı

15:23  “Barselona”nın futbolçusu İspaniya millisində debüt etdi

15:15  AFFA-nın fotoqrafı baş rolda: səfirlik önündəki aksiyanı kim təşkil edib?

15:02  Fransa əsgər salamının qarşını almaq istəyib – Deşam isə...

14:45  “Mümkün xoşagəlməz olayların qarşısı alınacaq” - “Qarabağ” rəsmisi

14:27  “Əcnəbinin bir illik məvacibinə əyalətdə stadion tikmək olar”

14:19  “Qarabağ”ın 3 futbolçusu Avroliqanın ən yaxşıları sırasında

14:08  “Zirə”nin “Neftçi” ilə 18-ci dueli

13:18  “Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşdü

12:56  Modriç “El Klasiko”nu buraxa bilər

12:35  Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

12:17  “Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”

12:00  “Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az